Uşaq beyni düzgün qidalandırılmalıdır
Britaniyanın Bristol universitetinin alimləri aşağıdakı nəticəyə gəliblər ki, uşaqların zehni qabiliyyətləri onların 1 yaşdan 3 yaşa qədər yediyi qidalardan çox asılıdır. Tədqiqatlar göstərmişdir ki, 3 yaşa qədər normal, yəni vitaminlərlə və faydalı maddələrlə zəngin qidalar qəbul edən uşaqların intellekt əmsalı əksinə, qeyri-rasional qidalanan həmyaşlarından xeyli yüksəkdir. Alimlər təsdiq edirlər ki, uşağın əqli inkişafına məhz erkən dövrdə qəbul etdiyi qidalar təsir edir. Çünki beyin əsasən bu dövrdə aktiv böyüyür. 3 yaşdan sonra yeyilən qidalar isə buna bir o qədər də təsir etmir. Tədqiqatlarda 14 min uşağın valideyni iştirak edirdi. Valideynlər uşaqlar 3, 4, 7, 8,5 yaşında olan zaman onların hansı yeməklər yediyini anteklərdə qeyd etmişlər.
Hazırladı: Səmədzadə A.