MƏQALƏLƏR

«Azərbaycanın vergi xəbərləri» jurnalının 4-cü nömrəsi çapdan çıxmışdır

  • 13.05.2011

«Azərbaycanın vergi xəbərləri» jurnalının 4-cü nömrəsi çapdan çıxmışdır

Vergilər Nazirliyinin resenziyalı, aylıq elmi nəşri olan «Azərbaycanın vergi xəbərləri» jurnalının bu ilki dördüncü nömrəsi çapdan çıxmışdır.

Jurnalın «Rəsmi» rubrikasında «Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclas qısa şəkildə şərh edilmişdir.

Aprelin 14-də “Hyatt Bakı” hotelində Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində “Kompüter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi” Tvinninq layihəsinin təqdimatı keçirilmişdir. Bu barədə geniş məlumatlar «Təqdimat» rubrikasında yerləşdirilmişdir.

Jurnalın müxtəlif rubrikalarında Vergilər Nazirliyinin Tədris Mərkəzinin Tədris və metodika şöbəsinin rəisi, dosent R.Məhərrəmovun «Əmlak vergisi: nəzəriyyə və praktika», AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor İsa Alıyevin və iqtisad elmləri üzrə fəlsəfə doktoru  Seyfəddin Səməndərovun “Nizamülmülkün, vergi işinin təşkili də daxil olmaqla, iqtisadi məsələlərlə əlaqədar dəyərləndirmələri”,  iqtisad elmləri üzrə fəlsəfə doktoru  Fazil Hacıyevin “İqtisadi islahatların aparılmasında audit xidmətinin rolu”,  iqtisad elmləri üzrə fəlsəfə doktoru  Həsən İsrafilovun “Qloballaşma şəraitində kooperativ sektorun inkişaf perspektivləri”,  ADİU-nun dissertantı Elşən Bağırzadənin “Gizli iqtisadiyyat” anlayışına vahid yanaşmanın formalaşdırılması problemi”,  Azərbaycan Kooperasiya Universitetinin aspirantı Aygün Quliyevanın “Bank fəaliyyətinin tənzimlənməsi və nəzarət sisteminin səmərəliliyinin yüksəldilməsi” başlıqlı elmi məqalələri oxucuların diqqətinə təqdim olunmuşdur.

«Elm korifeyləri» rubrikasında oxuculara 1975-ci ildə iqtisadiyyat sahəsində Nobel mükafatına layiq görülmüş sovet-rus iqtisadçısı Leonid Kantaroviçin və ABŞ iqtisadçısı Tyallinq Kupmansın həyatı və elmi fəaliyyəti barədə məlumat verilir.

Bundan başqa, jurnalda vergilərlə bağlı maraqlı olaylar,  iqtisadi terminlər lüğəti, “Gəlir vergisinin bəyannaməsi”nə Əlavə, Azərbaycan, ingilis və rus dillərində «Müəlliflər üçün qaydalar» ilə də tanış olmaq mümkündür.