Nağdsız ödənişlər müzakirə edilmişdir
Nağdsız ödənişlər müzakirə edilmişdir
May ayının 23-də Vergilər Nazirliyində dünyanın 200-dən çox ölkəsində kart sahiblərinin, ticarət-servis müəssisələrinin, maliyyə və hökumət müəssisələrinin tez, təhlükəsiz və etibarlı elektron ödənişlər şəbəkəsinə çıxışını təmin edən qlobal ödəniş sisitemi olan VISA Beynəlxalq Ödəmə Sisteminin nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüşdə vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov və nazirliyn digər rəhbər vəzifəli şəxsləri iştirak etmişlər. Nümayəndə heyətini MDB ölkələri üzrə regional menecer Kalita Aleksandr Nikolayeviç, hökumət orqanları ilə iş üzrə departamentin direktoru Vişnyakov Dmitri Nikolayeviç təmsil etmişlər. Görüşdə nağdsız ödənişlərin Azərbaycan Respublikasının iqtisadi inkişafında rolu, ölkədə nağdsız ödənişlər bazarının inkişafı ilə əlaqədar bəzi suallar müzakirə edilmiş, nağdsız hesablamaların tətbiqi ilə əlaqədar kölgə iqtisadiyyatının həcminin azaldığı, elektron ödənişlər hesabına vergilərin yığım səviyyəsinin artdığı, əhalinin maliyyə savadının yüksəldiyi qeyd edilmişdir.