MƏQALƏLƏR

Ver­gi­lər na­zi­ri Ni­der­land Kral­lı­ğı­nın öl­kə­miz­də­ki sə­fi­ri­ni qə­bul et­miş­dir

  • 04.03.2011
 
 

Ver­gi­lər na­zi­ri Ni­der­land Kral­lı­ğı­nın öl­kə­miz­də­ki sə­fi­ri­ni qə­bul et­miş­dir

Fev­ral ayı­nın 23-də Azər­bay­can Res­pub­li­ka­sı­nın ver­gi­lər na­zi­ri, 2-ci də­rə­cə­li döv­lət ver­gi xid­mə­ti mü­şa­vi­ri cə­nab Fa­zil Məm­mə­dov Ni­der­land Kral­lı­ğı­nın öl­kə­miz­də­ki sə­fi­ri Ar­yen Pi­ter Uy­ter­lin­de­ni qə­bul et­miş­dir.

Qo­na­ğı Ver­gi­lər Na­zir­li­yin­də gör­mək­dən məm­nun ol­du­ğu­nu ifa­də edən ver­gi­lər na­zi­ri Fa­zil Məm­mə­dov öl­kə­mi­zin müa­sir ta­ri­xi­nə qı­sa nə­zər ye­ti­rə­rək, Azər­bay­ca­nın müs­tə­qil­lik əl­də et­dik­dən son­ra xal­qı­mı­zın ümum­mil­li li­de­ri Hey­dər Əli­ye­vin və onun la­yiq­li da­vam­çı­sı, Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­ye­vin hə­ya­ta ke­çir­di­yi uğur­lu is­la­hat­lar­dan da­nış­mış­dır. Qeyd olun­muş­dur ki, gər­gin fəa­liy­yət və dü­şü­nül­müş, ar­dı­cıl is­la­hat­lar nə­ti­cə­sin­də öl­kə­miz re­gio­nun li­der döv­lə­ti­nə çev­ril­miş­dir. Ötən dövr ər­zin­də öl­kə­miz­də, bü­tün sa­hə­lər­də ol­du­ğu ki­mi, ver­gi sis­te­min­də də cid­di ye­ni­lik­lər hə­ya­ta ke­çi­ril­di­yi­ni bil­di­rən Fa­zil Məm­mə­dov əl­də olu­nan uğur­lar­dan, pers­pek­tiv plan­lar­dan da­nış­mış­dır.

Ver­gi ödə­yi­ci­lə­ri­nə xid­mə­tin sə­viy­yə­si­nin da­im yük­səl­dil­mə­si­nin na­zir­li­yin fəa­liy­yə­ti­nin prio­ri­tet is­ti­qa­mət­lə­rin­dən bi­ri­ni təş­kil et­di­yi­ni vur­ğu­la­yan Fa­zil Məm­mə­dov diq­qə­ti Ver­gi­lər Na­zir­li­yi ilə ver­gi ödə­yi­ci­lə­ri ara­sın­da­kı mü­na­si­bət­lə­rin partnyor­luq əsa­sın­da qu­rul­du­ğu­na yö­nəlt­miş­dir. Bil­di­ril­miş­dir ki, na­zir­lik tə­rə­fin­dən Ba­kı şə­hə­rin­də və re­gi­on­lar­da ver­gi ödə­yi­ci­lə­ri­nə xid­mət edən 25 ter­mi­nal is­ti­fa­də­yə ve­ril­miş və ca­ri ilin so­nu­na qə­dər da­ha bir ne­çə ter­mi­na­lın is­ti­fa­də­yə ve­ri­lə­cə­yi plan­laş­dı­rı­lır.

Ver­gi­lər na­zi­ri Azər­bay­can­da Av­to­mat­laş­dı­rıl­mış Ver­gi İn­for­ma­si­ya Sis­te­mi­nin 2006-cı il­dən ya­ra­dıl­dı­ğı­nı və bu­nun­la da na­zir­lik da­xi­lin­də bü­tün sə­nəd­ləş­mə­lə­rin elekt­ron for­ma­da hə­ya­ta ke­çi­ril­mə­si, həm­çi­nin ver­gi bə­yan­na­mə­lə­ri­nin elekt­ron şə­kil­də qə­bul edil­mə­si üçün im­kan ya­ra­dıl­dı­ğı­nı əla­və et­miş­dir. Vur­ğu­lan­mış­dır ki, MDB mə­ka­nın­da ver­gi qu­rum­la­rı ara­sın­da ilk də­fə Azər­bay­can Res­pub­li­ka­sı­nın Ver­gi­lər Na­zir­li­yi tə­rə­fin­dən «195» Te­le­fon-mə­lu­mat xid­mə­ti ya­ra­dıl­mış və bu xid­mət sa­yə­sin­də ver­gi ödə­yi­ci­lə­ri­ni ma­raq­lan­dı­ran su­al­lar dər­hal ət­raf­lı şə­kil­də ca­vab­lan­dı­rı­lır.

Gö­rüş­də Azər­bay­can və Ni­der­lan­dın ver­gi ad­mi­nist­ra­si­ya­la­rı ara­sın­da­kı mü­na­si­bət­lə­rin yük­sək sə­viy­yə­də ol­du­ğu və əla­qə­lə­rin da­ha da in­ki­şaf et­di­ril­mə­si­nin va­cib­li­yi qeyd olun­muş­dur. 2008-ci il­də iki öl­kə­nin ver­gi ad­mi­nist­ra­si­ya­la­rı ara­sın­da iki­qat ver­gi­tut­ma­nın ara­dan qal­dı­rıl­ma­sı haq­qın­da sa­zi­şin im­za­lan­dı­ğı və iq­ti­sa­di əla­qə­lə­ri­mi­zin in­ki­şa­fı ba­xı­mın­dan bu sə­nə­din mü­hüm əhə­miy­yət kəsb et­di­yi bil­di­ril­miş­dir.

Qeyd edil­miş­dir ki, öl­kələri­mi­zin ver­gi or­qan­la­rı­nın fəaлiy­yə­ti sa­hə­sin­də əmək­daş­lı­ğa da­ir me­moran­dum la­yi­hə­si ar­tıq Azərbay­ca­nın Ver­gi­lər Na­zir­li­yi tərə­fin­dən Ni­der­lan­dın Ma­liy­yə Na­zir­li­yi­nə təq­dim olun­muş­dur.

Ca­ri ilin mart ayın­dan eti­ba­rən Av­ro­pa Ko­mis­si­ya­sı­nın Tvin­ninq la­yi­hə­si­nin hə­ya­ta ke­çi­ril­mə­si­nə baş­la­nı­la­ca­ğı­nı qeyd edən ver­gi­lər na­zi­ri bu la­yi­hə­nin, elə­cə də «elekt­ron audit»in uğur­la tət­biq edi­lə­cə­yi­nə əmin­li­yi­ni ifa­də et­miş­dir. Na­zir qeyd et­miş­dir ki, Ver­gi­lər Na­zir­li­yi ye­ni la­yi­hə­lə­rin tət­bi­qin­də Av­ro­pa Bir­li­yi­nə da­xil olan öl­kə­lə­rin, o cüm­lə­dən Ni­der­land Kral­lı­ğı­nın təc­rü­bə­sin­dən bəh­rə­lə­nir.

Ver­gi­lər Na­zir­li­yin­də ol­maq­dan məm­nun­lu­ğu­nu bil­di­rən Ni­der­land Kral­lı­ğı­nın öl­kə­miz­də­ki sə­fi­ri Ar­yen Pi­ter Uy­ter­lin­de əl­də olu­nan uğur­la­rın on­da xoş tə­əs­sü­rat ya­rat­dı­ğı­nı de­miş­dir. Sə­fir Ver­gi­lər Na­zir­li­yi­nin in­ter­net sə­hi­fə­si va­si­tə­si­lə na­zir­li­yin fəa­liy­yə­ti ilə ya­xın­dan ta­nış ol­du­ğu­nu qeyd et­miş­dir. Öl­kə­miz­də ya­ra­dı­lan əl­ve­riş­li in­ves­ti­si­ya mü­hi­ti­ni təq­di­rə­la­yiq hal ki­mi qiy­mət­lən­di­rən sə­fir Ni­der­land şir­kət­lə­ri­nin Azər­bay­ca­na sər­ma­yə qoy­maq­da ma­raq­lı ol­duq­la­rı­nı vur­ğu­la­mış­dır.

Gö­rüş­də öl­kə­lə­ri­miz ara­sın­da iq­ti­sa­di əmək­daş­lı­ğın gə­lə­cək pers­pek­tiv­lə­ri və qar­şı­lıq­lı ma­raq do­ğu­ran di­gər mə­sə­lə­lər ət­ra­fın­da da mü­za­ki­rə­lər apa­rıl­mış­dır.

Ver­gi ödə­yi­ci­lə­ri­nin pas­port­laş­dı­rıl­ma­sı

Na­zir­lər Ka­bi­ne­ti­nin 2010-cu ilin so­si­al-iq­ti­sa­di in­ki­şa­fı­nın ye­kun­la­rı­na və 2011-ci il­də qar­şı­da du­ran və­zi­fə­lə­rə həsr olun­muş ic­la­sın­da Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­yev Ver­gi­lər Na­zir­li­yi qar­şı­sın­da ver­gi­tut­ma ba­za­sı­nın ge­niş­lən­di­ril­mə­si, ver­gi­dən ya­yın­ma hal­la­rı­na qar­şı mü­ba­ri­zə təd­bir­lə­ri­nin güc­lən­di­ril­mə­si ki­mi mü­hüm və­zi­fə­lər mü­əy­yən­ləş­dir­miş­dir. Bu tap­şı­rıq­la­rın ic­ra­sı ilə əla­qə­dar ver­gi­lər na­zi­ri cə­nab Fa­zil Məm­mə­dov ver­gi ödə­yi­ci­lə­ri­nin və tə­sər­rü­fat sub­yekt­lə­ri­nin (ob­yekt­lə­ri­nin) pas­port­laş­dı­rıl­ma­sı haq­qın­da əmr im­za­la­mış­dır. Hə­min əm­rə əsa­sən, sa­hib­kar­lıq fəa­liy­yə­ti hə­ya­ta ke­çi­rən ver­gi ödə­yi­ci­lə­ri­nin və tə­sər­rü­fat sub­yekt­lə­ri­nin (ob­yekt­lə­ri­nin) 2011-ci il fev­ral ayı­nın 1-dən Ver­gi­lər Na­zir­li­yi tə­rə­fin­dən pas­port­laş­dı­rıl­ma­sı­na baş­lan­mış­dır. Bu pro­se­sin ca­ri ilin iyun ayı­nın 1-dək ba­şa çat­dı­rıl­ma­sı nə­zər­də tu­tul­muş­dur. Hə­ya­ta ke­çi­ri­lən past­port­laş­dır­ma­nın əsas məq­sə­di ver­gi ödə­yi­ci­lə­ri­nin və tə­sər­rü­fat sub­yekt­lə­ri­nin (ob­yekt­lə­ri­nin) uçot mə­lu­mat­la­rı­nı də­qiq­ləş­dir­mək­lə gə­lə­cək­də ya­ra­na bi­lə­cək uy­ğun­suz­luq­la­rın vax­tın­da ara­dan qal­dı­rıl­ma­sı­nı tə­min et­mək­dir. Res­pub­li­ka­mı­zın bü­tün əra­zi­sin­də apa­rı­lan pas­port­laş­dı­rıl­ma 2 say­lı Əra­zi Ver­gi­lər İda­rə­si (ƏVİ) tə­rə­fin­dən də uğur­la hə­ya­ta ke­çi­ri­lir.

2 say­lı ƏVİ-nin rəi­si İl­qar Əh­mə­do­vun qə­ze­ti­mi­zə ver­di­yi mə­lu­ma­ta gö­rə, ver­gi əmək­daş­la­rı ver­gi ödə­yi­ci­lə­ri­nin tə­sər­rü­fat sub­yekt­lə­ri (ob­yekt­lə­ri) olan ün­van­la­ra get­mək­lə fər­di mü­şa­hi­də­lər apa­rır, əl­də et­dik­lə­ri mə­lu­mat­lar və sor­ğu­la­ra ve­ri­lən ca­vab­lar top­la­nı­lır, ver­gi­lər na­zi­ri­nin əm­ri ilə təs­diq olun­muş mü­va­fiq for­ma­lar dol­du­ru­lur. Ver­gi ödə­yi­ci­lə­ri ba­rə­də ida­rə­nin əmək­daş­la­rı tə­rə­fin­dən top­lan­mış mə­lu­mat­lar 2 gün ər­zin­də ümu­mi­ləş­di­ri­lə­rək uçot-mə­lu­mat ba­za­sı­na iş­lə­ni­lir.

İda­rə rəi­si bil­dir­miş­dir ki, 2 say­lı ƏVİ-də 29433 ver­gi ödə­yi­ci­si qey­diy­yat­da­dır və in­di­yə qə­dər pas­port­laş­dır­ma pro­se­si ida­rə­nin nə­za­rət əha­tə­si­nə da­xil olan Sum­qa­yıt şə­hə­ri, Ab­şe­ron, Xı­zı, Si­yə­zən ra­yon­la­rın­da və di­gər üç ra­yon şö­bə­sin­də (Qu­bad­lı, Zən­gi­lan və Şu­şa) hə­ya­ta ke­çi­ril­miş, 4830 ver­gi ödə­yi­ci­si­nin pas­port­laş­dı­rıl­ma­sı tə­min edil­miş­dir. Pas­port­laş­dı­rı­lan ob­yekt­lə­rin sı­ra­sın­da 7 ver­gi ödə­yi­ci­si­nə məx­sus tə­sər­rü­fat sub­yek­ti­nin qey­diy­ya­ta alın­ma­dı­ğı, sa­hib­kar­lıq fəa­liy­yə­ti ilə məş­ğul olan 17 nə­fə­rin isə ver­gi ödə­yi­ci­si ki­mi  ver­gi or­qa­nın­da  uço­ta dur­ma­dı­ğı aş­kar edil­miş­dir. 

Xa­tır­la­daq ki, pas­port­laş­dır­ma za­ma­nı ver­gi or­qan­la­rı­nın əmək­daş­la­rı­na ödə­yi­ci­lə­rə qar­şı ma­liy­yə sank­si­ya­la­rı, cə­ri­mə­lər tət­biq et­mək və di­gər mə­su­liy­yət təd­bir­lə­ri hə­ya­ta ke­çir­mək sə­la­hiy­yət­lə­ri ve­ril­mə­miş­dir.

Rə­şad SA­DI­QOV