Qoz xərçənglə mübarizədə kömək edir

Qoz xərçənglə mübarizədə kömək edir Alimlərin qozun şiş hüceyrələrinə təsirini öyrənmək istiqamətində apardığı tədqiqatlardan aydın olmuşdur ki, gündəlik qəbul edilən 60 qram qoz siçanlarda süd vəzilərində xərçəng əmələ gəlmə prosesini dayandıra bilər. Bu miqdarda qozun kalorisi gündəlik qəbul olunan kalorinin 18,5 %-ni təşkil edir. Eksperimet aparılarkən aydın olmuşdur ki, hər gün qoz yeyən siçanlarda şişin ölçüsü digərlərinə nisbətən 2 dəfə azalmışdır. Buna səbəb qozun tərkibində olan 3 elementdir: omeqa – 3, yağ turşuları, fitosterol və antioksidantlar – onlar şişin böyüməsini ləngidir. Bundan əlavə, tədqiqatçılar hesab edirlər ki, şiş hüceyrələrinin böyüməsinin qarşısını almaq üçün doymamış yağ turşuları - balıq, kətan yağı yemək məsləhətdir. |