MƏQALƏLƏR

Mehriban Yadulla: Azərbaycan iqtisadiyyatı, ölkənin xarici iqtisadi əlaqələri dünən, bu gün, sabah (davamı)

  • 04.04.2024

Sual: Səlahiyyətli iqtisadi operator statusu kimlərə verilir?
Cavab: Bununla bağlı Gömrük Məcəlləsinin 5-ci fəslinə müraciət edəcəyik:
Ümumdünya Gömrük Təşkilatının norma və standartlarına uyğun olaraq, səlahiyyətli iqtisadi operator - malların təyinat yerinə çatdırılmasının təhlükəsizliyinin təmin edilməsi və xarici ticarətin asanlaşdırılması məqsədilə gömrük nəzarətinin sadələşdirilmiş forma və üsullarından istifadə edən hüquqi şəxsdir.
Gömrük ərazisində təsis olunmuş və bu Məcəllədə müəyyən olunmuş şərtlərə cavab verən hüquqi şəxs səlahiyyətli iqtisadi operator statusunu almaq üçün müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi) müraciət edə bilər. Səlahiyyətli iqtisadi operatorun fəaliyyətini tənzimləyən tələbləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir. Səlahiyyətli iqtisadi operator statusunun verilməsi, müvəqqəti dayandırılması və ləğv olunması qaydalarını müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir.
Müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi) Gömrük Məcəlləsində nəzərdə tutulmuş gömrük prosedurlarının sadələşdirilmiş forma və üsullarından istifadə etmək üçün səlahiyyətli iqtisadi operatora müəyyən hüquqlar verir. Digər ölkələrin gömrük orqanları tərəfindən verilmiş səlahiyyətli iqtisadi operator statusu gömrük nəzarətinə xələl gətirməmək şərti ilə beynəlxalq müqavilə əsasında tanına bilər. Səlahiyyətli iqtisadi operator statusu almış hüquqi şəxs sonrakı fəaliyyəti dövründə bununla bağlı müəyyən edilmiş şərtlərə əməl olunmasına mane olan və fəaliyyətinə mənfi təsir göstərən amillər barədə gömrük orqanlarına məlumat verməlidir.