SAĞLAMLIQ

Sarımsaq – daha güclü dərmandır

  • 24.04.2009

Sarımsaq – daha güclü dərmandır

Artıq alimlər dərinin virus xəstəliyi olan ziyillərin daha effektiv və təbii müalicəsi üçün sarımsaqdan istifadə etməyin faydasını  təsdiqləmişlər. Bu müalicəvi effekt  sarımsağın ekstraktındadır. Onun tərkibində olan kükürd komponentləri antibakterial və virus əleyhinə təsir göstərirlər. Amerika alimlərinin apardığı tədqiqatlardan aydın olmuşdur ki, sarımsaq ekstraktı tez bir zamanda ziyilin bütün izini aparır.

Qeyd edək ki, ziyillər dərinin virus mənşəli xəstəliyidir. Onlar o qədər də təhlükəsi olmasa da,  yoluxucudurlar. Əlbəttə, onlardan yaxa qurtarmağın bir sıra təbii üsulları və eləcə də tibbi metodları var (krioterapiya, elektrokoaqulyasiya, virus əleyhinə dərmanlar və s.). Lakin sarımsaqla müalicə daha asan və ziyansızdır. Alimlərin təcrübəsində iştirak edən 23 nəfərin hamısında 1-2 həftəyə ziyillərdən azad olmaq mümkün olmuşdur. Əlavə təsir kimi yalnız qızartı və yüngül qaşınma müşahidə olmuşdur.