MƏQALƏLƏR

“Peşəyönümlü təhsilin inkişafına yardım” İB “Universitetlərin rəqabət qabiliyyəti” mövzusunda tədbir keçirib

  • 19.12.2024

Azərbaycan Respublikası “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi”nin verdiyi kiçik qrant hesabına “Peşəyönümlü təhsilin inkişafına yardım” İctimai Birliyi “Universitetlərin rəqabət qabiliyyəti mövzusunda maarifləndirici dəyirmi masaların təşkili” adlı layihənin icrasını yekunlaşdırdı. Məlumdur ki, bizim universitetlər 20 ildir ki, universitetlərin qlobal reytinqlərində çox zəif nəticələr göstərirlər. Çünki universitetlərimiz qlobal təhsil bazarında rəqabətədavamlı deyil. Bunun bir çox səbəbləri var.
Təcrübə göstərir ki, bizim universitetlər nəinki rəqabətə davamlı deyil, hətta bəzi universitetlərdə “ali təhsil müəssisəsinin rəqabət qabiliyyəti nədir?” sualına birqiymətli ca­vab verə bilmirlər. Universi­tetlərimizin beynəlxalq rə­qa­bətqabiliyyəli olmaması səbəbi ilə bizdə oxuyan əcnəbi tə­ləbələrin sayı xeyli azdır. Məsələn, bu il Türkiyə universitetlərində 300 min əcnəbi tələbə təhsil alır. Biz də öz universitetlərimiz haqqında düşünməliyik. Türkiyədə bizim 34 min tələbəmiz təhsil alır. Təxminən bir o qədər də toplam olaraq digər ölkələrdə tələbələrimiz ola bilər. Yəni, xaricdə 70 min civarında tələbəmiz varsa, bizdə əcnəbi tə­ləbələrin sayı 7-8 min nəfərdir. Bu həm iqtisadi, həm də beynəlmiləlləşmə baxımından universitetlərimizə ziyandır. Uni­versitetlərimizin rəqabət­qa­­biliyyətliyini yüksəltməliyik.
Bu səbəbdən universitetlərdə belə bir mövzuda maarifləndirici dəyirmi masaların keçirilməsinə ehiyac var. Əslində belə müzakirələr davamlı olaraq və bütün universitetlərdə təşkil edilməlidir. Yaxşı haldır ki, Azərbaycan Respublikası “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” təhsil problemlərinə dair belə layihələrə mütəmadi olaraq qrant ayırır. Qeyd edək ki, “Peşəyönümlü təhsilin inkişafına yardım” İcti­mai Birliyi sistematik olaraq agentliyin dəstəyi ilə təhsil müəs­sislərində belə aktual mövzu­lar­da tədbirlər təşkil edir.
Sonuncu layihə çərçivəsində olan dəyirmi masalarda universitetlərin rəqabət qabiliyyəti nədir, universitetlərin rəqabət qabiliyyətliyi meyarları, universitetlərin rəqabət qabiliyyətliyi və rəqabət üstünlükləri, niyə universitetlərimiz rəqabət qabiliyyətli deyil və s. kimi məsələlər müzakirə edilmişdir. Layihə rəhbəri “Peşəyönümlü təhsilin inkişafına yardım” İctimai Birliyinin təsisçisi, təhsil eksperti, dosent İlham Əhmədov olmuşdur.
Layihə çərçivəsində ölkənin bir neçə universitetində belə təbdbirlər oldu. Bu mövzuda tədbirlər ADA universitetində, SDU-da və ADPU-da təşkil edilmişdi. Tədbirlərdə ADA, ADPU, UNEC və digər universitetlərin əməkdaşla­rı, təhsil ekspertləti, təhsil jur­nalistləri, təhsil yönümlü QHT nümayəndələri iştirak etmişdilər. Layihə rəhbəri dos. İlham Əhmədovun “Universitetlərin rəqabət qabiliyyəti” mövzusunda olan təqdimatı tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur. Təd­birlərin sonunda hər dəfə mövzu ətrafında maraqlı müzakirələr olurdu.

Dos. İlham ƏHMƏDOV,
təhsil məsələləri üzrə ekspert