MƏQALƏLƏR

Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir!

  • 16.10.2020

Ötən əsrin 80-ci illərinin sonlarından bu günümüzə qədər sürən Dağlıq-Qarabağ üstündə olan münaqişə indiyə qədər öz həll yolunu tapmamışdır. Bu münaqişə Azərbaycan xalqının faciəsinə çevrilib. 30 ildən çoxdur ki, minlərlə azərbaycanlı bu münaqişənin qurbanına çevrilib və bu, hal-hazırda da davam etməkdədir. Lakin dünyanın heç bir nüfuzlu ölkələri, təşkilatları bu insan terroruna “dur” demir. 27 sentyabrdan bu günə qədər davam edən döyüşlərdə Erməni Silahlı Qüvvələri tərəfindən 41 mülki şəxs qətlə yetirilib, 205 nəfər yaralanıb. Buna kim “dur!” deyəcək? Bu insan terrorunu kim dayandıracaq?
Keçən il Ermənistanın baş naziri "Qarabağ Ermənistandır", - deyərək bu danışıqlara kökündən zərbə vurdu. Tarixə nəzər yetirsək görərik ki, Dağlıq-Qarabağ Azərbaycanın əzəli torpaqları olub. Artıq uzun illərdir ki, Ermənistan Azərbaycanın bu əzəli torpaqlarına göz tikib. Bu həqiqəti unutmaq olmaz, QARABAĞ AZƏRBAYCANDIR! Gec-tez Azərbaycanın bu səfalı guşəsi bizə qayıdacaq, buna bütün AZƏRBAYCAN İNANIR!
2020-ci il oktyabrın 11-nə keçen gecə ermənilər Azərbaycanın 2-ci ən böyük şəhəri olan Gəncəyə bilərəkdən mülki insanların sıx yaşadığı yerə "Toçka-U" raketi ilə zərbə endiriblər. Bizim qarşımızda bütün mənəvi dəyərlərdən kənar olan bir düşmən var. Bu terror aktı nəticəsində mülki şəxslər dağıntılar altındaövladlar anasız-atasız qalmışdır. Dünya ölkələri bu terrora hələ də səssiz qalmaqdadır! Bu ardı-arası kəsilməyən terrorlar nə vaxta qədər bələ davam edəcək? Nə vaxta qədər uşaqlar gözü yaşlı, atasız, anasız qalacaq? Nə vaxta qədər anaların ürəyi dağlanacaq? Bitməlidir bu münaqişə! Ya sülh yolu ilə, ya da hərbi yolla! Qarabağ bizim haqqımızdır! Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir!

Qarabağ Azərbaycandır!

Könül Rzayeva