MƏQALƏLƏR

ƏRZAQ TƏHLÜKƏSİZLİYİ PROBLEMİ – QLOBAL MÜSTƏVİDƏ

  • 26.01.2011

Müasir şəraitdə ərzaq təhlükəsizliyi problemi qloballaşmanın beynəlxalq aspektlərinin gücləndiyi ölkələrdə əhali qruplarının aclıq təhlükəsi ilə qarşılaşdıьı və minimum fizioloji normalar səviyyəsində qidalanmasının çətinləşdiyi şəraitdə özünü tam kəskinliyi ilə büruzə verməkdir. Ərzaq probleminin qlobal anlamda mahiyyəti dövlətin milli təhlükəsizliyinin prioritet istiqamətlərindən birini təşkil edir. Ərzaq təhlükəsizliyi dövlət siyasətinin uьurla reallaşdırılmasına xidmət etməklə iqtisadi, sosial, demokratik və ekoloji faktorların təsiri altında formalaşır. Dövlətin ərzaq təhlükəsizliyinin təmin edilməsi kənd təsərrüfatı istehsalının mövcud vəziyyətindən və ərzaq kompleksinin investisiyalaşdırılması dərəcəsindən əhəmiyyətli dərəcədə asılıdır. Müasir şəraitdə ərzaq təhlükəsizliyinin geniş şəkildə öyrənilməsi iqtisadi təhlükəsizliyin daxili strukturunda mühüm yer tutmaqla ölkədaxili çərçivədən çıxaraq qlobal miqyas kəsb etmişdir. 

Zəruri ərzaq rasionu olmadan insanın yaşaması mümkün ola bilməz. Bu rasion isə aьır fiziki əməklə məşьul olanlar üçün gündə orta hesabla 4,5-5,0 min kilokalori, zehni əməklə məşьul olanlar üçün isə 3,0 min kilokalori ərzaq müəyyən edilmişdir.

BMT-nin məlumatına görə, bir sıra ölkələrdə bu rəqəm iki min kilokaloridən yuxarı çıxmır. Dünya ölkələrində hər bir nəfərə gündə orta hesabla 2,5 min kilokalori ərzaq düşdüyü halda, Yaxın Şərq ölkələrində bu rəqəm 2280 min kilokalori, Afrika ölkələrində 2160 min kilokalori təşkil edir. Dünya əhalisinin hər bir nəfərinin orta hesabla gün ərzində istehlak etdiyi zülalın miqdarı 687 qramdırsa, yuxarıda adı çəkilən regionlarda bu rəqəm müvafiq olaraq 63,7 və 56,3 qrama bərabərdir.

Ərzaq təhlükəsizliyi problemi dünya təsərrüfat sisteminin tərkib hissəsi kimi qlobal siyasətdə mühüm yer tutur. Artıq onun arealları dar çərçivədən çıxaraq dünya, regional və lokal sistemlərdə formalaşır və idarə olunur. Çaьdaş dünyada əhalinin artmaqda olan ərzaq tələbatının təmin edilməsi üçün bu məhsulların regionlar üzrə istehsal edilməsi zərurəti önə çıxır. Ölkə miqyasında ərzaq təhlükəsizliyi konsepsiyası daxili tələbatı ödəməklə yanaşı, həm də idxal imkanlarını nəzərdə tutur. Başqa cür bu və ya digər ölkənin ərzaq təhlükəsizliyindən danışmaq olmaz. Qlobal anlamda ərzaq təhlükəsizliyi problemi bir neçə qrupa bölünür. Buraya ərzaq məhsulları ixrac edən ölkələrin siyasəti, onları idxal edən ölkələrin siyasəti və daxili resurslardan istifadə etməklə özünü təmin edən ölkələrin siyasəti daxildir.

Bu prizmadan yanaşdıqda Azərbaycan mövcud potensialından istifadə etməklə daxili məhsul istehsalını artırmaq, öz əhalisini ərzaq məhsulları ilə təmin etmək və ixrac potensialını genişləndirmək siyasətini həyata keçirir. Bazar infrastrukturunun formalaşması, topdansatış kənd təsərrüfatı birjalarının yaradılması bu sahədə müsbət dönüş yaradırdı. Son illər həyata keçirilən tədbirlər, vergi güzəştləri, aqrar sahələrin texniki və xammala olan tələbatının ödənilməsi məqsədi ilə xaricdən gətirilən maşın və avadanlıqlara stimullaşdırıcı gömrük rüsumlarının tətbiqi xeyli irəliləyişə gətirib çıxarmışdır.

Ərzaq təhlükəsizliyinin təmin edilməsində taxıl istehsalı ən başlıca mənbə hesab olunur. Ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində taxıl istehsalı ilbəil artaraq 2 milyon tonu ötüb keçmişdir. Lakin bununla belə hələ buьda və buьda unu ildə təxminən 600 min ton civarında idxal olunur.

Qarşıda duran strateji məqsəd bu sahədə idxaldan asılılıьı tam aradan qaldırmaqdır. Kənd təsərrüfatının digər sahələrində, demək olar ki, Azərbaycan özünü tam təmin etməklə bərabər, ixrac potensialını da genişləndirir.

Əhalinin ərzaq təhlükəsizliyini xarakterizə edən meyarlardan biri də istehlak göstəriciləridir. Dövlət Statistika Komitəsi tərəfindən hər il adambaşına düşən istehlak göstəriciləri işlənib hazırlanır. Araşdırmalar göstərir ki, orta ailənin ərzaq məhsulları ilə təminatının tərkibi çoxnövlüdür, lakin başlıca olaraq taxıl mənşəli qidalar üstünlüyə malikdir. Belə ki, il ərzində orta ailədə hər nəfərə orta hesabla un ekvivalentində 128 kq taxıl məhsulları, toyuq əti də daxil olmaqla 77 kq ət düşür. Bu göstəricilər beynəlxalq standartlardan geridir.

Ərzaq təhlükəsizliyi probleminin təhlili göstərir ki, əhalinin ərzaq məhsulları ilə təminatı ilə onun istehsalı arasında müəyyən ziddiyyətlər mövcuddur. Belə ki, qida məhsullarının istehsalı üçün zəruri olan torpaьın və mal-qaranın ümumi miqdarı hesablanarkən potensial məhsuldarlıq göstəriciləri əsas götürülür. Mütəxəssislərin fikrincə, ərzaq təhlükəsizliyinin dayanıqlı inkişafının təmin edilməsi bir çox bitki növləri üçün optimal ərazilərin müəyyən edilməsi və istehsalın şaxələndirilməsi məsələlərinin düzgün həllindən asılıdır. Ümumiyyətlə, bütün hallarda ölkəmizdə əhalinin proqnozlaşdırılan tələbatını təmin etmək, keyfiyyəti artırmaq, məhsuldarlıьı yüksəltmək rasional baxımdan mümkündür. Ölkəmizdə aqrar islahatlar aparıldıqdan sonra ərzaq məhsuldarlıьının istehsalı əsasən kiçik təsərrüfatlarda həyata keçirilməyə başlamışdır. Belə ki, icarə müəssisələrinin sayı 1403, kiçik müəssisələrin sayı 408, istehsal kooperativlərinin sayı 168, kəndli-fermer təsərrüfatlarının sayı 2599, aqroservislərin sayı 29, torpaq payı almış ailələrin sayı isə 839196 nəfər olmuşdur. Bütün təsərrüfat kateqoriyaları üzrə kənd təsərrüfatı müəssisələrinin sayı 5255-i təşkil etmişdir. Sahibkarlıьın inkişafına dövlət dəstəyinin artırılması, yerli təşəbbüslərin stimullaşdırılmasına istiqamətlənən tədbirlərin genişləndirilməsi təsərrüfat subyektlərinin inkişafına böyük təkan vermişdir. İndi onların bir çoxu dinamik inkişaf yoluna qədəm qoymuşdur. Lakin hələ görüləsi işlər çoxdur. Bu gün əsas istiqamətlərdən biri yerli istehsalçıların əmtəə təklifinin həcminin artırılmasına stimullaşdırıcı tədbirlərin həyata keçirilməsidir. Dövlət tərəfindən aqrar iqtisadiyyatda səmərəli təklifin formalaşmasına yönəldilmiş tədbirlərə aşaьıdakılar daxildir: əmtəə istehsalçısının maddi-texniki bazasının və istehsal potensialının həcminin genişləndirilməsi və xarici investorların cəlb edilməsinin stimullaşdırılması, istiqamətlənən kompleksinin beynəlxalq konyunktura uyьun səmərəli ixtisaslaşdırılmasının təmin edilməsi, istehsal edilmiş məhsulların daxili və xarici bazarlarda rəqabət qabiliyyətinin yüksəldilməsi. İnkişaf etmiş ölkələrin aqrar siyasətində iki konsepsiya özünü göstərir. Birinci tendensiya liberal meyillərin gücləndirilməsidir. Bu ən çox ABŞ, Fransa və Böyük Britaniyaya aiddir. İkincisi isə proteksionist meyillərin gücləndirilməsi siyasətidir. Bu siyasət isə əsasən Kanada, Yaponiya və Avropa Birliyi ölkələrində aparılır. Həmin ölkələrdə innovasiya siyasəti mütərəqqi texnologiyaların tətbiq edilməsinə istiqamətləndirilir.

Zəif inkişaf etmiş ölkələrdə ərzaq çatışmamazlıьı problemi təkcə gəlirlərin aşaьı səviyyədə olması ilə əlaqədar deyil. Bu həm də digər böhranlı tendensiyaların mövcudluьu, o cümlədən kənd təsərrüfatına yararlı olan torpaq sahələrinin erroziyaya uьraması və şoranlaşması, məhsulların saxlanması və daşınması ilə baьlı müvafiq infrastrukturun olmamasıdır. Təbii fəlakətlər, geosiyasi faktorlar da burada mühüm rol oynayır. Bütün bu problemlər hal-hazırda dünya əhalisinin 900 milyonunun normal qidalanmasına imkan vermir. Yer kürəsində baş verən hadisələrə rəьmən ölkəmizdə ərzaq təhlükəsizliyi ilə əlaqədar elə bir ciddi problem yaşanmır. Ardıcıl surətdə həyata keçirilən iqtisadi islahatlar, Dövlət Proqramlarının uьurlu icrası bütün sahələrin, o cümlədən kənd təsərrüfatı və yeyinti məhsulları istehsalının artımına gətirib çıxarmışdır. Respublikamızın ayrı-ayrı bölgələrində yaradılan müasir standartlara cavab verən emal müəssisələri, saxlama kameraları, meyvə-tərəvəz və taxıl terminalları buna əyani sübutdur. Bu gün tam əminliklə demək olar ki, ərzaq təhlükəsizliyi ölkəmizdə yüksək səviyyədə qorunur. Bütün bunların təməlində isə dövlətimizin və onun başçısının bu sahəyə gündəlik qayьısı və diqqəti dayanır.

 Zülfi İlyasov,

Bölgə müxbiri