SAĞLAMLIQ

Damarların elastikliyinə nə təsir edir?

  • 23.01.2009

Damarların elastikliyinə nə təsir edir?

Damarlarda kirəcləşmə əmələ gəlməsinə qarşı hər gün bir qaşıq bitki yağı içmək lazımdır.

Türkiyə alimlərinin məsələhəti belədir. Onların fikrincə,  kətan toxumu, üzüm çəyirdəyi, nar çəyirdəyi, çörək otu, qoz və fındıq yağlarından gündə bir xörək qaşığı  qəbul edilməsi damarları təmizləyir. Antioksidant maddələr ifraz edən bu yağlar soyuq presləmə yolu ilə alınır. Bu yağlar koronar damarların (ürəyin tac damarları) daxilində yerləşən və qanın sərbəst hərəkətinə şərait yaradan endotel hüceyrələrini qoruyan antioksidant maddələr əmələ gətirir. Yuxarıda  adlırı çəkilən bitkilərdən alınan  yağların içilməsi damarların elastikliyin təmin etmiş olur. Əslində bu bitkilər həmin antioksidant maddələri özlərini günəşin və ətraf mühitin zərərli təsirlərindən qorumaq üçün müdafiə məqsədilə əmələ gətirirlər.