SAĞLAMLIQ

Sarımsaq sağlamlıq stimulyatorudur

  • 23.01.2009

Sarımsaq sağlamlıq stimulyatorudur

Qədim yunanlar Olimpiya oyunlarından əvvəl atletlərə sarımsaq yeməyi məsləhət görürdülər.

Alimlərin son tədqiqatları isə göstərir ki, o,  təbii olaraq hidrogen sulfid  maddəsinin əmələ gəlməsini stimulə edir. Yüksək konsentrasiyada bu maddə zəhərlidir. Neftin  pereqonka- sından  alınır və çürük yumurta qoxusu verir. Bu maddə orqanizmdə  əmələ gələrək antioksidant qismində iştirak edir, hüceyrələrə ötürülür və qan dövranını  gücləndirir. Albama ştatı universitetinin tədqiqatçıları adi sarımsaqdan şirə almış və onun üzərinə insanın qırmızı qan hüceyrələrini əlavə etmişlər.  Bu zaman onlar hidrogen sulfid   ifraz etməyə başlamışlar. Sarımsağın məhz bu xüsusiyyətinə görə həkimlər  bəzi üzvlərin xərçəng xəstəliyi  (süd vəzilərinin, prostat vəzinin və yoğun bağırsağın şişləri) zamanı  onu yeməyi məsləhət görürlər.   Digər mütəxəssislər isə hesab edirlər ki, hidrogen sulfid  yüksək səvviyədə ürək üçün faydalıdır. Sarımsaq  heç də həmişə xolesterinin səviyyəsini azaltmasa da bu il Albert  Eyşteyn adına tibbi kollecdə aparılan tədqiqatlar göstərdi ki, siçanların orqanizminə daxil edilmiş hidrogen sulfid  praktik olaraq ürək tutması zamanı ürək əzələsinin zədələnməsinin qarşısını alır.

Son tədqiqatlarda istifadə olunan sarımsaq  konsentrantının miqdarı təxminən gündə 2 dilim miqdarındadır. İtaliya, Koreya, Çində yeməklərin çoxuna  qoruyucu məqsədlə  sarımsaq qatılır. Bu ölkələrdə hər insan gündəlik olaraq təxminən 8-12 dilim sarımsaq yeyir. Bu miqdar  alışan insanlar üçün o qədər də çox deyil. Lakin alimlər hesab edirlər ki, yemək hazırlayan kimi sarımsaq suyunu ora əlavə etmək o qədər də düzgün deyil. Ekstraktı təxminən 15 dəqiqə  otaq temperaturunda saxlamaq lazımdır. Çünki bu zaman  fermentativ reaksiyalar stimulə edilir və faydalı maddələr aktivləşdirilir.

Lakin qeyd etmək lazımdır ki, bəzi insanlarda sarımsaq həzm prosesində narahatlıq da doğura bilər. İnsanların əksəriyyətini isə onun qoxusu narahat edir. Hesab edirlər ki, bu problemi sarımsaq həblərini qəbul etməklə  də həll etmək olar. Lakin onun tərkibində faydalı maddələrin  qalıb-qalmaması  bəlli  deyil.

Hazırladı: S.Aytən