MƏQALƏLƏR

362

Qarabağ probleminin həllindən sonra Türk dünyasının inkişaf perspektivləridir

  • 23.09.2021

Bu yazılar UNEC-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının
30-cu ildönümünə həsr edilən məqalələr müsabiqəsinə təqdim etmək üçün dərc edilir.


 

Azərbaycan Respublikasının II Qarabağ savaşında zəfər çalması tarixi əhəmiyyət kəsb edir. Azərbaycana qarşı qərəzli mövqe tutan bəzi dünya dövlətləri Azərbaycanın hansı gücə malik olmasını bir daha görmüş oldu. Qüdrətli Azərbaycan orduusu Qarabağı mənfur düşmən tapdağından azad etdi. Vətən yolunda şəhidlik zirvəsinə ucalanlar da oldu, qazi adını alanlar da. Allah şəhid olanlara rəhmət eləsin, yaralılara şəfa versin.
Bu yaxınlarda oxuduğum bir kitabda belə bir sitat vardı. Əksər xalqlar tarixdən heç nə öyrənməyiblər onlar sadəcə əzbərləyiblər:adları və illəri. Lakin 44 günlük müharibə göstərdiki Azərbaycan xalqı tarixi həqiqətləri necə mənimsəyib və dərk edib. Qarabağ Azərbaycandır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən sitat: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqa­mətdə maneəsiz hərəkətinin təşkili məq­sədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respub­likası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.
Sonuncu cümləyə nəzər yetirdiyimiz zaman görürük ki, Naxçıvan ilə Azərbaycan arasında nəqliyyat dəhlizi açılacaq,yəni Zəngəzur dəhlizi.
Artıq Qarabağ probleminin həllindən sonra Qara dəniz-Xəzər dənizi-Mərkəzi Asiya regionlarında, bütövlükdə türk dünyasında inkişafın yeni mərhələsinə keçmək üçün real şanslar yaranıb.
Türk Şurası və ya Türk Keneşi 3 oktyabr 2009 Naxçıvanda imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arsında qurulmuş olan beynəlxalq təşkilatdır.
Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Keneşinə üzv olmuşdur. Bu əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilmişdir. 24 may 2019-cu il tarixində Türkiyə Prezidenti RəcəbTayyib Ərdoğanın təklifivə şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri ünvanını almışdır. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir və yaxın zamanda Türk Şurasına tam üzvlük tələbini etməsi gözlənilir.
Qədim Azərbaycan torpağı Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaqdır. Burada söhbət 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Belə ki, Türkiyə 761,4 milyard dollar, Qazaxıstan 181,7 milyard dollar, Özbəkistan 57,9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğızstan 8,5 milyard dollar nominal ÜDM-ə malikdir. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək.
Qafqazın Süveyşi:
Aralıq və Qırmızı dənizləri birləşdirən, Misir ərazisində yerləşən Süveyş kanalı, Evergreen şirkətinin “Ever Given” konteynerdaşıyan gəmisi tərəfindən martın 23-də bloklanandan sonra naviqasiya üçün bağlanıb. Səbəb isə gəminin yerə oturmasıdır. Nəticədə 321 gəmi kanalın açılmasını gözləyir. Həmçinin, Süveyş kanalının bağlanmasına görə “Brent” nefti 5 faizədək bahalaşıb.
Misir hökuməti bu hadisə nəticəsində dəymiş ziyanı 1 milyard ABŞ dolları məbləğində dəyərləndiribsə, “Lloyd’s List” gəmiçilik şirkətinin hesablamalarına görə, Süveyş kanalının bağlanması dünya ticarətinə saatbaşı 400 milyon dollara başa gəlib. Belə ki, Aralıq və Qırmızı dənizləri birləşdirən Süveyş kanalının payına dünya dəniz ticarətinin 12 faizi düşür.
Mənim bu misalı göstərməkdə məqsədim Zəngəzur dəhlizinin iqtisadi cəhətdən nə qədər əhəmiyyətli olmasını izah etməkdir. Zəngəzur dəhlizi 30 ildən böyük müddətdir ki fəaliyyət göstərmir. Bu isə region dövlətlərinin və Türk dünyası dövlətlərinin iqtisadiyyatına dəyən neçə milyardlıq zərərdən xəbr verir.
Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında deyib: “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün...”.
Sonda, Qarabağ probleminin həlli həm region, həm də Türk dünyası dövlətləri üçün yeni reallıqlar və yeni imkanlar yaradacaqdır.

 

 

Şiralı Bədəlov, UNEC-in Maliyyə və mühasibat fakültəsinin

2-ci kurs, 616-cı qrup tələbəsi,
Rəhbər: i.f.d., dos. Elşad Səmədzadə