MƏQALƏLƏR

Qubadlının qəhrəmanları

  • 03.11.2021

1941-ci il iyunun 22-də Böyük Vətən müharibəsi dövründə bütün kəndlərin, şəhərlərin əhalisi ön və arxa cəbhədə səfərbər olundu. Ucqar kəndlərdən cəbhəyə çağırılan əsgərlər rus dilini bilmədiyi üçün milli diviziyalar yaradıldı. Bunlar 77-ci, 402-ci, 396-cı atıcı diviziyaları, 223-cü Belqrad və 416-cı Taqanroq atıcı diviziyaları idi. Müharibə illərində bu divizyalar Qafqazdan Berlinə qədər şanlı döyüş yolu keçmiş, əsgərlər misilsiz qəhrəmanlıq göstərmişdilər.
1988-ci ildən başlayaraq ermənilər növbəti dəfə torpaqlarımızı işğal etmək missiyasını davam etdirdi. Qarabağ uğrunda qanlı döyüşlər başladı. Qubadlılar yenə də silaha sarıldı. Müharibə daha geniş əraziləri əhatə etməmiş kənddə könüllülər dəstəsi yaradıldı.Çox təəssüf ki, bu müharibənin təsirləri də Qubadlıdan yan keçmədi. Ümumilikdə rayon 94 şəhid verdi.Onlardan 10 nəfər Milli Qəhrəman adına layiq görüldü:
1.Əliyev Əliyar Yusif oğlu
2.Ağayev Bəylər Tapdıq oğlu
3.Atakişiyev Aslan Qabil oğlu
4.Axundov Səfa Fətulla oğlu
5.Əliyev Ələkbər Həsən oğlu
6.Kərimov Kazımağa Mövsüm oğlu
7.Məmmədov Aqil Səməd oğlu
8. Mirzəyev Kərəm Ərşad oğlu
9. Əliyev Vasili Əhməd oğlu
10. Cəbrayılov Fəxrəddin Mövsüm oğlu.
11.Həmidov Şükür Nəriman oğlu (2-ci Qarabağ savaşında şəhid olmuşdur)
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi zamanı rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı. Nəhayət, 25 oktyabr 2020-ci ildə Qubadlı rayonu düşmən tapdağından azad olundu və 27 illik həsrətə son qoyuldu.

Yusifzadə Pünhan, UNEC-in Maliyyə və mühasibat
fakültəsinin 3-cü kurs, 604-cü qrup tələbəsi, elmi rəhbər:
i.f.d., dosent Flora Kaşıyeva