SAĞLAMLIQ

Paketlərdə olan çay sümüklərə mənfi təsir edir

  • 24.04.2009

Paketlərdə olan çay sümüklərə mənfi təsir edir

İnsanların bir çoxunun ucuz çay paketlərindən istifadə etdiyini görən Amerika alimləri bu məhsulları tədqiq etməyi qərara almışlar. Alimlərin apardığı tədqiqatlar göstərmişdir ki, belə çayların tərkibində ftoridlər var ki, bunlar da flüorozun inkişafına gətirib çıxarır. Bu xəstəlik isə özünü dişlər üzərində ləkələrin yaranması və  digər qüsurlarla göstərir. Xəstəliyin ağır formasında  isə sümüklər də  zədələnə bilər. Bu cür pozğunluqlardan sığortalanmaq üçün mütəmadi olaraq süd və mineral su içmək məsləhətdir.