MƏQALƏLƏR

362

Azərbaycanın maliyyə sektorunun inkişafı: işğaldan azad olunmuş ərazilərdə investisiya mühitinin formalaşdırılması və sahibkarlığın inkişafının əsas istiqamətləri

  • 23.09.2021

Bu yazılar UNEC-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının

30-cu ildönümünə həsr edilən məqalələr müsabiqəsinə təqdim etmək üçün dərc edilir.

 


 

 

Qarabağ Azərbaycandır!
“Qarabağ Azərbaycandır və nida” ifadəsi bizim şanlı qələbəmizin rəmzidir. Bunu Ali Baş Komandan, cənab Prezident İlham Əliyev öz nitqində dəfələrlə ifadə etmişdir. Ali Baş Komandanın başçılığı altında Müzəffər Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində qələbə qazanmışdır. Bu şanlı qələbə ilə Azərbaycan öz doğma torpaqlarını işğaldan azad etdi. Eyni ilə cənab Prezidentin nitqində söylədiyi kimi: “Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi”.
Biz bu şanlı qələbəni bizə yaşadan Ali Baş Komandana və Rəşadətli Azərbaycan Ordusuna borcluyuq. Birinci və İkinci Qarabağ müharibələrinin şəhidləri hər bir Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Onların misilsiz qəhrəmanlığı və fədakarlığı nəticəsində biz öz doğma torpaqlarımıza qayıdırıq. Allah bütün Şəhidlərimizə rəhmət eləsin, yaralı hərbiçilərimizə şəfa versin.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin tapşırığı əsasında İqtisadiyyat Nazirliyi, o cümlədən müvafiq aidiyyəti qurumlar tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpa konsepsiyası hazırlanmışdır. İşğaldan azad edilmiş ərazilərin bərpası ilə əlaqədar verilən sərəncam və qanunlara 29 oktyabr 2020-ci il tarixli “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2021-ci il tarixli “Azərbaycan Respublikasının “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanması ilə əlaqədar İşçi qrupun yaradılması barədə” Sərəncam, 19 yanvar 2021-ci il tarixli “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı və başqaları aid edilə bilər.
Aydındır ki, azad edilmiş ərazilərdə investisiya mühitinin formalaşdırılması və sahibkarlığın yaradılması üçün ərazilərin minalardan təmizlənməsi, o cümlədən işğal dövründə tamamilə məhv edilən və yararsız hala salınan mühüm infrastruktur və nəqliyyat-rabitə şəbəkəsinin qurulması böyük əhəmiyyət kəsb edən məqamlardır.
İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı istiqamətində dünya təcrübəsinin öyrənilməsi də xüsusi əhəmiyyət kəsb edir. BMT-nin İraq və eləcədə Əfqanıstanda müharibədən sonrakı dövrdə həyata keçirmiş olduğu irihəcmli aqrar layihələr təcrübə məqsədilə araşdırıla bilər. Bununla yanaşı, İkinci Dünya müharibəsindən sonra bir sıra Avropa ölkələrinin bərpa planları nəzərdən keçirilə bilər.
Kənd təsərrüfatı sahəsində dayanıqlığın və bərpanın təmin edilməsi və eləcə də torpaqların bərpası və bununla yanaşı, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, kiçik fermer təsərrüfatlarının yaradılması və onların məhsuldarlığının təmin edilməsi layihələri də təcrübə məqsədilə araşdırıla və bundan ölkəmizdə istifadə imkanları qiymətləndirilə bilər. Azərbaycan Prezidenti İlham Əliyev “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin inkişafı barədə sərəncam vermişdir. Bu layihələrin inkişafı müasir texnologiya və telekommunikasiya vasitələrinin, süni intellekt texnologiyalarının və eləcə də böyük məlumatlar və rəqəmsal texnologiyanın inkişafına əsaslanr.
Bildiyimiz kimi, Qarabağın yuxarıda da qeyd etdiyimiz kimi, kənd təsərrüfatına yararlı və münbit torpağı vardır. Bununla da burada müxtəlif sahələr üzrə sahibkarlıq fəaliyyətinin qurulmasına, yerli və xarici investisiyaların yatırılmasına, eləcə də bərabər maliyyə sektorunun inkişafına tam şəraitin olduğunu görə bilərik. Biz cənnət Qarabağımızı dirçəldəcəyik.
Sonda isə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin nitqində dəfələrlə ifadə etdiyi kimi,qürur hissi ilə deyə bilərik ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!

 

Məmmədli Çingiz Firdovsi oğlu,

UNEC-in Maliyyə və Mühasibat fakültəsinin 2-ci kurs, 604-cü qrup tələbəsi,
Elmi rəhbər: i.f.d., dosent Flora Kaşiyeva