SAĞLAMLIQ

Sağlamlığımızı qoruyaq!

  • 23.01.2009

Patoloji hüceyrələri məhv edən maddələr hazırlanıb

Xərçəng hüceyrələrinə metobolizm prosesi nəticəsində əmələ gələn toksiki birləşmələrin köməyi ilə qalib gəlmək olar.

 Yel universiteti alimləri xəbər verirlər ki, orqanizmdə patoloji (xərçəng) hüceyrələri məhv etmək üçün tez və effektiv təsir edən üsul tapılıb. Onların sözlərinə görə, bakteriyaların metobolizmi nəticəsində əmələ gələn toksiki birləşmələr bu işdə yardım edə bilər. Əvvəllər  hesab edirdilər ki, həmin maddələrin  toksiki xüsusiyyəti onların strukturundan asılıdır. Lakin alimlər bu fikri rədd edirlər. Gələcəkdə onlar bu maddələrin bir çox kombinasiyalarını yaratmaq və müalicə üçün daha effektiv vasitə, yəni patoloji hüceyrələri məhv edən, lakin sağlam hüceyrələrə zərər verməyən maddələr axtarıb tapmaq niyyətindədirlər.

 Uzunömürlü olmaq üçün nə etmək lazımdır?

ABŞ və Avropa ittifaqının bir sıra universitetlərinin alimləri birgə tədqiqatlar apararaq insanların cavanlaşmasına və uzun ömürlü olmasına  müsbət təsir göstərən qida məhsullarının siyahısı tərtib etmişlər. Uzunömürlülərin qida menyusuna aşğıdakılar daxil edilmişdir: qara şokolad, çay, kofe, eləcə də alma, qaragilə, qar qarağat, brokokli, gilas, pomidor, portağal, nar, gavalı, şaftalı, qırmızı üzüm, moruq, turşəng göyərtisi, qırmızı soğan, çiyələk, çörək və  kəpək. Alimlər bunu aşağıdakı kimi izah edirlər: bütün bu qida maddələri  polifenollarla zəngindir ki, onlar da zədələnmiş hüceyrələri bərpa etməyə və onların həyatını uzatmağa qadirdirlər. Mütəxəssislər bildirirlər ki, əgər balıq, ət, süd, yarmalar orqanizmə lazımi kalorini verirsə, yağlar və minerallar, tərəvəzlər və meyvələr yəni  biokimyəvi elementlər hüceyrələrin həyatını uzadır və qoruyur.

İnfarktdan sonra çaxır içmək?

Məlum olmuşdur ki, ənənələrə uyğun olaraq qırmızı çaxırın   daha çox içildiyi  ölkələrdə ürək-damar sistemi xəstəliklərinin sayı aşağıdır. İngiltərə xəstəxanalarının birinin rəhbərliyi statistik göstəriciləri təcrübədən keçirmək qərarına gəlmişdir. Burada infarktdan  sonra sağalanlara gündə 2 stəkan qırmızı çaxır verirlər. Hələ ki, pasiyentlər bundan narazı deyillər.

 

Hazırladı: S. Aytən