SAĞLAMLIQ

Xorultu kaloriləri sərf edir, pis yuxu isə diabet xəstəliyi ilə əlaqədardır

  • 03.04.2009

Xorultu kaloriləri sərf edir

 Yuxuda xoruldayan insanlar digərlərinə nisbətən daha çox kalori itirirlər. Amerika alimləri tədqiqat apararaq bu nəticəyə gəlmişlər ki, yuxu zamanı güclü təngnəfəslik 373 əlavə kalori itirilməsinə səbəb olur. Belə ki, xorultudan əziyyət çəkən insanlar bunu qida və fiziki hərəkətsizliklə kompensasiya edirlər. Çünki onlar gün ərzində çox süst olurlar. Bu isə yüksək təzyiq və ürək-damar xəstəliklərinin əmələ gəlmə riski ilə əlaqədardır.

 

Pis yuxu diabet xəstəliyi ilə əlaqədardır

 Oksford universitetinin alimləri yuxunun daxili mexanizmi ilə hazırda ən geniş yayılmış xəstəliklərdən biri olan şəkərli diabet  arasındakı əlaqəni öyrənmişlər. Onlara məlum olmuşdur ki, insan orqanizmində melotonin hormonunun hasil olmasına cavabdeh olan genin mutasiyası yuxunun pozulmasına gətirib çıxarır ki, bu da 2-ci qrup diabetin əmələ gəlməsi ilə nəticələnir.