SAĞLAMLIQ

Hansı peşə ilə məşğul olmaq təhlükəlidir?

  • 30.01.2009

Hansı peşə ilə məşğul olmaq təhlükəlidir?

 Mütəxəssislər toxuculuq peşəsini yüksək risk daşıyan peşələr qrupuna daxil edirlər. Belə ki, kanada alimləri hesab edirlər ki, tekstil sənayesində uzun müddət çalışan qadınlarda süd vəzisinin xərçəngi   xəstəliyinin  yaranma riski çox yüksəkdir. 

Monrealda 1000 pasiyent üzərində aparılan müayinələr göstərdi ki, parçaların toxunmasında istifadə olunan bir çox kimyəvi birləşmələr, məsələn, neylon liflər süd vəzilərində xərçəng əmələ gəlmə riskini yüksəldir. Hətta qadınlar bu hala ən gənc yaşlarında – 36 yaşına qədər düçar olurlar. Köməkçi neft məhsulları olan viskoz və akrilin təsiri isə daha təhlükəlidir. Həkimlər izah edirlər ki, 40 yaşına kimi qadınlarda süd vəziləri zərərli kimyəvi maddələrin təsirinə qarşı xüsusilə həssasdırlar. Bu səbəbdən həmin dövrdə hər hansı bir kimyəvi zəhərin təsiri  ağır xəstəliyə şərait yarada bilər.  

                                                      Hazırladı: S. Aytən