MƏQALƏLƏR

“Şahdağ Xeyriyyə” İB layihənin icrasını tamamladı

  • 26.10.2022

“Şahdağ Xeyriyyə” İB 1 sentyabr 2022-ci il tarixindən Qeyri-Hökumət Təşkilatlarına Döv­lət Dəstəyi Agentliyi tərəfindən maliy­yələşdirilən “Aztəminatlı ailələrdən olan uşaqların “soft skills” – təməl bacarıqları ilə tanış edilməsi tədbirləri” adlı layihənin icrasını tamamladı. 2 ay müddətində icra edilən layihənin əsas ideyası aztəminatlı ailələrdən olan şagirdləri “soft skills” – təməl bacarıqları və 21-ci əsrin vərdişləri ilə tanış etmək idi.
Müasir karyera inkişafına dair yazılarda "sərt bacarıqlar" və "yumşaq bacarıqlar" kimi terminlərə tez-tez rast gəlirik. Bu bacarıqlar müasir əmək bazarında vacibdir. Gəncləri bu bacarıqlara məktəb illərindən hazırlamaq lazımdır. Ənənəvi məktəb təhsili bu məsələlərin həllini nəzərdə tutmur. Bu məqsədlə belə mühüm bacarıqların sistemli öyrədilməsinə, ilkin mərhələdə şagirdlərin bu haqda maariflənməsinə ehtiyac var. Layihə çərçivəsində bu məsələlərə diqqət yetirildi, 21-ci əsrin əsas vərdişləri ilə uşaqlar tanış edildi. Layihə şagirdlərin böyük marağına səbəb oldu. Beləliklə, layihənin icrası uğurla tamamlandı.