SAĞLAMLIQ

Zeytun artıq çəkidən azad edir

  • 01.05.2009

Zeytun artıq çəkidən azad edir

 Zeytunun tərkibində hüceyrələrin membranını möhkəmləndirən kompleks birləşmələr var. Buna görə də yeyilən hər bir zeytun ürək-damar sisteminə, qaraciyər və həzm orqanlarının fəaliyyətinə müsbət təsir edir. Dietoloqlar məsləhət görürlər ki, bağırsaqları təmizləmək və öd kisəsində xırda daşlar əmələ gəlməsindən azad olmaq istəyirsinizsə, hər gün bir neçə zeytunu tumu ilə birlikdə udun. Bu, həm də yaşlı adamlar üçün də faydalıdır: sümük toxumasını və qaraciyərin işini yaxşılaşdırır. Zeytun yağı işlətdiyimiz bitki yağlarının ən faydalısıdır. Digər yağlardan fərqli olaraq, zeytun yağı qızırıldıqda kanserogen maddələr ifraz etmirlər. Zeytunun özü və yağı duzların və yağların mənimsənilməsinə kömək edir. Ona görə də bədən çəkisinin azaldılması  üçün məsləhət görülür.  Arıqlamaq istəyənlərə hər səhər 1 ç. qaşığı  zeytun yağı içmək və ya 10-12 zeytun yemək məsləhət görülür.

 Hazırladı: S. Aytən