SAĞLAMLIQ

İşlətməzdən əvvəl soyutmaq lazımdır

  • 05.06.2009

İşlətməzdən əvvəl soyutmaq lazımdır

 İynə vurmağı çoxları bacarır. Bununla belə, bu prosedur o qədər də xoşagələn deyil, hətta ağrılıdır. Bəs bunu bir qədər yüngülləşdirmək mümkün deyilmi?

Kaliforniya Universitetinin cərrahı Kit Denkler şprislə ağrısız iynə vurmağın sadə üsulunu tapmışdır. Sən demə, şprisin iynəsini soyuducunun buzxanasında sıfırla  mənfi 5 dərəcə temperaturda saxladıqda iynə soyuyur və onun verdiyi ağrı kəskin surətdə azalır.

Cərrah iynənin soyudulmasının effektini yerli ağrısızlaşdırma üçün buzdan istifadə edilməsi  prosesi ilə  əlaqələndirmişdir. «Anesteziyanın» bu üsulu çoxdan məlumdur. Bu yeni, lakin sadə üsul tez-tez iynə vurmaq məcburiyyətində qalanları, eləcə də diabetikləri sevindirə bilər.

Hazırladı: S.Aytən