SAĞLAMLIQ

Yayılmış sklerozu arı zəhəri ilə müalicə edirlər

  • 30.01.2009

Yayılmış sklerozu arı zəhəri ilə müalicə edirlər

 Bu ağır xəstəlikdən yatağa düşmüş 45 yaşlı qadın təxminən 1500 arının dişləməsi nəticəsində əvvəlki vəziyyətinə qayıda bilmişdir.

Nəzərə çatdıraq ki, yayılmış skleroz xəstəliyi sinir hüceyrələrinin miyelin qişasının yeyilib sıradan çıxması nəticəsində baş qaldıran bir patologiyadır. Bu zaman xəstələrdə hərəkət qabiliyyəti get-gedə azalır, onlar hətta əlil arabasına da möhtac qalırlar. Xəstəliyin ilk mərhələsində həkimlər müəyyən nəticə əldə edə bilirlər. Lakin Böyük Britaniya sakini olan Semi Çaq öz bədəni üzərində nəzarəti itirəndən sonra problem ağır  olaraq qalmışdı. Həkimlər düz 12 il əvvəl ona bu diaqnazu qoymuşdular. Əvvəl qadın əl ağacı ilə  gəzirdisə, sonralar əlil arabasına möhtac oldu, nəhayət, tezliklə yataq xəstəsinə çevrildi. Lakin arı zəhəri möcüzə yaratdı. Bir vaxtlar hər bir şeydən ümidini üzmüş  Semi ayağa qalxdı. Ona təyin olunmuş müalicənin mahiyyəti bədənin xüsusi nahiyələrini arıların sancması təşkil edirdi. «İnsanların çoxu bu cür müalicə metodlarından çəkinir. Lakin insan öz bədəni, ətrafları üzərində nəzarəti itirdikcə, ən mürəkkəb eksperimentə belə hazır olur. Yalnız təəssüf doğuran hal budur ki, hər arı dişləməsindən sonra arı özü tələf olur».

Alimlər hesab edirlər ki, arı zəhərinin bəzi komponentləri orqanizmdə iltihabı azaldır, orqanizmi təbii müalicə maddələri istehsal etməyə vadar edir. Arı zəhəri ilə müalicə hələ tam elmi bazaya əsaslanmasa da effektlidir. Xəstənin vəziyyətinin yaxşılaşma ilə müşayiət olunması isə diqqət çəkməyə bilməz.

 

Hazırladı: S. Aytən