SAĞLAMLIQ

Qadağa təsir etmədi Ev qayğıları və ürək xəstəlikləri arasında əlaqə varmı? Yuxusuzluq görmə pozğunluğu törədir.

  • 23.01.2009

Qadağa təsir etmədi

İngiltərədə 2007-ci il iyulun 1-dən qüvvəyə minmiş ictimai yerlərdə siqaret çəkməyə qoyulan qadağa əks təsir gəstərmişdir. Belə ki, nətəcədə siqaret çəkənlərin sayı nəinki azalmamış, hətta artmışdır. 7000 siqaret çəkənlərdən alınan cavablara görə ictimai yerlərdə siqaret çəkənlərin sayı artmamışdır. Lakin 16-34 yaşlı insanlar arasında çəkilən siqaretin miqdarı artmışdır. Bundan əlavə, ölkədə tütün məmulatlarına olan tələbat ilk növbədə maliyyə imkanları orta vəziyyətdə olan insanların yaşadığı   yerlərdə artıb. Siqaret çəkənlərin hüquqlarını qoruyanların bir qismi bəyan edir ki, bütün bu göstəricilər bu sahədə dövlət siyasətinin düzgün aparılmadığını göstərir.   Bundan başqa, onlar təsdiq edirlər ki, əgər əvvəllər siqaret çəkmək istəyəndə onlar yaxınlıqdakı kafeyə, yaxud bara gedirdilərsə, indi bunun üçün  onlar evlərində, uşaqlarının, ailə üzvlərinin qarşısında siqaret çəkməli olurlar. Bu isə tütündən passiv əziyyət çəkənlərin sayını daha da artırır. 

 Vitaminlərlə aktiv həyata

Heç kəsə sirr deyil ki, yaş ardıqca insanın həyat təcrübəsi, praktiki bilikləri də çoxalır. Ən əsası isə boş vaxtı qalır. 50 yaşdan sonra əvvəllər təxirə salınan işlərlə məşğul olmaq olar. İlk növbədə – sağlamlıqla, deməli, yaşa görə düzgün qidalanma ilə də.

Yaş ötdükcə insanın bütünlükdə  orqanizmi, eləcə də həyat tərzi, vərdişləri, hətta gündəlik menyusu da dəyişir. Məsələn, illər keçdikcə südü parçalayan fermentin ifraz olunması azalır və rasiondan qida məhsulları məhdudlaşdırılmağa başlanır.  Məhz onlar kalsium mənbəyi olduğundan yaşlılarla kalsium çatışmazlığına gətirib çıxarır ki, bu da osteoporoz və sümüklərin tez-tez sınmasına, çatlamasına şərait yaradır.

Faydalı maddələrin azalmasının digər səbəbi də var. İnsan yaşlandıqca fiziki gərginliklər və  eləcə də iştah azalmağa başlayır. Lakin vitaminlərə, minerallara və digər maddələrə olan tələbat illər keçdikcə daha da  artır.  Tədqiqatlar göstərir ki, mütəmadi olaraq minerallar və vitaminlər qəbul edən yaşlı insanlar daha aktiv həyat sürürlər. Bu məqsədlə həkimlər profilaktik olaraq, xüsusilə, qış-yaz aylarında vitamin preparatlarının qəbul edilməsini məsləhət görürlər. 

 Ev qayğıları və ürək xəstəlikləri arasında əlaqə varmı?

Bu yaxınlarda kardioloqlar müəyyən etmişlər ki, əgər qadınlar yaxın qohumları ilə birlikdə yaşayırlarsa, o zaman 2-3 dəfə çox ürəyin işemik xəstəlyindən əziyyət çəkirlər. Bunu yalnız həyat yoldaşı ilə yaşayanlar haqqında demək olmaz. Belə çıxır ki, əgər evdə daha çox adam varsa, stress hormonlarının sayı da artır və  digər risk faktorlarının mənfi rolu yüksəlir. Arterial təzyiqin artması da bura aiddir. Doğrudur, bir çox ölkələrdə  evdə qohumların olması (yəni qadının tənha qalmaması) qadınları alkoqol və siqaretdən çəkindirir. Digər tərəfdən isə çoxsaylı ev qayğıları və böyük ailənin bütün  üzvləri ilə normal ünsiyyət  çoxlu qüvvə tələb edir və ürəyi yükləndirir.

 Yuxusuzluq görmə pozğunluğu törədir

Yuxunun kifayət qədər olmaması depressiya, ürək-damar sistemi xəstəlikləri, görmə pozğunluğu ilə nəticələ bilər. Amerika alimlərinin apardığı təcrübələr bunu təsdiq edir. Alimlər sübut edirlər ki, yuxu çatışmazlığı gözlərdə diskomfort, təsvirlərin dəqiqliyinin itməsi ilə   müşayiət  olunur. Əgər bu hal uzun müddət davam edərsə, qlaukoma və digər ciddi xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Mütəxəssislər hesab edirlər ki, bu, birbaşa optik nevropatiyaya yoldur. Görmə siniri zədələndiyindən  qəflətən görmə pozğunluğu baş verir. Çox vaxt bir gözdə. Bundan başqa, görmə sinirinin ödemi müşahidə oluna bilər ki, bu da görmə pozğunluğu ilə nəticələnər.

 Hazırladı: S.Aytən