SAĞLAMLIQ

230

Mixək antioksidant xəzinəsidir

  • 09.06.2012

Mixək tərkibində antioksidantlar olmasına görə ədviyyatlar arasında liderdir. İspan alimləri belə hesab edirlər. Təbii ədviyyatların istifadəsi isə sağlamlığın möhkəmlənməsi üçün ən yaxşı vasitədir. Tədqiqatlar göstərir ki, təbii ədviyyatların tərkibində fenol birləşmələri var. Aparılan tədqiqatlar göstərir ki, mixək həmçinin hidrogen ifraz etmək qabiliyyətinə malikdir ki, bu da oksidləşmə proseslərini azaldır, həmçinin onun tərkibində dəmir çoxdur. Bu ədviyyatdan başqa zirə, rozmarin, adaçayı da antioksidant xüsusiyyətlərinə  malikdirlər. Bütün bu ədviyyatlar Aralıq dənizi sahillərində yaşayan insanların qida rasionunda rast gəlinir. Alimlər qeyd edirlər ki, bu ərazilərdə yaşayan insanların sağlamlığı daha yüksəkdir. Onlar daha aktiv həyat tərzi keçirirlər. Hazırda yeyinti sənayesində  bir çox qidaların istifadə müddətini artırmaq məqsədilə sintetik antioksidantlardan istifadə edirlərlər. Lakin bu kimyəvi  birləşmələr toksikidirlər və əlavə effektlər yarada bilir.

Hazırladı: S. Aytən