MƏQALƏLƏR

362

QARABAĞDA HANSI SAHƏLƏRİ İNKİŞAF ETDİRƏ BİLƏRİK?

  • 23.09.2021

Bu yazılar UNEC-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının
30-cu ildönümünə həsr edilən məqalələr müsabiqəsinə təqdim etmək üçün dərc edilir.


 

Qarabağda kənd təsərrüfatı
İşğaldan azad olunmuş ərazilər ölkəmizin iqtisadi inkişafı üçün böyük əhəmiyyətə malikdir. İqlimin və relyefin müxtəlifliyi dağətəyi zonada suvarma, dağlıq hissədə dəmyə əkinçilik, bağçılıq və heyvandarlıq üçün şərait yaradır. Bu ərazilərdə üzümçülük, bağçılıq, pambıqçılıq, heyvandarlıq, arıçılıq, baramaçılıq və s. sahələri inkşaf etdirmək olar.

Qarabağda sənaye və təhsil
Qarabağda yüngül, yeyinti, tikinti materialları sənayesində istifadə edilən xammallar vardır. Bu sahələri inkişaf etdirməklə xeyli iş yeri yaratmaq olar. Bu ərazilərdə alternativ enerji sahələrinin inkşafı üçün şərait vardır. Biz Qarabağda alternativ enerji istehsal etməklə bərabər alternativ enerji istehsal edən texnologiyaları da istehsal etməliyik. Qarabağda elektronika, maşınqayırma ki­mi elm tutumlu sahələr də yara­dılmalıdır. Bu sahələri yaratmaq üçün universitetlər, texnoparklar yaradılmalıdır.

Qarabağda turizm
Qarabağın turizm potensialı olduqca zəngindir, burada turizmin çox növləri - ekoturizm, dağ turizmi, qış turizmi, ov turizmi, sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar var. Azərbaycanın bu qədim tarixə malik olan bölgəsi özünün flora və faunası, mətbəxi, tarixi, mədəni-dini abidələri, qədim qalaları, körpüləri, meşələri, bulaqları və s. görməli məkanları ilə turistləri cəlb edəcək. Dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşən, Azərbaycan mədəniyyətinin incisi sayılan Şuşanın tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verir: “Şuşa mülayim iqlim şəraitinə, mineral suları isə müalicəvi xüsusiyyətlərə malikdir. Bunlar da turizm üçün çox yararlı istiqamətlərdir. Burada tanınmış bəstəkarlar, muğam ustadları, incəsənət xadimləri yetişib.
Burada müxtəlif mu­siqi festivalları keçirməklə Azər­baycan mədəniyyətini dün­yaya tanıtmaq olar. Bunlar im­kan verir ki, burada turistlərimizə maraqlı olan marşrutlar yaradaraq onları təqdim edək. Düşmənlərimiz bu illər ərzində işğal altında olan Qarabağ və ətraf rayonların əksər yerlərində mədəniyyət abidələrimizi dağıdaraq, infrastrukturu məhv edərək, vandallıq nümayiş etdiriblər.Dağıdılmış ərazilərin kiçik hissəsini saxlamaqla, hərbi qənimətlər parkı yaratmaqla turistlərin diqqətini cəlb edə bilərik.

 

Fateh Məhərrəmli,

UNEC-in Maliyyə və mühasibat fakültəsinin

2-ci kurs, 616-cı qrup tələbəsi,
Rəhbər: i.f.d., dos.
Elşad Səmədzadə