SAĞLAMLIQ

230

Hindistanda qidalanma və pəhriz

  • 25.04.2012

Induslar Ayurveda prinsiplərini əsas götürərək özünəməxsus şəkildə qidalanırlar. (Ayurveda  - ənənəvi hind tibbi sistemidir) Müqəddəs kitabda yazılanlara riayət edən induslar ciddi tibbi prinsiplərə əsaslanırlar. Burada yazılanlara görə, insan orqanizmi yediyini gün ərzində həzm edir. Ona görə də onlar demək olar ki, heç vaxt şam yeməyi yemirlər. Bu, əslində axşam yeməyindən imtina etməklə düzgün formada qalmağın ən sadə üsullarından biridir.

Dünyada  müxtəlif ölkələr var və hər birinin adət-ənənələri  də fərqlidir. Qidalanma  özü də bir mədəniyyətdir desək, yanılmarıq. Lakin  qeyd etmək lazımdır ki, Yer üzündə ölkələrin, ənənələrin, vərdişlərin rəngarəngliyi fonunda  pəhrizin növündən asılı olmayaraq bir məsələni unutmaq olmaz. Mənsub olduğu irqdən, yaşadığı coğrafi məkandan asılı olmayaraq, insan  hər zaman balanslaşdırılmış qidalanmaya riayət etmək, həddindən artıq yeməmək, gecə vaxtı yeməkdən çəkinmək, çoxlu hərəkət etmək kimi qızıl qaydalara əsaslanmalıdır. O zaman artıq çəkidən azad olmaq daha asan və düzgün yolla olacaq.