MƏQALƏLƏR

Yeni dövrün elmi - "Alternativ psixologiya"

  • 20.05.2021

Elm cəngavəri

Avropa Ensiklopediyasında "Ən yaxşı tibbi tətbiq" layihəsinin salnaməsinə çevrilən "Tibb və sağlamlığın inkişafında ən yaxşı təcrübələr" kitabı işıq üzü görmüşdür. Kitabda çap olunan “Elm cəngavəri” başlığı ilə olan yazı beynəlxalq səviyyədə dünya təbabətinə elmi yeniliklər gətirmiş azərbaycanlı alim akademik Y.S.İbadovun tibb sahəsində olan elmi yeniliklərinə həsr olunmuşdur. Tibbi biologiya elmləri doktoru, professor Yaşar Saday oğlu İbadov yaratdığı “Alternativ psixologiya" elminə görə 2003-cü ildə Moskva şəhərində müəlliflik şəhadətnaməsi almışdır. Bu elm zaman və məkanda canlı sistemlərin şəkil dəyişməsini - bir haldan başqa hala keçməsini və hərəkət tərzini öyrənir. “Alternativ psixologiya” yeni bir elm kimi canlı sistemlərin zaman və məkan daxilində davranışlarının və metamorfozalarının öyrənilməsində yeni imkanlar açır. Y.S.İbadovun tətbiq etdiyi psixoqrafiya metodu canlı orqanizmlərin faza sistemlərinin tədqiqindən və həyat fəaliyyətini pozan neqativ informasion blokların üzə çıxarılmasından ibarət olub, insanın mənəvi-psixoloji yüksəlişinə xidmət edir. Metodun tətbiqi təbiətlə insan arasında olan qarşılıqlı təsirlərin xarakterini qiymətləndirməyə imkan verir, təkcə fiziki bədəni deyil, həm də energetik bədənləri təmizləməyə və sağlamlaşdırmağa imkan yaradır. Psixoqrafiya metodunun köməyi ilə enreqoinformasion gigiyena elmində və psixosomatik xəstəliklərin profilaktikasında yeni imkanlar açılır.

Psixoqrafiya psixi enerjinin yazısında - psixoqrammada insana, canlı və cansız aləmə aid olan enerqoinformasion məlumatların tədqiqatını təqdim edir. Psixoqramma sözlə ifadə olunmayan psixi proseslərin informasiyasını açır, izah edir, öyrənir və eyni zamanda, xəstəliklərin və həyati problemlərin səbəblərini araşdıraraq, onları korreksiya etmək üçün yeni vəsait təqdim edir. Bu isə neqativ enerji və informasiyalardan azad olmaqla insan orqanizmində pozitiv enerji balansının tənzimlənməsilə - harmoniyanın bərpası və normada saxlanması istiqamətində insanların tibbi-psixoloji sağlamlığının qorunması yolunda beynəlxalq səviyyədə dünya təbabətinə elmi yeniklər gətirmişdir. Professor Y.S.İbadovun tibb sahəsində olan elmi yenilikləri yüksək qiymətləndirilmiş və Avroasiya ölkələri üzrə “Enerqoinformasion diaqnostika və müalicə üsulu” adında 29 dekabr 2005-ci il tarixli patent almışdır. Metodun tətbiqi bioenergetik matrisanı tədqiq etməklə enerqoinformasion gigiyena elmində yeni yollar açır, sağlamlıq proqramı enerqo informasion səviyyədə bərpa olunur. Professor Yaşar İbadovun müəllifi olduğu “Alternativ psixologiya” elminin metodologiyası əsasında etdiyi elmi ixtiraları və nanotexnologiya ilə hazırlanmış olan harmani¬zatorları Avropa keyfiyyət nişanına və lisenziyasına layiq görülmüşdür. O, nüfuzlu beynəlxalq təşkilatların yüksək mükafatlarına layiq görülmüş, orijinal dəstxəti olan, nəzəri və praktik elmi nailiyyətləri Azərbaycanda və onun hüdudlarından kənarda uğurla təqdim olunan alimdir. XXI əsrin yeni elmi - “Alternativ psixolgiya” elminin metodikası əsasında hazırlanmış testlər və produksiyalar da tibb sahəsində insanların tibbi-psixoloji sağlamlığının qorunmasına xidmət edir. “Mücərrəd kompozisiyalar şəklində tibbi-pedaqoji-psixoloji” testlər gənc nəslin yaradıcılıq qabiliyyətinin formalaşmasında böyük əhəmiyyət kəsb edir.
Psixoqramma və faza portretlərinin insan sağlamlığına təsiri orqanizmin və orqanların energetikasının vəziyyəti, yaradıcı potensialın səviyyəsi (sosial-psixoloji testlər) də daxil edilməklə funksional diaqnostika metodlarının tətbiqi ilə əldə olunmuş yeni metodikanın təbabətdə, xüsusilə sağlamlaşdırıcı reabilitasiya mərkəzlərinin praktiki fəaliyyətində tətbiq edilməsini tamamilə perspektiv hesab edir. Müasir dövrdə “Alternativ psixologiya” elminin psixokorreksiya metodu həm nəzəri, həm də praktik yönümdə yerlərdə təcrübədən keçirilmiş və müəyyən edilmişdir ki, korreksiyanın bu forması uşaqların psixikasındakı neqativ keyfiyyətləri təmizləyir. Prosesin əsasında orqanizmdə mövcud olan neqativ enerjinin bədəndən çıxarılması əsas göstərici sayılır. Aparılan tədqiqatlar sübut edir ki, neqativ enerjinin təmizlənməsi uşaqların psixogigiyenik tələblərinin ödənməsinə kömək edir və psixoloji immuniteti gücləndirir. Belə uşaqlar hər hansı bir emosional gərginliyi və stress vəziyyətini çox asanlıqla dəf edir və sağlam düşüncə, eyni zamanda, ünsiyyət tərzinə malik olurlar. Psixoloji immunitet güclü olduqca, insan psixoloji cəhətdən daha stabil olmaqla, yüksək səbir və təmkin nümayiş etdirir. Yeniyetməlik dövründə orqanizmdə artıq enerjinin olması səbəbindən məhz bu dövrdə psixokorreksiya və treninqlərin tətbiq edilməsi daha məqsədəuyğun hesab edilir.
2020-ci ildə görkəmli Azərbaycan alimi və həkimi Yaşar İbadov 60 yaşını qeyd edib. Onun tibbdəki yolu keçən əsrin 78-ci ilində başlayıb. 1985-ci ildə elmi dərəcə alıb və karyerasına kənd xəstəxanalarından birində sıravi həkim kimi başlayıb. Daha sonra Bakı "Maarif" sanatoriyasının baş həkimi olub. Yaşar Saday oğlu bu illərdə həvəslə işləyir, xəstələrinin müalicəsi və profilaktikasında yenilikçi texnologiyalardan və psixoloji dəstək metodlarından istifadə edirdi. 1999-cu ildə onun “Mücərrəd kompozisiyalar şəklində tibbi-pedaqoji-psixoloji” testləri dərc edildi.
2002-ci ildə “Yaşadan əllər” (Şəfalı əllər), daha sonra “YAY OSİDO” İnnovasiya inkişaf mərkəzinə rəhbərlik edir. 2003-cü ildən Azərbaycan Respublikası Təhsil İnstitutunda fəaliyyət göstərən “Psixogigiyena və tibbi-psixoloji diaqnostika” laboratoriyasına rəhbərlik edir. Bu qurumlarda elmi araşdırmalarına və kəşflərinə davam edir, bunlar isə öz növbəsində "Bioloji sistemlərin funksional vəziyyətinin diaqnostikası və korreksiya üsulları" mövzusunda namizədlik dissertasiyası yazmaq üçün əsas olur. RF-in Akademiyalararası Ali Attestasiya Komissiyasının 14 dekabr 2004-cü il tarixli qərarı ilə Y.S.İbadov tibb və psixologiya elmləri namizədi elmi dərəcəsi alır. 2005-ci ildə "Canlı sistemlərin metamorfoz səbəblərinin müəyyənləşdirilməsi və psixokorreksiyası metodologiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. Rusiya Federasiyasının Akademiyalararası Ali Attestasiya Komissiyasının qərarı ilə Y.S.İbadova tibbi biologiya doktoru elmi dərəcəsi verilmiş, "Ümumi psixologiya və inteqrativ tibb" ixtisası üzrə professor adına layiq görülmüşdür.
Yeni “Alternativ psixologiya” elmi və xüsusən də enerji məlumat diaqnostikası və müalicəsi ilə əlaqəli metod həm Azərbaycanda, həm də xaricdə patentləşdirildi, xüsusən Avrasiya patenti ilə qeyd edildi. Alternativ psixologiya akademik Yaşar İbadov tərəfindən 1990-1998-ci illərdə yaradıldı. Üç elmin - psixiatriya, diferensial psixologiya və tibbi psixologiya qovşağında "Alternativ psixologiya" adlı yeni bir elmi yanaşmanın müəllif hüququ Rusiya Müəlliflər Cəmiyyəti tərəfindən 3 mart 2003-cü il tarixli reyestrdə qeydə alınmışdır. Professor İbadov bu metodun nəzəri postulatlarına və psixoloji məsləhət praktikasında tətbiqinin praktik aspektlərinə həsr olunmuş bir sıra monoqrafiya və elmi məqalələr dərc etdirmişdir. 5 kitab, 7 elmi monoqrafiya və 26 elmi məqalənin, 12 sayda müəlliflik şəhadətnaməsinin, patentləşmiş nəzəriyyə, konsepsiya və ixtiraların müıllifidir. "Psixoqrafiya yeni bir şəxsiyyətin hərtərəfli inkişafı metodu kimi" monoqrafiyası elmi sahədə və geniş oxucu kütləsi arasında populyarlıq baxımından yüksək qiymətləndirilmişdir. Professor İbadov psixoqrafiya metodu ilə işləyir, həm də bu metodu psixoloqlara və müəllimlərə fəal şəkildə öyrədir. Dünyanın bir çox ölkələridə yüzlərlə tələbəsi və izləyicisi var. 2005-ci ildə professor Y.S.İbadovun rəhbərliyi altında dünyada ilk dəfə III minilliyin təbabəti sayılan informasiya müalicə üsulu ilə psixodiaqnostika və korreksiya işlərini aparmağı bacaran təbib-rəssamların hazırlanması məqsədilə Bakının Səbail və Nərimanov rayonlarında “Təbib-Rəssam” məktəbi fəaliyyətə başlamışdır. Onun rəhbərliyi ilə Beynəlxalq alternativ psixologiya məktəbi fəaliyyət göstərir.
"Alternativ psixologiya" elminin metodologiyasına əsaslanan müəllif informasiya təbabəti və nanotexnologiya sahəsində bir sıra ixtiralar etmiş və çox sayda harmonizatorlar yaratmışdır. Rəhbərlik etdiyi laboratoriya Beynəlxalq "Avropa keyfiyyəti" mükafatını qazanmışdır. Elmi ixtira və yeniliklərinə görə çoxlu sayda diplom və sertifikatlara layiq görülmüşdür. "Chevalie", "Komandor" ordeni ilə yanaşı, Belçikada keçirilən "Evrika" Beynəlxalq Sərgisinin qızıl medalını almışdır. İngiltərə, Gürcüstan, Rusiya, Türkiyə, ABŞ və Ukraynada dünyanın aparıcı ölkələrinin etibarlı və fəxri akademikidir. Professor İbadov Avropa Tibb Birliyinin (Belçika) həqiqi üzvü, beynəlxalq tibbi konqres və konfransların iştirakçısıdır. Yaşar İbadovun tibb və psixologiya sahəsindəki xidmətləri beynəlxalq aləmdə tanınmışdır.
Avropa Tibb Assosiasiyasının 2021-ci ildə dərc etdirdiyi Sokrat Almanax ensiklopedik kitabında Yaşar İbadovun yeni elmi metodologiyası tibb və sağlamlıq yolunda ən yaxşı təcrübə kimi təbliğ edilir və onun haqqında olan məqaləyə “Elm cəngavəri” adı verilmişdir. Məqalədə İbadov əminliklə bildirir ki, "Biz həyatda yalnız özümüzə ünvanlanan yenilikləri tapırıq". İllərlə topladığım elmi təcrübəni ümumiləşdirərək cəmiyyətin nəzərinə çatdırmışam. Mən həmişə öz işimi vicdanla yerinə yetirmişəm, insanlığı sevdiyimə görə onlara daim kömək etməyə səy göstərmişəm. Yaradıcı təcrübələrimizin möcüzələr göstərə biləcəyinə və insanların mental və fiziki cəhətdən sağlam olmasına kömək edə biləcəyinə əminliklə inanıram. Ailəmin, həmkarlarımın və tələbələrimin dəstəyinə görə hər kəsə minnətdaram”.
Hər bir vətəndaşımızın milli və bəşəri dəyərlərə sahib olması, insanlığın qorunmasına verdiyi töhfələr Vətən üçün qürurvericidir. Akademik Yaşar İbadov insanlığın xilasına öz elminin gücü ilə töhfələr verir. Onun həm nəzəri, həm də praktiki nəticələri, müəllifi olduğu "Alternativ psixologiya" elminin metodologiyası əsasında innovativ ixtiraları (saat əqrəbinin əks istiqamətində hərəkət edən saatları, harmonizatorları və s.) vardır. Onun elmi yenilikləri hər bir fərdin, ətraf aləmin, həmçinin təbiətdə harmoniyanın bərpasına xidmət edir!
Xoşbəxtliyini insanların sağlamlığına xidmətdə görən Yaşar həkim üçün dünyada ən böyük dəyər insanlıqdır! Öz elmi və xidmətləri ilə dünyada Vətənimizi təmsil edən akademik Yaşar Saday oğlu İbadovun uğurları qürurvericidir!

 

Bəybala Ələsgərov,
Beynəlxalq Nobel İnformasiya
Mərkəzinin Vitse-Prezidenti,
elmlər doktoru

Elnarə Mehbalıyeva,
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin
kimya və biologiya fakültəsinin
dekanı, dosent