MƏQALƏLƏR

Qarabağ iqtisadiyyatı və onun Türk Dünyası iqtisadiyyatına təsiri haqqında

  • 23.09.2021

Bu yazılar UNEC-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının
30-cu ildönümünə həsr edilən məqalələr müsabiqəsinə təqdim etmək üçün dərc edilir.


 

Universitet yoldaşlarım həm iqtisadiyyat, həm kənd təsərrüfatı, həm də incəsənət baxımından mövzuya mənalı fikirlər bildirdilər. Mən də istərdim ki, Azərbaycanın Qarabağ zonasında “Multikulturalizm və din” mövzusuna toxunum və bu addımların Türk dünyası xalqlarının və öz ölkəmizin iqtisadiyyatına verəcəyi töhfədən danışım.
İlk olaraq xatırlayaq ki, Azərbaycan Şərqdə ilk dəfə cümhurriyyət qurmuş, ilk dəfə qadınlara seçki hüququ tanımış, opera tamaşalarını keçirmiş rürk dövlətidir. Bu, bizə digər qardaş ölkələr arasında danılmaz hörmət qazandırmışdır. Nəzərə alsaq ki, Türk dünyası dedikdə ağıla ilk İslam dini gəlir, bu baxımdan da ölkəmiz keçmiş dövrlərdə əsrlər boyu İslam dininin mərkəzlərindən biri sayılmışdır. Belə ki, Şamaxıda yerləşmiş sünni məktəblərinə Osmanlı, özbək-türkmən tayfalarından din adamları gəlib təhsil alaraq yalnız buranın vərəqəsini qazandıqdan sonra öz ölkələrində sayılıb-seçilən axundlar hesab olunurdular (əsaslandırma - Şah İsmayıl Xətainin babalarının Şirvan üçün vuruşub canlarından keçmə səbəbi məhz sünnilərin mərkəzini ələ alıb şiəliyi yaymaq idi).
Din baxımından Qarabağ da özlüyündə bir çox seyidlərə, pirlərə yuva olmuşdur. Misal üçün Cəbrayılda “Sarı ocaq”, Hacı Qaraman ağanın cəddi, Ağdamda Seyid Lazım ağanın cəddi və s. Çox heyif ki, indi həmin pirlər və seyidlərimizin qəbir abidələri erməni vandalizminə uğrayıb.Lakin biz onları təmir etdirsək, ilk öncə Qarabağın müsəlman sakinləri – sarıcalılar, kəngərlilər, Zəngilanın əhli-həqqləri və digər etnik qruplardan didərgin düşdüyü, həsrətində qaldığı torpaqlarına qayıtmış həmvətənlərimiz, sonra da Türk dünyası xalqlarının müsəlman əhalisi buna sevinəcək və ölkəmizi ziyarət edəcəklər. Nümunə olaraq qeyd edək ki, Naxçıvandakı “Əshabi-Kəhf” ziyarətgahına gələn vətəndaşlarımız və müsəlman ölkələrinin zəvvarları hər il artır. Artıq ora zəvvarlıq mərkəzinə çevrilib və bu bizi həm dinə hörmət baxımından, həm də iqtisadiyyat baxımından irəli aparır. Belə ki, bura səfər edəcək zəvvarlar istirahət etdikləri restoranlarla, otellərlə və digər xidmət obyektləri ilə sahibkar vətəndaşlarımızın, bilavasitə dövlətin qazancını artıracaqlar.

 

Çərkəz Cəfərli, UNEC-in Maliyyə və mühasibat

fakültəsinin 2-ci kurs, 616-cı qrup tələbəsi,

Rəhbər: i.f.d., dos. Elşad Səmədzadə