MƏQALƏLƏR

İnsan cəmiyyətinin informasiya magistralında bələdçi

  • 28.01.2011

İnsan cəmiyyətinin informasiya magistralında bələdçi

İnternetdə yüz minlərlə səhifələr yaranır və bu rəqəm hər il 3 dəfə artır. Bəs Yahoo! İnternet adlandırılan bu informasiya mühitində liderliyini necə qoruyub saxlayır? İnsan cəmiyyətinin informasiya magistralında bələdçi rolunu oynayan Yahoo! hazırda nə ən sürətli, nə də ən yaxşıdır, düzdür, onun istifadəçiləri bu barədə mübahisə də apara bilər.  Bir neçə il əvvəl Tim Kuql da elə fikirləşirdi. Bir dəfə hansısa sənaye konfransında rəqiblərindən birinin  şirkətinin axtarış sisteminin Yahoo!-dan bir neçə saniyə sürətli olmasını eşitdikdən sonra bunu yoxlamış və etiraf etməyə məcbur olmuşdu. Lakin məsələ burasındadır ki, Yahoo!-nun ən sürətli portal olub-olmadığından asılı olmayaraq, hər il milyonlarla yeni istifadəçi onun səhifələrinə daxil olur və bu proses illərlə davam edir. Bu – şüurların mübadiləsidir, insanlar arasında ünsiyyətin çiçəklənməsidir.

Yahoo!-nun yaradıcıları ilə adi kitabxana tədqiqatçıları arasında fərq – mühitdir. Əgər hər hansı kütləvi kitabxananın işçisinin tədqiqat obyekti kitablar və oxuculardırsa, Yanq və Filonun tədqiqat obyekti İnternet olmuşdur. İnternet bu gün nədir? Gəlin, əvvəlcə bu suala cavab tapaq.

İnternet – ümumdünya rabitə vasitəsidir. O, həmçinin ümumdünya kompüter şəbəkəsidir. Təkamülü prosesində «informasiya super-hayvey»ə çevrilmişdir.

İnternet istifadəçiləri gənclərdən tutmuş orta yaşlı nəslin nümayəndələrinə qədərdir. Lakin auditoriyasının tərkibi sürətlə dəyişir. Məsələn, ötən əsrin 90-cı illərində İnternet istifadəçilərinin əksəriyyəti kişilər idisə, indi auditoriyanın cinsi əlamətə görə bölgüsü 50:50-dir. On il əvvəl, 1997-ci ildə İnternet istifadəçilərinin çoxu İngiltərə və ABŞ sakinləri idisə, indi Cənubi Amerikada və Asiyada milyonlarla istifadəçilər İnternetə daxil olur.

İnternet hər hansı informasiyanı əlyetərli etmişdir. Hər il onun dərinliyi və əhatəsi dairəsi eksponent üzrə artır. İnternetdə informasiya müntəzəm olaraq təzələnir, interaktivdir, ilin 365 günü sütkada 24 saat əlyetərlidir. İstifadəçilərin sayı hər ay 10% artır. İnformasiyaların çox vaxt pulsuzlur, bəzən pullu da olsa, son dərəcə ucuzdur. Nəhayət, İnternet müxtəlif şirkət və firmalar üçün işçi mühitdir. O, şirkətlərə müştərilərlə, tədarükçülərlə və iş tərəfdaşları ilə işdə böyük üstünlüklər verir. informasiyanın ötürülməsi poçt, Federal Express və hətta faksdan da sürətlidir. Dediklərimizə yekun vursaq, görərik ki, 10 il əvvəl Yahoo! şirkətinin gənc biznesmenləri kosmik eranın ilk sıralarına çıxmış, yeni sərhədlər tədqiq etmişlər.

Brend və imic

Yahoo! yarandığı gündən məqsədini müəyyən edən şirkətdərdəndir. Yahoo! adı da təsadüfi deyil. Milyonlarla istifadəçi bu adın mənasını bilirmi? – Zənnimizcə, yox. Çoxları hesab edir ki, Yahoo! Yet Another

Highly Officious Oracle  – tərcümədə - daha bir çox yaxşı vasitəçi-icraçı. Lakin Tim Kuqlun dediyinə görə, Yanq və Filo şirkət üçün brend axtaranda yadlarına düşür ki, Devidin atası ona uşaqlıqda Yahoo deyərmiş. Lüğətdə bu sözün mənasını tapandan sonra şirkəti Yahoo! adlandırırlar.  (Yahoo sözü həmin lüğətdə «azğın quldur dəstəsi» kimi verilmişdi). Onlar qərara gəlir ki, bu ad onların özlərini çox yaxşı xarakterizə edir və yadda qalır. Nida işarəsinə gəldikdə isə, Yanqın sözlərinə görə, bu, adi reklam tryukudur.

Bu gün Yahoo! təkcə brend deyil. Yahoo! İnternetdə sərt, sıldırımlı yerdir ki, bundan yan keçmək mümkün deyil. Və baxmağa da dəyər!  

 M.YEGANƏ

Azərbaycan Jurnalistlər Birliyinin üzvü