MƏQALƏLƏR

336

Bərdə və bərdəlilər

  • 25.01.2011

Bu yaxınlarda «Nərgiz» nəşriyyatında  iri həcmli «Bərdə və bərdəlilər» adlı kitab çap edilib. Vəsait 448 səhifə həcmində olub 500  nüsxə tirajla nəşr olunmuşdur.

Azərbaycanın ən qədim və şöhrətli şəhərlərindən  olan Bərdənin tarixinə, tarixi abidələrinə və görkəmli şəxsiyyətlərinə həsr olunmuş kitabda Bərdə və bərdəlilər haqqında ədəbiyyatın biblioqrafiyası, Nizami tərifi bu gözəl diyara həsr olunmuş şeirlərdə öz  əksini tapmışdır. Kitab tədqiqatçı alimlər, kitabxanaçı-biblioqraflar və  geniş oxucu kutləsi üçün nəzərdə  tutulmuşdur.

Kitab «Urəyimin içindəki ürəyim» başlıьı ilə başlayır.  Sonra «Bərdə rayonunun inzibati  ərazi vahidi» başlıьı gəlir. Daha sonra isə «Bərdə  şəhərinin tarixi ərazisi, təşəkkülü və adının etimologiyasına, «Azərbaycan xalqının umummilli lideri Heydər Əliyev  və Bərdə», «Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev Bərdədə», «Bərdənin qədim  memarlıq abidələri» sərlövhəsi diqqəti cəlb edir.  Burada 13 adda abidə öz əksini tarmışdır. Diqqəti cəlb edən başlıqlardan biri də «Bərdə mədəniyyəti bu gün» adlanır.

 «Bərdənin yetirmələri» adlı bölmədə 75-dən çox bərdəlilərin tərcümeyi-halları şəkillərlə öz əksini tapmışdır. «Könüllər vəsf edir gözəl Bərdəni» adlı  başlıqda Bərdəyə həsr olunmuş şeirlər çap olunmuşdur. Buraya   məşhur şairlər N.Gəncəvi, Qasım bəy Zakir, Oqtay Rza, Xuraman, Səməd Səmədov, Fikrət Qoca və məşhur  şairlərin şeirləri daxil edilmişdir.

«Bərdə döyüşüb və döyüşür» bölməsinə  isə «Bərdə  şəhidləri», « İtkin düşənlər», «Bərdə şəhidlər xiyabanında dəfn olunan şəhidlər» daxildir.

«Bərdə yazılı mənbələrdə» başlıьına Azərbaycan   rus və xarici mənbələrdə 1246 mənbə göstərilir. Maraqlı başlıqlardan biri də «Köməkçi göstəricilər» adlanır. Buraya «Müəlliflərin əlifba göstəricisi», «Sərlövhələrin əlifba göstəricisi», rus dilində  «Alfovitnıy ukazatelь avtorov», «Alfovitnıy ukazatelь nazvaniy» və «Xarici mənbələrdə» başlıqları daxildir.

Kitabın elmi məsləhətçisi t.e.d. Qasım Hacıyev və n.e.n. Əli Eyvazovdur. Tərtibçisi əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, elmi redaktoru  əməkdar mədəniyyət işçisi, t.e.n. Kərim Tahirovdur. Rəyçi Samir Abbasov, redaktorları isə Azadə  Novruzova, Yasəmən Sadıqova, Elmira Bəşirova və  Mehriban Cəfərovadır.

Nəşriyyatın baş direktoru

Hidayət Musabəyli