RƏSMİ XRONİKA

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda bir sıra sosial obyektlərin, Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər

  • 02.02.2021

Xırdalanda Ulu Öndərin abidəsini ziyarət 

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda bir sıra sosial obyektlərin, həmçinin paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım əvvəlcə ulu öndər Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

Qeyd edək ki, ötən ilin birinci rübündən pandemiya, sonuncu rübündən – postmünaqişə dövrü müxtəlif istiqamətlərdə həyata keçirilən siyasətə yeni reallıqdan baxılmasını şərtləndirib. Xırdalanda açılışı nəzərdə tutulan sosial-iqtisadi obyektlər bir daha sübut edir ki, istənilən çağırış və təsirlərə baxmayaraq, regional inkişaf strategiyası ardıcıl həyata keçirilməkdədir.