MƏQALƏLƏR

İşğaldan azad olunmuş ərazilərin bərpa konsepsiyasının əsas prinsipləri

  • 28.05.2021

30 il yağı düşmənin əsarəti altında olan torpaqlarımıza dəymiş yüz milyardlarla manat maddi, mənəvi, ekoloji və sair istiqamətlərdəki zərərlər bir millət olaraq bizlərə torpaq sevgisinin və torpaqlara qayıdışın reallaşması fonunda bəlkə də miqyası qədər görünmür. Görünən odur ki, Azərbaycan xalqı başda cənab prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanıolmaqla işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi inkişaf məsələlərini düşünərək, həyatın davam etməsini və bütün dünyaya Azərbaycanın qalib xalq olaraq qətiyyətini nümayiş etdirir.
Hal-hazırda bizim ümummilli amalımız ölkəmizin son illər əldə etdiyi sosial-iqtisadi inkişaf sahəsindəki uğurlarını daha səmərəli şəkildə işğaldan azad olunmuş əzəli tarixi torpaqlarımıza transformasiya edərək, nəticə etibarilə bölgənin canlandırılmasına nail olmaqdır. Məşhur psixoloq, alim Abraham Maslounun ehtiyaclar iyerarxiyasına istinadənqeyd etmək istərdik ki, təhlükəsizlik faktoru muharibə sonrası bölgədəiqtisadi inkişaf üçün ilkin amildir. Bu baxımdan da terrordan əziyyət çəkmiş ölkələrin təcrübəsi əsasında təhlükəsizlik tədbirləri görülməsi üçün ən qabaqcıl avadanlıq, texnologiya tətbiq etməklə azad olunmuş torpaqlarımızın infrastrukturla təchiz edilməsi məsələləri önə çıxır. Bu mənada müəyyən araşdırmalar, siyasi və iqtisadi yanaşmalar və Azərbaycanın bölgədəki nüfuzu nəzərə alınaraq, reallıqların gələcəklə bağlı müsbət təminat verdiyi bir daha təsdiqlənir.
Əzəli tarixi torpaqlarımızda sosial-iqtisadi proqramların həyata keçirilməsi üçün ilk növbədə təhlükəsizlik məsələləri həll edilməli və müvafiq infrastruktur layihələri icra edilməlidir ki, bunlarla bağlı da ölkə başçısı konseptual fikirlərini bildirmişdir. Bu fikirləri əsas götürərək ərazidə aşağıdakı tədbirlərin daha effektiv həyata keçirilməsi məqsədəuyğun olardı:
- işğaldan azad olunmuşəzəli tarixi torpaqlarımızda sosial-iqtisadi məsələlərin daha effektiv həyata keçirilməsi üçün ilk növbədə bölgənin insan resursları potensialını gücləndirməyi və bununla da İT, eyni zamanda,mühəndis-konstruktor sahələri üzrə mütəxəssislərin(nümunə olaraq ABŞ-ın məşhur “Silikon vadisi”və Yaponiyanın “Eko və Təhlükəsizlik TexnologiyalarıMərkəzi”nin modellərini göstərmək olar) ən müasir işçi proqramlar əsasında mövcud imkanları reallıqlara çevirə biləcək mexanizmləri tətbiq etmələrini məqsədəuyğun hesab edirik;
- işğaldan azad olunmuş ərazilərin bərpasının daha səmərəli və daha tez həyata keçirilməsi üçün “İşğaldan Azad Olunmuş Ərazilərin Bərpası Mərkəzi”nin yaradılmasınıməqsədəmüvafiq hesab edirik;
- məhsuldar qüvvələrin daha dinamik inkişaf prosesinin elementlərindən biri kimi miqrasiyanın azad olunmuş ərazilərin sosial-iqtisadi inkişafı səbəbindən olmasını məqsədəuyğun hesab edirik;
- əsas prioritet kimi əhalinin, xüsusilə də gənc ailələrin mənzil təminatının həyata keçirilməsi və bu sahənin növbəti illərdə də xüsusi olaraq nəzərdə saxlanılmasını vacib hesab edirik;
- işğaldan azad olunmuş ərazilərdə peşəkar, mədəni və maddi cəhətdən əhalinin həyat şəraitinin dəyişməsi miqrasiyanın səviyyəsinin artımı vasitəsi sayılır ki, bu istiqamətdə də lazımi tədbirlərin icra edilməsini zəruri hesab edirik;
- miqrasiya siyasətinin köməyilə azad olunmuş ərazilərin əhalisinin sayını yalnız birbaşa, yəni əmək resurslarının zəruri sayının regiona istiqamətlənməsi yolu ilə deyil, həm də dolayı yolla, yəni regiona müəyyən peşəkar-ixtisaslı tərkibə, cinsə və yaşa malik işçilərin cəlb olunması və əməkqabiliyyətli əhalinin təkrar istehsalı üçün əlverişli şəraitin yaradılması hesabına da tənzimləmək olar.
Sosial müdafiənin və sosial inkişafın olması üçün ilk əvvəl iqtisadi inkişafın keyfiyyət göstəricilərinə diqqət yetirilməsi vacibdir. Hazırda dövlətimizin əldə etdiyi təcrübələrə əsaslanaraq özünüməşğulluq proqramlarının və sosial rifah layihələrinin ərazilərdə tətbiq edilməsini məqsədəuyğun hesab edirik. Mühüm yanaşmalardan biri və bəlkə də əsası bölgədə elmin inkişafıdır. Bu, birinci hədəf olmalıdır.Bölgədə rəqəmsal elmi-tədqiqat və təhsil universitetinin və ya ən müasir hərbi-texnologiya institutunun yaradılmasını təklif edirik. Bu baxımdan da Qarabağ Dövlət Rəqəmsal Universitetinin yaradılması bölgənin təhsil və elmi potensialının formalaşmasına xidmət edə bilər. Ərazilərinbərpası və inkişafı ilə bağlı iqtisadi bərpa konsepsiyasının əsas prinsipləri nəzərə alınmalıdır. Bu baxımdan da Şuşa şəhəri milli dəyərimizin emosional rəmzi olaraq elm, mədəniyyət və incəsənət tədbirləri üçün tam uyğundur. Musiqi, xüsusilə də muğam Qarabağ üçün ən prioritet sahələrdən biridir. Xüsusilə, hazırda musiqi həm də təbliğat, incəsənət, milli gen və tarixdir. Eyni zamanda, bu, bir məşğuliyyət sahəsidir. Deməli, Qarabağda ən innovativ səsyazma studiyasının yaradılması da prioritet hesab edilə bilər. Ərazilərin bərpasının intensivliyini artırmaq üçün xüsusi əmlak, torpaq, dotasiya və kredit imkanlarının yaradılmasını zəruri hesab edirik.Logistika sahəsindəbölgədə hava limanı və digər nəqliyyat növləri ilə yanaşı,inkişaf etmiş ölkələrin təcrübəsində öz effektivliyini təsdiqləmişsürət qatarlarının qurulması olduqca faydalı ola bilər. Belə ki, bunun əsas faydaları paytaxt ilə bölgə arasındaməsafənin maksimal azaldılması, digər regionlardan mütəxəssis və işçi qüvvəsi ilə bölgənin daha tez və rahat təmin olunmasıdır. Bölgədə nəzərdə tutulan yenidənqurma layihələrinə ölkə əhalisinin kütləvi cəlb olunması işlə təminatın yüksəldilməsinə səbəb olar vəeyni zamanda, azad olunmuş ərazilərdə demoqrafik siyasətimizə böyük təkanverə bilər.
Zəngilanın yerləşdiyi ərazi coğrafi, ticarət, logistika, iqtisadi və bütövlükdə strateji baxımdan qiymətləndirilərək, gələcəkdə ona Azad İqtisadi Zonastatusunun verilməsi məqsədəuyğun olardı.
Əsas məqsədişğaldan azad olunmuş regionu ticarət,turizm,təhsil, tibb,incəsənət seqmentlərinin cəmləşdiyi transmilli xab mərkəzinə çevirməkdir.
Biznes, tibb, təhsil və xüsusən də hərbi sahələrininkişafı üçün xarici ölkələrdə yaşayanazərbaycanlıların və ölkəmizə faydası olan Türkiyə, İsrail və digər ölkələrdən peşəkarların cəlb edilməsi və onların müəyyən imtiyazlarla təşviq olunması məqsədəuyğun ola bilər.
Biznes mühitinin əlverişliliyinin artırılması, kiçik və orta biznes (KOB) subyektlərinin maraqlarının müdafiəsi, eyni zamanda, turizmin yaradılması və bunun üçün də xüsusi təşviq mexanizminin tətbiq edilməsini vacib hesab edirik.
Ərazidə, xüsusilə kənd təsərrüfatının, o cümlədən aqroparkların ən müasir üsullarla qurulması üçün İsrail təcrübəsindən istifadə edilməsini tövsiyə edirik. Burada ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi də mümkündür.
Fikrimizcə, hər hansı bir regionun innovasiya və texnoloji mərkəz elan edilməsi üçün hər şeydən əvvəl regionun innovasiya və texnoloji potensialı qiymətlədirilməlidir. Bu gün Qarabağın innovasiya və texnoloji potensial səviyyəsi aşağıdır. Odur ki, əvvəlcə sözügedən potensial formalaşdırılmalıdır. Bu potensial Qarabağda olub, lakin düşmənlər tərəfindən dağıdılıb.
Hələ bütövlükdə ölkə üzrə innovativ iqtisadiyyat qurulmayıb və biz bu yolda zəif addımlayırıq. Bu baxımdan Qarabağda ilk növbədə ənənəvi iqtisadiyyatın bərpası məqsədəuyğundur, sonra isə innovativ iqtisadiyyat hədəf olaraq qəbul edilməlidir.
Bölgədə təsnifata uyğun olaraq yeni iqtisadi rayonun yaradılması ilə əsas ənənəvi və rəqabətqabiliyyətli istehsal istiqamətlərinin bərpa edilməsi və bu istiqamətdə ilkin olaraq kiçik və orta sahibkarlığın təşviqini məqsədəuyğun hesab edirik.
İşğaldan azad olunmuş ərazilərdə innovativ iqtisadiyyatın tətbiq edilməsi və xüsusən investisiya lahiyələrinin həyata keçirilməsində özəl sektorun rolunun artırılması məqsədəuyğun olardı.
Eyni zamanda, regiona investisiya cəlbi ilə əlaqədar “investisiya mobilizasiya yolları” istiqamətində həm dünya azərbaycanlılarının, həm də beynəlxalq investisiya imkanlarının nəzərə alınmasını məqsədəuyğun hesab edirik.
Bölgəyə maliyyə resurslarının cəlb edilməsi vasitəsi kimi dövlət zəmanətli “Qarabağ istiqrazları”nın yaradılması da çıxış edə bilər. İşğaldan azad olunmuş ərazilərdə beynəlxalq maliyyə qurumlarının iştirakı ilə Qarabağın bərpası sığorta sisteminin (işğaldan bərpa istiqrazları və bərpa investisiya əmanətləri) qurulmasını vacib hesab edirik. Bütün yuxarıda qeyd edilən istiqamətlərin ana xətti isə heç şübhəsiz ki, milli birliyimizin qorunmasıdır. Məhz milli birliyimiz məqsədlərimizə çatmaq üçün əsas meyar hesab edilir.

Həsənov Asif Abuzər oğlu,
iqtisad üzrə fəlsəfə doktoru