SAĞLAMLIQ

Yaşıl şokolad, Müalicəvi yaşıl çay

  • 23.01.2009

Yaşıl şokolad

İspan qənnadı ustaları yaşıl rəngli şokolad hazırlamışlar. Onun qəribəliyi yaşıl rəngidə olmasıdır. Dadı isə başqalarından o qədər də fərqlənmir. Ona yaşıl rəng verən tərkibindəki dəniz yosunlarıdır ki, onlar da  A və B 12 vitaminləri ilə zəngindirlər. Bu da artıq çəkidən azad olmağa kömək edir. Bundan başqa,  onların tərkibində amin turşuları da var ki, bu da iştahı azaldır. Bu məqsədlə də şokoladı yeməkdən 1 saat əvvəl yemək məsləhət görülür.

 1 qutu şokoladın qiyməti 8 ABŞ dollarıdır.

 Müalicəvi yaşıl çay

Onun faydalı təsirləri haqqında çox məlumatlar var. Qara çaydan fərqli olaraq o termiki təsirə məruz qalmır. Bu çay sadəcə qurudulmuş yarpaqlardır və ona görə də onun tərkibində olan  vitaminlər, efir yağları və mikroelementlər qorunub saxlanılır.  Yaşıl çay mədə-bağırsaqlarda, böyrəklərdə və qaraciyərdə   biokimyəvi təmizləmə aparır. Onun tərkibində bakteriyaları, hətta dizenteriya çöplərini məhv edən maddələr də var. Hətta aşkar olunmuşdur ki, dəmlənəndən bir müddət sonra daha çoxlu sayda mikrobları öldürə bilir. Baxmayaraq ki, dadını itirir.

Yaşıl çay mədə-bağırsağın süstlüyünə qarşı yaxşı vasitədir. Ona görə hər bir ağır və çətin həzm olunan yeməkdən sonra yaşıl çay içmək məqsədəuyğundur. Yaşıl çayı mütəmadi olaraq içdikdə orqanizmin immun sistemi güclənir ki, bu da orqanizmdə olan aralıq mübadilə məhsullarının xaric olmasına şərait yaradır. Hətta qeyd edirlər ki, mütəmadi olaraq yaşıl çayın içilməsi toxumaların tənəffüsünə müsbət təsir edir. Deməli, yaşıl çay soyuqdəymə  və ağciyər xəstəliklərindən əziyyət çəkənlər və xüsusilə də siqaretə aludə olanlar üçün  ən faydalı içki sayıla bilər.  

 

Hazırladı: S. Aytən