MƏQALƏLƏR

362

Qlobal bərpa layihələrində maliyyə bazarlarının rolu

  • 23.09.2021

Bu yazılar UNEC-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının
30-cu ildönümünə həsr edilən məqalələr müsabiqəsinə təqdim etmək üçün dərc edilir.

 


 

Maliyyə bazarları həm beynəlxalq, həm də lokal xarakterli bərpa lahyihələrində olduqca böyük önəmə sahibdir. Bunun ən əsas sübutu isə onun ümumbəşəri fəlakət kimi səciyyələndirilən II Dünya müharibəsindən sonra Almaniya, Yaponiya, C.Koreya və müharibə səbəbi ilə ciddi dağıntılara məruz qalmış digər ölkələrin iqtisadiyyatlarını, müharibədən daha az itkilərlə ayrılan ABŞ-ın “Marşall planı“ adı ilə məşhur olan maliyyə dəstək paketi vasitəsi ilə canlandırılmasıdır. Belə ki, bu yardım paketi maliyyə bazarlarının fəaliyyətsiz pul vəsaitinin borc kapitalına çevrilməsi ilə müxtəlif sərbəst pul vəsaitlərini səfərbər edib, fəal fəaliyyət göstərən kapitala çevirərək, müxtəlif kredit, hesablaşma, zəmanət, investisiya və digər əməliyyatlar yerinə yetirmək olan başlıca funksiyasının və maliyyə bazarları ilə ümumi iqtisadiyyatın dərindən əlaqəsinin təzahürüdür.
Maliyyə bazarlarının qlobal bərpa layihələrindəki rolunu görmək üçün alman “iqtisadi möcüzəsi“ əvəzolunmaz və bir o qədər də məşhur təd­qiqat obyektidir.
İkinci Dünya müharibəsindən sonra ciddi sosial-iqtisadi çalxantıda olan Almaniya 1945-1949-cu illərdə Amerika, Böyük Britaniya, SSRİ və Fransa qüvvələrindən ibarət olan Müttəfiq Sınaq İdarəsi tərəfindən idarə edildi. Almaniyanın belə işğal zonalarına bölünməsi onsuz da məhv olmuş infrastrukturun və tənəzzül etmiş iqtisadiyyatın yenidən bərpasını mümkünsüz edirdi .
ABŞ Dövlət Departamentinin rəhbəri Corc Marşallın 5 iyun 1947-ci ildə Harvardda etdiyi çıxışında dünya ilə paylaşdığı “ Marşall planı” konsepsiyasını hazırladı. “Marşall planı” çərçivəsində Almaniya da daxil olmaqla on altı millət proqramın bir hissəsi oldu və ABŞ-ın İqtisadi Əməkdaşlıq İdarəsi (ECA) vasitəsi ilə inzibati və texniki yardımlar göstərərək, dövlət tərəfindən tələb etdikləri yardımı formalaşdırdı. Avropa millətləri əvvəlcə ABŞ-dan qida, yanacaq və maşın tədarükü ilə nəticələnən və daha sonra Avropadakı sənaye gücünə əsaslanaraq investisiya ilə nəticələnən təqribən 13 milyard dollarlıq yardım aldılar. “Marşall planı”nın maliyyələşdirilməsi 1951-ci ildə başa çatdı.
Plan həyata keçirildikdən sonra Almaniya ilə bərabər digər Avropa ölkələrində də iqtisadi münasibətlər yenidən normallaşmağa başladı.
“Marşall planı”nın ümumi istehsal hədəfi istehsalın müharibədən əvvəl (1938) sənayedə 30% və kənd təsərrüfatında 15% səviyyəsində artması idi. 1951-ci ilin sonuna qədər bütün ölkələr üçün sənaye istehsalı 1938-ci ilin səviyyəsindən 35% yuxarı idi və bu, proqramın məqsədində bildirilən miqdarı ötüb keçmişdir. Bununla birlikdə, insan istehlakı üçün ümumi kənd təsərrüfatı istehsalı müharibədən əvvəlki səviyyədən yalnız 11% yüksək idi və bu illər ərzində əhalinin 25 milyon artması nəzərə alınaraq, Avropa 1951-ci ilə qədər özünü təmin edə bilmədi.
1947-ci ildən bəri artım baxımından əldə edilən nəticə daha təsiredicidir. 1951-ci ilin sonunadək sənaye istehsalı yalnız dörd il əvvələ nisbətən 55% artdı. İştirakçı ölkələr 1947-1948-ci illərdən sonrakı üç məhsul ilində ümumi kənd təsərrüfatı istehsalını təxminən 37% artırdılar. “Marşall planı”nın dörd ili ərzində ümumi orta gəlirlilik təxminən 33% artmışdır (Sxem 1).
1948-ci il Senatının ERP səlahiyyətinə dair hesabatında, avropalıların özləri üçün qoyduqları bir sıra istehsal hədəfləri qeyd olundu, qeyd etdikləri hədəflər “bir çox amerikalı mütəxəssislər üçün optimist görünür”dü. Dörd iştirakçı ölkə, məsələn, polad istehsalını ildə 55 milyon tona qədər artırmaq istəyirdilər ki, bu da müharibədən əvvəlki istehsaldan 20% daha yüksək idi. Onlar 1951-ci ilə qədər 60 milyon qazandılar. Neft emalı gücünün 1938-ci ildəki ilə müqayisədə 2 qat artırılması təklif edildi. Sonda dörd qat artımı bacardılar. Kömür istehsalı üçün hədəf müharibədən əvvəlki istehsaldan 30 milyon ton çox - 584 milyon ton idi. 1951-ci ilə qədər istehsal hələ 1938-ci ilə nisbətən bir qədər aşağı, lakin 1947-ci ildəkindən 27% çox idi.
Azərbaycanın illərdir həll edilməyən Qarabağ münaqişəsindəki siyasi, hərbi zəfərin dünya mediasındakə əks-sədasının ölkəmizə qoyula biləcək investisiyanın həcminə təsiri təkzibedilməzdir. Artıq Türkiyə, Rusiya, İran, İsrail, İtalya, Ukrayna və s. dövlətlər tərəfindən həm rəsmi, həm də fərdi sahibkarlar tərəfindən qoyula biləcək investisiyalar barədə müxtəlif fikirlər səsləndirilir. Bu da o deməkdir ki, yaxın illərdə ölkəmizə ciddi investisiya axını müşahidə olunacaqdır. Fikrimcə, bu axının əsas istiqaməti əvvəlki dövrlərdə olduğu kimi, Abşeron yarımadası yox, Qarabağ olacaqdır.
Lakin işin təhlükəli tərəfi xarici investisiyanın belə sürətli axımının ölkə iqtisadiyyatının dünya maliyyə bazarlarına sürətli inteqrasiyasına gətirib çıxarmasıdır. Məşhur iqtisad­çı C.M.Keyns ümumi iqtisadiyyatı maliyyə və real sektor olmaqla ikiyə bölür və real sektorun ümumi iqtisadiyyatdakı payının təxminən 3-4% olduğunu qeyd edir. Bu isə o deməkdir ki, maliyyə sektorunun ümumi iqtisadiyyatda payı real sektora nisbətən həddindən artıq çoxdur. Belə ki real sektorda baş verən problemlər, şübhəsiz, maliyyə sektorundan yan keçməyəcəkdir və bunun əksi də təkzibedilməzdir .
Zənnimcə, pandemiya dövründə dünya iqtisadiyyatının real sektorunda baş verən geriləmələr həm pandemiya, həm də postpandemiya dövründə maliyyə sektoruna da ciddi təsir edəcəkdir. Deməli, bu vəziyyətdə dünya maliyyə bazarlarına sürətli inteqrasiya ölkənin makroiqtisadi və mikroiqtisadi tarazlığını pozaraq böhrana səbəb ola bilər.
Beləliklə, fikirimcə, makroiqtisadi, mikroiqtisadi və maliyyə sabitliyini qorumaq. Qarbağın bərpa prosesinin daha dayanıqlı və inklüziv inkişaf etməsini istəyiriksə aşağıdakıları etməliyik:
1. Respublikanın dünya maliyyə bazarlarına gələcək inteqrasiyası sürətli deyil,yavaş xarakterli olmalıdır;
2. Maliyyə institutları inkişaf etdirilməlidir;
3. Xarici investorlar portfel investisiya deyil, birbaşa investisiya qoyuluşları etməyə təşviq edilməlidir.

 

Adıgözəlov Fuad, UNEC-in Maliyyə və mühasibat fakültəsinin

2-ci kurs, 606-cı qrup tələbəsi,

Rəhbər: i.f.d., dos. Elşad Səmədzadə