MƏQALƏLƏR

Zəfər tariximiz və qürur mənbəyimiz...

  • 06.05.2021

2020-ci ilin 12 iyulunda xain, əlləri qana bulaşmış ermənilərin Ermənistan-Azərbaycan dövlət sərhəddinin Tovuz istiqamətində Ağdam kəndini artilleriya atəşinə tutmaları nəticəsində əsgərlərimiz, zabitlərimiz və mülki şəxslərimiz həlak oldular. Çoxlu sayda evlər, obyektlər, infrastrukturlar dağıdıldı. Hərbçilərimiz mənfur düşmənə layiqli cavabını verdi. Düşmən bir addımda irəliləyə bilmədi, ərazi bütövlüyümüz qorundu. Tovuz hadisələri vaxtı biz yaxşı bilirdik ki, ermənilər təxribat törətməklə Azərbaycan ərazilərində yeni işğal siyasəti həyata keçirmək niyyətindədirlər.
Erməni millətçiləri tərəfindən uzun dövrdən bəri azərbaycanlıların və onların yaşadıqları ərazilərin, maddi-mədəni və tarixi abidələrin təcavüzə məruz qalmasının 200 ilə yaxın tarixi vardır. “Böyük Ermənistan” dövləti yaratmaq üçün millətçi və şovinist siyasət yeridərək, dinc əhalini qəddarlıqla məhv etmiş, soydaşlarımızı torpaqlarımızdan qovmuş, ərazilərimizi işğal etmişlər. Faktlar göstərir ki, 1828-ci ilədək Azərbaycanın tarixi əraziləri 300min km2 təşkil edirdi. 1828-ci ildə Rusiyanın tərkibinə daxil olanda Şimali Azərbaycan ərazisi 130 min km2 idi. Erməni havadarlarının köməyi ilə İran ərazisindən ermənilərin köçürülməsi nəticəsində 114min km2 təşkil etdi. 1918-ci ilin mart ayında Azərbaycan ərazisində Ararat Respublikası, daha sonra Ermənistan Respublikası yaradıldı. 1905 və 1918-ci illərdə Azərbaycan əhalisi qorxuduldu, qovuldu, vəhşiliklər və faciələr törədildi. Tacavüzkar erməni millətçilərinin havadarlarının təhriki ilə 1990-cı ildə 86,6 min km2 ərazimiz qalmışdı. Dağlıq Qarabağın və yeddi rayonun Ermənistana birləşdirilməsi məqsədilə 1990-1994-cü illərdə erməni ordusu hərbi təcavüzə keçərək, mövcud ərazilərimizin 20%-ni işğal etdilər. Təcavüz nəticəsində on minlərlə insan həlak oldu, çoxlu sayda soydaşlarımız əsir götürüldü, bir milyona yaxın azərbaycanlı 30 ilə yaxın bir dövrdə qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. 200 mindən çox soydaşımız Ermənistandan yalnız türk-müsəlman olduqları üçün vəhşicəsinə qovuldular. Ermənilərin işğal etdikləri ərazilərdə yaşayan azərbaycanlılar ölkəmizin 60-dan çox rayonunda çətin vəziyyətdə yaşamağa məcbur edildilər.
Yenədə 4aprel 2016-cı il tarixində ermənilər təmas xəttini keçməyə cəhd etdilər və şanlı ordumuz tərəfindən ciddi cavablarını aldılar. Buna baxmayaraq, 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri norma və qaydaları pozaraq, yenidən ərazi iddiasına düşərək, bir neçə istiqamətdən Azərbaycanın yaşayış məntəqələrini və hərbi obyektləri atəşə tutdular. Nəticədə mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar oldu. Erməni baş nazirinin işğal etdikləri torpaqlarımıza- Şuşaya gəlməsi, Cıdır düzündə yallı getməsi, qədim məskənimiz olan Şuşanı Qarabağın paytaxtı edəcəyini söyləməsi azəri türklərinin mənliyinə, qüruruna toxundu, bizi coşdurdu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi iradəsi sayəsində 27 sentyabr 2020-ci ildə uzun illər Ermənistanın işğal altında saxladığı torpaqlarımızı azad etmək üçün Azərbaycan Ordusu antiterror əməliyyatları apararaq, əks hücuma keçdi.
Məlum həqiqətdir ki, 30 il ərzində Dağlıq Qarabağ həqiqətləri barədə məlumatlar Azərbaycan tərəfindən beynalxalq ictimaiyyətə çatdırılsada, əməli tədbirlər görülmürdü, ikili yanaşmalar mövcud idi. Bu müddətdə demokratiyadan danışan dövlətlər Azərbaycan torpaqlarının 20%-dən çoxunun ermənilərin tapdağında qalmasına münasibət göstərmir, onlara qarşı sanksiyalar tətbiq etmirdi. Atəşkəs dövründə düşmənin təxribatlara əl atmasına, dinc əhalini hədəfə almasına göz yumulurdu.
Birinci Vətən müharibəsində - 1990-1993-cü illərdə Azərbaycanın qərbində, Tovuz rayonunda, o cümlədən doğulub boya-başa çatdığım Əlibəyli kəndində müxtəlif silahlardan atəş açılır, ağır döyüşlər gedirdi. Erməni quldurları, azğınlaşmış vəhşilər kəndi atəşə tutur, evləri dağıdır, dinc əhalini öldürürdülər. O vaxtlar nizami ordu olmadığı üçün kəndin və rayonun könüllü özünümüdafiə dəstələri kəndlərimizi erməni təcavüzündən mərdliklə qoruyurdular. Həmin vaxtlarda qeyrətli igid oğullarımızın şücaətlərindən qəzetlərdə məqalələr yazır, Bakıda yaşasamda, tez-tez onlara müəyyən sovqatlarla baş çəkirdim. Düz 30 il Tovuz rayonu (elə Ermənistanla sərhəd rayonlar da) atəş altında saxlanılmış, uzun müddət düşmən öz məkrli xislətini davam etdirmişdir.
Qarabağ münaqişəsinin həlli üç dövlətin - Amerika, Rusiya, Fransanın səlahiyyətlərinə verilərək,ATƏT-in Minsk qrupu yaradılsada, 28 ildə münaqişənin həllinə heç bir kömək göstərmədilər. Bütün bunları qeyd etməkdə məqsədim ondan ibarətdir ki, 30 ildə Minsk qrupunun mahiyyətinin, Ermənistanın münaqişəni həll etmək istəyinin, işğalçılığa son qoymamasının pərdəarxası görüntülərinin nədən ibarət olduğunu 44 günlük Vətən müharibəsi göstərdi: 27 sentyabrdan 9 noyabra qədər ermənilər hansı əxlaqın, hansı düşüncə və mənəviyyatın sahibi olduqlarını çox aydın göstərdilər. Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Tovuz rayonlarının, Gəncə və Mingəçevir şəhərlərinin çoxlu sayda günahsız, dinc əhalisini öldürdülər, yaraladılar. Minlərlə yaşayış evləri, çoxlu sayda mülki obyektlər dağıdıldı.Xocalı soyqırımını törədən və heç bir beynəlxalq təşkilat tərəfindən cəzalandırılmayan, heç bir sanksiyalar tətbiq edilməyən Ermənistan daha ciddi, əxlaqa və insanlığa sığmayan cinayətlər törətdi. Hindistandan İrana gətirilmiş qaraçıların 400 il ərzində farslarla qarışığından əmələ gəlmiş bu murdar, hay-küyçü, əxlaqsız ermənilər heç bir hərbi obyekt olmayan və dinc əhali yaşayan Gəncə, Bərdə və Tərtərdə yeni soyqırımı törətdilər.
Müharibə dövründə ölkə prezidenti dünyanın 30-a yaxın media qurumlarına müsahibə verdi. Bu informasiyalar real həqiqətləri beynalxalq səviyyədə insanlara çatdırmaqda çox böyük rol oynadı. Prezident çox haqlı olaraq qeyd edir ki, “Biz bu qələbəni birlik, əzm, iradə və güc hesabına əldə etdik.” Həm də qürurverici 44 günün anlarını yaşadıq, “Qəhrəman əsgər və zabitlərimizin hesabına qələbə qazandıq”, 30 illik Qarabağ münaqişəsinə son qoyduq. Prezident haqlı olaraq göstərir ki, “Biz bu torpaqlara Azərbaycan xalqının şücaəti hesabına qayıtmışıq”. Mən böyük fəxrlə qeyd etmək istəyirəm ki, ölkəmizin uğurlu diplomatiya siyasəti və xalq-iqtidar birliyi ölkəmizə qələbə qazandırdı. Bu qələbənin əsasında güclü iqtisadiyyatımız durur. Təsadüfi deyilmir ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Xalq-iqtidar birliyi və güclü iqtisadiyyat və ondan da güclü mənəvi dayaq qələbəmizin təmin olunmasına imkan verdi. Prezident İlham Əliyevin hər çıxışı, işğaldan azad olunan şəhər və kəndlərimizə, şəhidlərimizə sonsuz məhəbbət, əsgər və zabitlərimizə həssas münasibət 30 illik yaralı qəlbimizə məlhəm oldu, bizi qələbələrə ruhlandırdı. Vətən müharibəsi Azərbaycan əsgərinin qüdrətini, qorxmazlığını, igidliyini ortaya çıxardı.
Qarabağ uğrunda apardığımızVətən mü­ha­ribəsindəqardaş Türkiyə Cümhuriy­yəti və 83 milyonluq xalq Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu, bizim haqq işimizdə bizimlə birlikdə oldular. Mənəvi dəstəyə və haqq işimizə dəstəyə görə Türkiyə, Ukrayna, İsrail, Pakistan, Gürcüstan, İslam Əməkdaşlıq Təşkilatının bir çox üzvlərinə minnətdarlığımı bildirirəm.
Rayonlarımız, kəndlərimiz işğaldan azad olunduqca sevinclər aşıb-daşır, böyük coşqu ilə şənliklər, zəfər yürüşləri keçirilir, şanlı əsgər və zabitlərimizin, Ali Baş Komandanın şərəfinə qürurveri­ci ifadələrlə hədsiz sevinclər ifadə edilirdi. O günlər qəlbimin fəxarət, sevincli günləri idi və bəlkədə ömrümün ən xoşbəxt 44 günü idi. Həm də ona görə sevinirdik ki, uzun müddət işğal altında qalmış, talan edilmiş rayon və kəndlərin hər biri işğaldan azad edildi. Onların hamısı digər rayonlarımız kimi gözəlliklər məskənidir, tarixi abidələr, böyük sərvətlər diyarıdır, biz onların sahibi kimi o yerlərə dönəcəyik.
Böyük iftixar hissi ilə qeyd etmək istəyirəm ki, insanlarımızın çox böyük səbri, vətənpərvərliyi, milli birliyi, ölkə rəhbərliyinin siyasi iradəsi və məharəti nəticəsində biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik, yüzilliklər boyu insanlar və xalqlar arasında nifrət və düşmənçilik təbliğ edən erməni millətçilərinin iç üzlərini açdıq, onların terror və işğal əməllərinin ifşasına nail olduq. Ali Baş Komandanın rəhbərliyi, şanlı ordumuzun rəşadəti və şücaəti nəticəsində işğala, ədalətsizliyə son qoyuldu. Lakin illər keçsə də, erməni vəhşilərinin dinc əhaliyə qarşı törətdikləri amansızlıqlar, müsibətlər yaddaşdan çıxmayacaqdır.
Uzun müddət nazirlikdə rəhbər vəzifələrdə işləmişəm. Sonra professor olduğum üçün ali təhsil müəssisəsində kafedraya rəhbərlik etmiş, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuş, minlərlə gəncə dərs demişəm. Ömrüm boyu insanlarla yaxın münasibətdə olmuş, ölkəmizin bütün rayonlarını gəzmişəm. Yaxşı bilirəm ki, vətənpərlik ruhu, vətə­nə, torpağa, insanlara məhəbbət, sevgi ana bətnində, ailədə, məktəbdə, ali təhsil ocaqlarında, sosial-ictimai yerlərdəformalaşır. Bəzən gənclik yaşlarımda böyüyə, kiçiyə, insana gördüyüm diqqəti, qayğını indiki, müasir gənclərdə görməyəndə məyus olur, gələcəyə nikbin baxa bilmirdim. Gənclərin təhsilə soyuq münasibəti, telefonla, kompüterlə vaxt keçirmələri məni sıxırdı. Bəzən yaşlı insanların yanında olanda, bu bədbinliyi onlardan duyanda pis olurdum. Sən demə, gənclərin məşğuliyyətində, münasibətində vətənpərvərliyin, torpağa, insanlara məhəbbətin çox dərin kökləri varmış. Belə olmasaydı Vətən müharibəsində bu gənclər nümunə göstərə bilməzdilər, şirin canlarını vətən, torpaq və insan üçün qurban verməzdilər. 44 günlük zəfər tariximizi özümüz yazmaqla hansı igidliklər göstərildiyi barədə qürurverici hadisələri fəxrlə dinləyə bilməzdik, şahidi olmazdıq. Eşq olsun sizlərə, vətənini, torpağını, bayrağını, dostunu, yoldaşını canından, qanından əziz bilən, igid övladlarımıza.
Əsgərlərimizin, zabitlərimizin ayaqları dəyən yerlərdə gül-çiçək açacaqdır. Vətənimizin azadlığı, bütövlüyü uğrunda canından-qanından keçən şəhidlərimizin qanı tökülən yerləri cənnət məkana çevirəcəyik, onların adı qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır. Biz bütün şəhidlik zirvəsinə ucalan, tarix yazan oğul və qızlarımızın qarşısında həyatımızla, varlığımızla borcluyuq. Milli birliyimiz, ölkə rəhbərliyinin, Ali Baş Komandanın iradəsi və müzəffər ordumuzun qazandığı tarixi qələbəni qiymətləndirərək, qarşıdakı dövrdə əsas amalımızın istiqaməti milləti gələcək hədəflər üçün kökləməkdən ibarət olmalıdır.
Sinəsində üçrəngli bayraq döyüş meydanına cəsarətlə atılan, qazi kimi ailəsinə, elinə-obasına dönən, igid Azərbaycan əsgərləri, Sizə tərbiyə verən ata və analar, biz Sizinlə fəxr edirik. Deyirəm ki, nə yaxşı ki, sizin kimi övladlarımız vardır və siz 30 illik ədalətsizliyə son qoydunuz, bizim Qarabağ boyda problemlərimizin həlli uşaqlarımıza, nəvələrimizə saxlanılmadı.


İBRAHİMOV İSLAM HACI oğlu,
iqtisad elmləri doktoru, professor,
Əməkdar kənd təsərrüfatı işçisi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü