SAĞLAMLIQ

Genetiklər tərkibində çox az miqdarda nornikotin olan tütün sortu yaratmışlar

  • 06.05.2009

Genetiklər tərkibində çox az miqdarda nornikotin olan tütün sortu yaratmışlar

Nornarkotin – elə bir maddədir ki, tütün tüstüsünün ən təhlükəli konserogenlərindən biri ondan əmələ gəlir. Onu zərərsizləşdirmək üçün Şimali Karolina universitetinin alimləri gen mühəndisliyi üsullarına əl atmış və bitkinin DNT-dən spesifik fermenti – nikotindemetilazanı kənarlaşdırmışlar. Məhz bu ferment  zəhərlərin 300-dən çox bioloji növünün sintezinə cavabdehdir. Nəticədə tütünün zərərsiz növü alınmışdır, belə ki, onun yarpaqlarının tərkibində əsas konserogenlər yoxdur. «Sözsüz ki, tütün tüstüsünün zəhərini azaltmağın ən sadə üsulu siqaret çəkməkdən tamamilə uzaqlaşmaqdır. Kim  ki, hələ bunu bacara bilmir, onun müvəqqəti olaraq genetik modifikasiya olunmuş tütünə keçməsi məsləhətdir. Çünki bu həm dadına, həm də digər xüsusiyyətlərinə görə adi tütündən fərqlənmir», bunu həkim R. Luis qeyd edir.

Bundan əlavə, alimin sözlərinə görə, yeni tütünü əczaçılıq sənayesində uğurla işlətmək olar. Nikotin özlüyündə iltihab əleyhinə təsir edir, xoralı kolit, Parkinsonizm və digər  xəstəliklərin inkişafını ləngidə bilir.

Yeni tütünün  zərərsiz olduğunu isə zaman göstərəcək.

Hazırladı: S.Aytən