MƏQALƏLƏR

Azərbayacanda maliyyə sektorunun inkişafı:işğaldan azad olunmuş ərazilərdə investisiya mühitinin formalaşadırılması və sahibkarlığın inkişafının əsas istiqamətləri

  • 23.09.2021

Bu yazılar UNEC-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının
30-cu ildönümünə həsr edilən məqalələr müsabiqəsinə təqdim etmək üçün dərc edilir.


 

İlk olaraq qeyd etmək istərdim ki, 30 ilə yaxındır həsrətində olduğumuz Dağlıq Qarabağın işğaldan azad edilməsi uğrunda gedən 44 günlük Vətən müharibəsi dövründə, bu müharibədən əvvəl və sonra Qarabağın azadlığı və Azərbaycan Respubliksının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir və uca Allahdan rəhmət diləyirik. Allahdan qazilərimizə şəfa və ordumuzu daim müzəffər qılmasını diləyirik. 30 illik həsrətə son qoyulması üçün irəli əmrini verən Azərbaycan Respublikasının Ali Baş Komanadanı Prezident İlham Əliyev cənablarına təşəkkür edirik.
İşğaldan azad olunmuş ərazilərimizin füsunkar təbiəti, tarixi-mədəni dəyəri ilə yanaşı, turizm imkanlarına,yeraltı və yerüstü sərvətlərə və zəngin iqtisadi potensiala sahibdir.
Dağlıq Qarabağın işğalı sonrası erməni vandalları tərəfindən minlərlə hektar əkinəyararlı torpaqlar müxtəlif tullantılarla çirkləndirilmiş, ölkəmizin iqtisadiyyatına və dünya genofonduna milyardlarla manat zərər vurulmuşdur.
Qarabağın təbii sərvəti ermənilər tərəfindən qeyri-qanuni şəkildə satışa çıxarılırdı. Əldə etdikləri gəlir sayəsində həm öz inkişaflarını, həm də Qarabağda yaşayan ermənilərin həyat rifahını yaxşılaşdırmağa çalışırdılar. Onların vəhşiliklərinə nümunə olaraq qeyd edə bilərəm ki, Qarabağ ərazisində olan pasportlaşdırılmış 145 şərq çinarı məhv edilmişdir.
30 ilə yaxın həsrətin qələbə ilə sonlanması nəticəsində Azərbaycan xalqı tarixi günlərini yaşayır və işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri gedir.
İşğaldan azad olunmuş ərazilərin iqtisadi və investisiya potensialı “Qarabağ Azərbaycandır” stendi ilə qardaş Türkiyənin İstanbul şəhərində öz işinə başlamış “MUSİAD Expo 2020” sərgisin də nümayiş edilmişdir. Qeyd etmək istərdim ki Azərbaycan ilk dəfə idi ki, sərgidə “Qarabağ Azərbaycandır” şüarı ilə iştirak edirdi. Sərgidə Qarabağ ərazisinin zəngin potensialı haqda məlumat verilirdi.
Böyük zəfər sonrası Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrildi. Heç şübhəsiz ki, qələbə qazanan tərəf olmağımız bu amillərdə böyük rol oynadı.Qarabağda təhlükəsizliyin yaradılması sayəsində xarici investorlar da artıq anlayır ki, yenidən hərbi əmaliyyatların başlaması riski yoxdur.
Qarabağın böyük kənd təsərrüfatı potensialı vardır. İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyəti üçün münbit imkanlar var. Müvafiq işlərin görülməsinə artıq başlanıb, 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib. Həmçinin Qarabağ alternativ enerji mənbəyinə çevriləcək.
Bildiyimiz kimi, Azərbaycan neft ölkəsidir, lakin son illərə diqqət yetirsək, ölkə iqtisadiyyatı diqqəti daha çox qeyri-neft sektorunun inkişafına yönəlib.Qarabağın işğaldan azad edilməsi nəticəsində qeyri-neft sektorunun inkişafı sürətlənəcək. Qarabağın işğaldan azad edilməsi demək olar ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün bir fürsətdir.
İşğaldan azad olunan ərazilərimizdə yaylaq və qışlaqların, maldarlığın,münbit topaqların, əkinçiliyin, füsunkar təbiətin, turizm və yeraltı yerüstü sərvətlərinin olması metallurgiya və sənayenin inkişafına güclü təkan verəcəkdir.

 

Qəhrəmanov Əli,
UNEC-in Biznes və
menecment fakültəsinin 3-cü kurs, 22-ci qrup tələbəsi
Elmi rəhbər: i.f.d., dosent
Flora Kaşiyeva