SAĞLAMLIQ

Radikulit ağrısını nə azaldır?

  • 08.03.2008

Radikulit hazırda ən çox yayılmış xəstəliklərdən biri kimi insanların əmək qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Bel nahiyəsində kəskin ağrılar, yerimənin çətinləşməsi insanları yataqdan qalxmamağa vadar edir. Bəzən yerli olaraq müxtəlif məlhəmlərin işlədilməsi də effekt vermir.   Bununla belə, radikulitə qarşı bir çox vasitələr var ki, onlardan istifadə etməklə müalicəni tezləşdirmək, vəziyyəti yüngülləşdirmək mümkündür.

- qara turpu sürtgəcdən keçirib sıxmadan tənzif üzərinə yayın, ağrı nahiyəsinə qoyun, polietilenlə, daha sonra üzərindən şərflə və ya parça ilə bağlayın. Yandırırsa, 10-15 dəq. dözün.  Sonra kompresi açın. Turp əvəzinə xren də qoymaq olar.

- aptekdən ağ gil alın, xəmir şəkli alınana qədər su ilə qarışdırın, diametri 7-10 sm, qalınlığı 1-2 sm ölçüdə  yayın, tavada qızdırın, ağrı nahiyəsinə bintlə bağlayın və soyuyana qədər üstündə uzanın.

- 2-3 dilim qırmızı istiot  üzərinə 2 stəkan qaynar su tökün. Suyun yarısı buxarlanana qədər zəif odda bişirin, Salfetlə həmin nahiyəni bağlayın. Dəmləməni soyuducuda bağlı qabda 12 il saxlamaq olar.

- profilaktika məqsədilə gündə 30-40 dəfə turnikdən və ya qapının yuxarı çərçivəsindən sallanmaq olar.

Çalışın ki, duzdan az miqdarda istifadə edəsiniz. İstənilən duzlu yemək orqanizmdə suyu saxlayır. Bu zaman toxumalar şişir ki, bu da sinirləri əzə bilər.

Hazırladı: S.Aytən