SAĞLAMLIQ

Düzgün həyat tərzi, sağlam insan olmaq haqqında

  • 23.02.2009

Süni görmə aparatı

Yaponiyanın Kioto şəhərinin mütəxəssisləri tərəfindən süni torlu qişa hazırlanmışdır. Onun işləmə mexanizmi təbiilərdə olduğu kimidir. O, işığa həssas reaksiya verir və beynə elektrik siqnalları göndərir ki, bu da təsvir olunan görüntüləri qəbul etməyə kömək edir. Alimlərin sözlərinə görə, süni torlu qişanın implantasiyası görməyən insanlarda görmə qabiliyyətini  100%  qartarmayacaq. Lakin onlar yaxın məsafədən əşyaları seçə biləcəklər. Yaxın zamanlarda bunu dəniz heyvanları üzərində təcrübədən keçirəcəklər.

 Nefroloqların yeni fikirləri

Amerikanın Pensilvaniya universitetinin nefroloqları belə nəticəyə gəlmişlər ki, əgər insan idmançı deyilsə və isti iqlim şəraitində yaşamırsa, o zaman artıq miqdarda, yəni 2 litrdən çox  su içmək lazımsızdır. Belə ki, onlar tədqiqatlarında çoxlu miqdarda mayenin orqanizmdəki toksinləri çıxarmasının, dəri və daxili orqanların vəziyyətinin yaxşılaşmasının və artıq çəki ilə mübarizə aparmasının şahidi olmamışlar.

 Aludəlik nə ilə bağlıdır?

İspan psixoloqları aşkar etmişlər ki, nə üçün həvəsləndirici oyunlara aludə olanlar onlardan əl çəkə bilmirlər. Hətta udmaq şansı olmadığı halda belə onlar oyunların davam etdirirlər. Məlum olmuşdur ki, bu asılılığın səbəbi baş beyinin  frontal sahəsində olan (o, iradənin gücünə cavabdehdir) disfunksiya ilə əlaqədardır.  Həkimlər bu cür psixi pozğunluğa qarşı dərmanlar yaratmaq fikrindədirlər.

 İstiot yatırır?

Tasmaniya universitetinin alimləri yatmazdan əvvəl kəskin yeməklərlə şam etməyi məsləhət görürlər. Onların fikrincə, acı istiot-çili qidaya yalnız kəskin dad vermir, həm də yuxusuzluğa qarşı vasitədir.

 Kələm əvəzsiz dərmandır

Qida rasionunda kələm üstünlük təşkil edənlərdə ağciyərlərin xərçəngi xəstəliyi cəmi 36% təşkil edir. ABŞ Ekologiya institutunun əməkdaşlarının apardığı tədqiqatlar nəticəsində ağbaş, çin, kələmdə izotiosian adlı maddələr tapılmışdır ki, bunlar da xərçəng əleyhinə təsir göstərirlər.

 Ürək tutmalarına futbolun təsiri

Futbol transilyasiyası zamanı kişilərdə ürək tutmalarının riski 3 dəfə artır.

Münhen alimləri 3 il ərzində 4000 azarkeşin ürək fəaliyyətini müayinə etmişlər. Daha çox tutmalar dünya çempionatı zamanı qeydə alınmışdır.

Problemi tədqiq edənlər qeyd edirlər ki, ürək tutmasının riski nəinki matçın nəticəsindən, eləcə də gedişindən, orada yaşanan gərginlikdən asılıdır. Ona görə də həkimlər ürək xəstələrinə  lazım olan dərmanların dozasını matç zamanı bir qədər artırmağı  məsləhət görürlər.

 Pəhriz ömrü azaldır

Hamıya məlumdur ki, artıq çəkidən əziyyət çəkənlər şəkərli diabet, hipertoniya, ateroskleroz və damar xəstəliklərinə düçar olurlar. Norveç alimləri müşahidələr nəticəsində belə qənaətə gəlmişlər ki, özünü müxtəlif pəhrizlərlə  arıqlatmağa çalışan, tez bir zamanda çəkisini itirənlər isə daha çox deprissiyaya düşürlər. Onlarda bəd xassəli yeni törəmələrin əmələ gəlməsi, infarkt, insult daha tez-tez müşahidə olunur. Alimlərin fikrincə, həddindən artıq arıqlamaq 90% hallarda ömrün 8 ilini, kökəlmək isə 4 ilini almış olur.

 Arıqlamağı təbliğ edənlər məsuliyyətə cəlb olunacaqlar

Fransada hökumətində müzakirə olunan qanun layihəsi arıqlamağı təbliğ edənləri məsuliyyətə cəlb etməyi nəzərdə tutur. Ölkənin qanunvericiliyində nəzərdə tutulur ki, əgər arıqlamağı təbliğ edənlərin səyi nəticəsində ölüm baş veribsə, bu zaman həmin məsuliyyəti daşıyanlar  3 il azadlıqdan məhrum ediləcək  və onlara 45 min avro məbləğində cərimə təyin olunacaq.   Əgər bu işə təhrik nəticəsində ölüm halı qeydə alınmayıbsa, o zaman müvafiq orqanlar 2 il müddətinə  həbs cəzası ilə kifayətlənəcəklər. Qeyd edək ki, statistik məlumatlara əsasən, hazırda Fransada 40 min nəfər anoreksiyadan əziyyət çəkir. 

Hazırladı: S. Aytən