MƏQALƏLƏR

Erməni işğalı və işğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyət YENİLƏNDİ

  • 23.12.2021

Məlumdur ki, kənd təsərrüfatı məhsulları istehsalı və ərzağın əsas mənbəyi aqrar istehsalçıların təbiətdən səmərəli istifadəsi və mühafizəsi ilə bağlıdır. Bu baxımdan təbiətlə cəmiyyət arasında qarşılıqlı təsirin nəzərə alınması, təbii ehtiyatlardan istifadə vaxtı ətraf mühitə mənfi təsirlərin aradan qaldırılması və s. üçün təşkilati, texniki, texnoloji, iqtisadi və s. vasitələrdən istifadə aktual məsələ kimi qarşıda durur. Bu məsələ öz daxili və xarici tərkibinə görə kompleks və çoxcəhətli problem kimi iqtisadiyyatın tarazlı inkişafı, onun ekologiyalaşdırılması və səmərəli idarə edilməsini tələb edir.

Azərbaycan Respublikası Prezi­dentinin 16 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üz­rə Strateji Yol Xəritəsi”ndə qeyd edilir ki, 2025-ci ildən sonrakı dövr üçün əsas hədəflərdən biri sosial rifahın yaxşılaşdırılması, yüksək texnoloji inkişafa əsaslanan güclü rəqabət qabiliyyətli iqtisadiyyat qurmaqdır. Sosial rifahın yaxşılaşdırılması şərtlərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün yeni qida zənciri texnologiyalarının tətbiqinin genişləndirilməsi, yeni aqro-ərzaq zənciri strukturlarının formalaş­dırılması nəzərdə tutulur. Strateji Yol Xəritəsində göstərilir ki, “Hazırda Qlobal Ərzaq Təhlükəsizliyi İndeksində Azərbaycan qida təminatına görə 61-ci, qida məhsullarının keyfiyyətinə görə 86-cı yerdədir. Daha yaxşı kənd təsərrüfatı sistemi Azərbaycanın hər iki göstərici üzrə mövqeyinin təxminən 40-cı yerə yüksəlməsinə imkan verəcəkdir”.

İnsan fəaliyyəti onu əhatə edən mühitlə əlaqədardır. Təbiət insan üçün zəruri xammal mənbəyidir, həm də onun ətraf mühiti çirkləndirən istehsal fəaliyyəti nəticəsində tullantılarını qəbul edəndir. Ekologiya ətraf mühitin tarazlığını və bu tarazlığın pozulmasına təsir edən təbii amilləri, antropogen (insan fəaliyyəti) və fiziki prosesləri öyrənən elmdir. Ekologiya canlı orqanizmlərin bir-birilə və ətraf mühitlə əlaqəli fəaliyyətdir. Ətraf mühitin iqtisadiyyatından məlumdur ki, təbii ehtiyatlardan səmərəli istifadə edilməsini idarə etmək üçün bir çox anlayışlardan - ətraf mühitin mühafizəsi, çirkləndirilməsi, ekoloji itki, ekoloji sistem və s. anlayışlardan istifadə edilir.

Təbii və metereoloji anomaliya­lar, risklər nəticəsində aqrar sahə ziyan çəkir, sahənin investisiya cəlbediciliyi azalır. Torpağın və suyun çirkləndirilməsi, pestisidlərdən düzgün istifadə edilməməsi, köhnəlmiş texnolo­giyaların tətbiqi ətraf mühitə, ekologiyaya ziyan vurur, nəticədə qida məhsullarının ekoloji təhlükəsizliyi azalır. Bütün bunlar kənd təsərrüfatı məhsullarının və ərzağın keyfiyyətinə və insan sağlamlığının mühafizəsinə diqqətin müntəzəm olaraq artırılmasını tələb edir.

Aqrar sahədə məhsul istehsalı insanların həyat fəaliyyəti, təbiət, torpaq, su, meşə və digər sər­vətlərlə sıx bağlıdır. Təbii ehti­yatlardan istifadə müvafiq sahə məhsullarının formalaşmasına, bu isə ekoloji problemlərin, çirklənmə mənbələrinin yaranmasına zəmin yaradır. Göstərilən mə­sələləri sadalamaqda məqsədimiz meşələrin azalması, təbii fəlakətlər və s. nəticəsində iqlim dəyişiklikləri, istiləşmə, daşqınlar, quraqlıqlar, səhralaşmaların əmələ gəlməsini, bitki örtüyü və heyvanların məhv olması səbəblərini araşdırmaq deyil. Ətraf mühitə və ekoloji tarazlığın pozulmasına Ermənistanın 30 il ərzində ərazilərimizi işğal edərək, vurduğu ziyanı, orada qarşılarına çıxan hər şeyi məhv etmələri, çirkləndirmələri, talan etmələrini göstərməkdir. Vəhşilər ətraf mühiti və ekologiyanı hansı yollarla məhv edib, çirkləndiriblər?

- Təbii sərvətlərdən, torpaq, meşə və sudan qeyri-səmərəli, erməni xislətinə uyğun, vəhşicəsinə istifadə ediblər;

- Su hövzələrini, çayları, gölləri sənaye müəssisələrinin tullantıları ilə çirkləndirib, sağlamlığa təsir edən kimyəvi, biokimyəvi və təmizlənməmiş çirkab suları və tullantıları atıblar, bu proses ərazilərimiz işğaldan azad edilməsindən sonra da davam edir;

- Atmosferi – meşələri, yaşayış binalarını, otlaqları yandırmaqla çirk­lən­diriblər və s.

Bütün bunlar həm də ekoloji terrordur, təbii ehtiyatlara vurulan çox ciddi ziyandır və onların (torpağın, meşənin və s.)  bərpası üçün uzun müddət vaxt və maliyyə tələb olunacaqdır. Daha böyük və ciddi ziyan ərazilərimizdəki insanların (uşaq, qadın, qocaların) məhv edilməsi, onların əlil olmalarıdır. Ermənistanın ölkəmizə qarşı terrorunun, vəhşiliyinin miqyası genişdir və daha dəhşətlidir. Bununla əlaqədar aşağıdakı faktlara diqqət yetirmək yerinə düşər:

ABŞ-ın Arkanzas ştatının Hazen ərazisində hüquqşünas və hakim olmuş, h.e.d., tarixçi-hüquqşünas Samyuel A.Uimz London, Paris, Roma, Moskva, İstanbul və Vaşinqton şəhərlərində Azərbaycanın həqiqətləri və Erməni terroru barədə tədqiqatlar aparmış, 2003-cü ildə “Ermənistan – terrorçu “xristian” ölkənin gizlintiləri” adlı kitab çap etdirmişdir. Kitabı ingilis dilindən Zeydulla Ağayev tərcümə etmiş, elmi redaktoru psixologiya elmləri  doktoru,  professor,  MM-in komitə sədri Səməd Seyidov olmuşdur. İbrət almaq, nəticə çıxarmaq baxımından kitab əvəzsiz mənbədir. Bu kitabı azərbaycanlı və ya türk alimi deyil, məhz amerikalı qələmə alıb, arxiv materiallarını uzun müddət elmi araşdırıb və erməniləri tutarlı dəlillərlə ifşa etmişdir. Kitabdan istinadlar verməyi özümüzə borc bilirik. Kitabın bəzi fəsillərinə fikir verin: Müqəddəs terror; Ermənistan diktator ölkə kimi yaradılmışdır; Erməni oyun nömrələri və onların iki kitab toplusundan istifadəsi; Amerika admiralı Ermənistanın iddialarını “tamamilə saxta”  adlandırır; Özlərinin birinci xristian ölkəsi olduğunu iddia edən ermənilər əslində necə xristiandırlar?; Qana susamış erməni quldurları; Ermənistandan nəyi gözləmək olar?; Erməni qəddarlığı; Zorakılıq və terror kampaniyalarını müdafiə məqsədilə erməni liderləri dünya miqyaslı siyasi təşkilat yaradırlar; Muzdlu erməni agentləri Birləşmiş Ştatlarda ictimai fikir formalaşdırır; Yardım üzrə Amerikanın baş komissarı bəyan edir ki, “Ermənilər professional dilənçidirlər” və s.

Samyuelin tədqiqatlarında onların murdar daxili aləmi faktlarla ifşa olunur.

“1970-ci və 1980-cı illərdə erməni qatilləri bütün dünyanı dolaşaraq, çoxlu türk diplomatlarını qətlə yetirdi, qətllərin bir neçəsi burada - Birləşmiş Ştatlarda baş vermişdi.

70 il ərzində Sovet İttifaqının bir parçası olmuş Ermənistan yenidən müstəqillik qazanaraq, 1992-ci ildə ruslardan bir milyard dollarlıqdan artıq silah – sursat və avadanlıq peşkəş alaraq qonşu Azərbaycan üzrərinə daha bir əsassız hücuma keçdi. Bu erməni xristianları silah gücünə bir milyondan çox zavallı müsəlmanı ev-eşiyindən qovaraq, qonşu torpaqlarının 20 faizini işğal etdi. Keçən bu 10 il ərzində həmin ermənilər Amerika hökumətinə fırıldaq gələrək, 1,4 milyard dollarlıq “xarici yardım” aldı – güman  ki, bütün dünyanın hər hansı ölkəsində adambaşına düşən illik gəlirdən daha çox! Hələ Lisus Xrist adından bu terrorçu ölkəyə axıdılan Amerika xristian qruplarının top­ladığı milyonlarla dollar pul bura aid deyil.”

Samyuel daha sonra yazır: “Qarabağın tarixi kökləri antik dövrə gedib çıxır. Bu, Azərbaycanın tarixi əyalətlərindən biridir. Bu region Azərbaycanın vacib siyasi, mədəni və mənəvi mərkəzidir (və ya bəlkədə “formalaşmışdır” deyilsə, daha yaxşıdır).

1918-ci ildə Ermənistan cırtdan respublika kimi peyda olar-olmaz öz qonşularına – Gürcüstan, Osmanlı İmperiyası və Azərbaycana qarşı saxta torpaq iddiaları irəli sürdü. Bədnam “Qarabağ problemi” ermənilər tərəfindən saxta iddialar əsasında yaradılmışdır.

Eramızdan qabaq dördüncü əsr­dən eramızın səkkizinci əsrinə kimi Azərbaycanın indiki Dağlıq Qarabağ (İ.İ – keçmiş Qarabağ) ərazisi Şimali Azərbaycanın ən qədim dövləti olmuş Qafqaz Albaniyasının əyalətlərindən biri idi. 1992-ci ildə ermənilər oranı vəhşicəsinə işğal edənə kimi Qarabağ heç vaxt Ermənistanın bir hissəsi olmamışdır!”

Ermənistanın terroru, xain və ədalətsiz siyasəti, ölkəmizə qarşı təcavüzü və vəhşiliyi müsəlmanlara nifrət və kin bəsləməklə uzun müddətdir ki, davam etmiş, zorakılığı və qəddarlığı dinc, silahsız əhaliyə qarşı yönəldilmişdir. 1990-cı ilin əvvəlində Qarabağ ətrafı yeddi rayonun 8,1 min km2 ərazisi zəbt edilmiş, 465 min əhalisi daimi yaşayış yerindən məcburi qovulmuş, 768 kənd və qəsəbə, habelə 7 rayonun mərkəzi tamamilə dağıdılmış, talan edilmişdir. Professor N.Müzəffərli və E.İsmayılovun məlumatlarına görə 2 mindən çox mədəni-məişət obyekti, 193 tarixi abidələr məhv edilmiş, yandırılmış, talan edilmişdir. Ən dəhşətlisi odur ki, uzun müddət Ermənistanın terror siyasəti davam etmiş, həmin rayonlarımızdan işğal dövründə (İ.İ – 1990-1993-cü illərdə) 2312 nəfər şəhid, 2598 nəfər əlil olmuşdur. Bunları N.Müzəffərli və E.İsmayılovun məlumatları əsasında tərtib etdiyimiz aşağıdakı cədvəldən görmək olar (cədvəl 1).

Cədvəl 1

Münaqişə dövründə Qarabağ ərazisindəki yeddi rayonun talan edilmiş, məhv edilmiş qəsəbə,

mədəni-məişət obyektləri, tarixi abidələr və şəhid olmuş, əlil olmuş insanları barədə

 

 

ərazisi,

km2

əhalisi,

min nəfər

Dağıdılıb, talan edilib

şəhid verib,

nəfər

əlil olub, nəfər

qəsəbə və kənd

mədəni-məişət obyektləri

tarixi abidələr

Ağdam

1094

143,4

122

598

27

538

587

Füzuli

1386

98,6

54

154

15

528

1309

Cəbrayıl

1050

50,1

77

197

27

347

172

Zəngilan

707

31,9

84

138

13

191

110

Qubadlı

826

29,5

94

205

12

232

146

Laçın

1875

54,0

120

575

12

259

225

Kəlbəcər

936

57,5

217

134

87

217

49

 

8134

465,0

768

2001

193

2312

2598

 

Professor E.Hacızadənin məlumatlarına görə, keçmiş Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon tam və ya qismən erməni millətçilərinin işğalı altında olmuş, onun işğal tarixində 601 min nəfər əhalisi terrora məruz qalmışdır. Münaqişənin ilk dövr­lərində ermənilərin yeddi rayonumuzun  başına gətirdikləri fəlakətlər təkcə bununla bitmir.

Göstərilən yeddi rayonu Ermənistana birləşdirmək məqsədilə 1990-1993-cü illərdə erməni ordusu hərbi təcavüzə keçərək, çoxlu sayda həmvətənlərimizi əsir götürdülər, soyqırımı törətdilər, həmin vaxt on minlərlə insan həlak oldu. Bu danılmaz faktlar Ermənistanın dövlət səviyyəsində terrorla məşğul olduğunu sübut edir.

Araşdırmalar göstərir ki, bu terror həm türklərə, həm də azər­bay­canlılara qarşı yüz ildən çox dövrü əhatə etmişdir.

 

Qarabağ münaqişəsi dövründə (1989-1991-ci illərdə) avtobuslar partladılmış, 60-dan çox azərbaycanlı həlak olmuş, 150 nəfər yaralanmışdır. 1991-1994-cü illərdə qatarlar partladılmış, 60-a yaxın azərbaycanlı həlak olmuş, 105 nəfər yaralanmışdır. Erməni terroru nəticəsində hava nəqliyyatında 109 nəfər, metroda 27 nəfər həlak olmuş, 91 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. İşğal edilən ərazilərdəki azərbaycanlılar yurd-yuvalarından didərgin salındılar, ölkəmizin 60-dan çox rayonunda çətin vəziyyətdə yaşamağa məcbur edildilər. Erməni quldurları, azğınlaşmış vəhşilər terror siyasətlərindən əl çəkmir, dinc əhalini atəşə tutur, sərhəd rayonlarını atəş altında saxlayırdılar.

 

4 aprel 2016-cı il tarixində ermənilər təmas xəttini keçməyə cəhd etdilər və şanlı ordumuz tərəfindən ciddi cavablarını aldılar. 12 iyulda Tovuz rayonunda təcavüzkarlar layiqli cavablarını almaqlarına baxmayaraq, 27 sentyabr 2020-ci ildə norma və qaydaları pozaraq yenidən ərazi iddiasına düşərək, bir neçə istiqamətdən Azərbaycanın yaşayış məntəqələrini və hərbi obyektləri atəşə tutdular. Nəticədə mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar oldu. Erməni baş nazirinin işğal etdikləri torpaqlarımıza – Şuşaya gəlməsi, Cıdır düzündə yallı getməsi, qədim məskənimiz olan Şuşanı Qarabağın paytaxtı edəcəyini söyləməsi azəri türklərinin mənliyinə, qüruruna toxundu, bizi coşdurdu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi iradəsi sayəsində 27 sentyabr 2020-ci ildə uzun illər Ermənistanın işğal altında saxladığı torpaqlarımızı azad etmək üçün Azərbaycan Ordusu antiterror əməliyyatları apararaq əks hücuma keçdi.

 

Məlum həqiqətdir ki, 30 il ərzində Qarabağ həqiqətləri barədə məlumatlar Azərbaycan tərəfindən beynalxalq ictimaiyyətə çatdırılsa da, əməli tədbirlər görülmürdü, ikili yanaşmalar mövcud idi. Bu müddətdə demokratiyadan danışan dövlətlər Azərbaycan torpaqlarının 20 faizindən çoxunun ermənilərin tapdağında qalmasına münasibət göstərmir, onlara qarşı sanksiyalar tətbiq etmirdilər.  Onlar, həmçinin atəşkəs dövründə düşmənin təxribatlara əl atmasına göz yumurdular. Erməni terrorçuları dünyanın hər yerində öz hədəflərinə mütəmadi surətdə hücum edirdilər. Bu cür geniş yayılmış və təşkil edilmiş terror kompaniyasına istiqaməti kim verir? Belə terrorçu təşkilatı saxlamaq üçün pulu kim ödəyir? Bu terrorçuları kim hazırlayır?  Bu sualların cavabı çox aydındır və 30 ilə yaxın bir dövrdə ərazilərimizin işğalda saxlanılmasının səbəbkarları da elə onlardır. Fikir verin! Qarabağ münaqişəsinin həlli üç dövlətin - Amerika, Rusiya, Fransanın səlahiyyətlərinə verilərək, ATƏT-in Minsk qrupu yaradılsa da, 28 ildə onlar münaqişənin həllinə heç bir kömək göstərmədilər. Bütün bunları qeyd etməkdə məqsədim ondan ibarətdir ki, 30 ildə Minsk qrupunun mahiyyəti, Ermənistanın münaqişəni həll etmək istəyi, işğalçılığa son qoymamasının pərdəarxası görüntülərinin nədən ibarət olduğunu 44 günlük Vətən müharibəsi göstərdi: 27 sentyabrdan 9 noyabra qədər ermənilər hansı əxlaqın, hansı düşüncə və mənəviyyatın sahibi olduqlarını çox aydın göstərdilər. Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Tovuz rayonlarının, Gəncə və Mingəçevir şəhərlərinin çoxlu sayda günahsız, dinc əhalisini öldürdülər, yaraladılar. Minlərlə yaşayış mənzilləri, çoxlu sayda mülki obyektlər dağıdıldı. Xocalı soyqırımını törədən və heç bir beynalxalq təşkilat tərəfindən cəzalandırılmayan, heç bir sanksiyalar tətbiq edilməyən terrorçu Ermənistan dövləti daha ciddi, əxlaqa və insanlığa sığmayan cinayətlər törətdilər. Hindistandan İrana gətirilmiş qaraçıların 400 il ərzində farslarla qarışığından əmələ gəlmiş bu murdar, hay-küyçü, əxlaqsız ermənilər heç bir hərbi obyekt olmayan və dinc əhali yaşayan Gəncədə, Bərdə və Tərtər rayonlarında yeni soyqırımı törətdilər. Ekoloji vəziyyəti gərginləşdirir, meşələri, evləri yandırırdılar. Erməni terroru nəticəsində 60 min hektar meşələrimiz məhv edildi. Onlar su mənbələrindən ekoloji terror aləti kimi istifadə edir, Oxçuçay, Bərgüşad və Araz çaylarını çirkləndirirdilər. 

 

Müharibə dövründə ölkə prezidenti dünyanın 30-a yaxın media qurumlarına müsahibə verdi. Bu informasiyalar real həqiqətləri beynalxalq səviyyədə insanlara çatdırmaqda çox böyük, əvəzsiz rol oynadı. Prezident çox haqlı olaraq qeyd edir ki, “biz bu qələbəni birlik, əzm, iradə və güc hesabına əldə etdik.” Həm də qürurverici 44 günün anlarını yaşadıq, “qəhrəman əsgər və zabitlərimizin hesabına qələbə qazandıq”, 30 illik Qarabağ münaqişəsinə son qoyduq. Prezident haqlı olaraq göstərir ki, “biz bu torpaqlara Azərbaycan xalqının şücaəti hesabına qayıtmışıq”. Mən böyük fəxrlə qeyd etmək istəyirəm ki, ölkəmizin uğurlu diplomatiya siyasəti və xalq-iqtidar birliyi ölkəmizə qələbə qazandırdı. Bu qələbənin əsasında güclü iqtisadiyyatımız durur. Təsadüfi deyil ki, “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyilir. Xalq-iqtidar birliyi və güclü iqtisadiyyat və ondan da güclü mənəvi dayaq qələbəmizin təmin olunmasına imkan verdi. Prezident İlham Əliyevin hər çıxışı işğaldan azad olunan şəhər və kəndlərimizə, şəhidlərimizə sonsuz məhəbbət, əsgər və zabitlərimizə həssas münasibət, 30 illik yaralı qəlbimizə məlhəm oldu, bizi qələbələrə ruhlandırdı. Vətən müharibəsi Azərbaycan əsgərinin qüdrətini, qorxmazlığını, igidliyini ortaya çıxardı.

 

Qarabağ uğrunda apardığımız Vətən müharibəsində qardaş Türkiyə Cumhuriyyəti və 83 milyonluq xalq Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu, bizim haqq işimizdə bizimlə birlikdə oldular. Bu dəstəyə görə Türkiyə, Ukrayna, İsrail, Pakistan, Gürcüstan, İslam Əməkdaşlıq Təşkilatının bir çox üzvlərinə minnətdarıq.

 

Rayonlarımız, kəndlərimiz işğaldan azad olunduqca, sevinclər aşıb-daşır, böyük coşqu ilə şənliklər, zəfər yürüşləri keçirilir, şanlı əsgər və zabitlərimizin, Ali Baş Komandanın şərəfinə qürurverici, sevincli kəlimələr ifadə olunurdu. O günlər qəlbimin fəxarət günləri idi və bəlkə də ömrümün ən xoşbəxt 44 gününü yaşadım. Bütün rayonlarımız gözəlliklər məskənidir, tarixi abidələr, böyük sərvətlər diyarıdır, biz o yerlərin sahibi kimi o yerlərə dönürük.

 

Böyük iftixar hissi ilə qeyd etmək istəyirəm ki, insanlarımızın çox böyük səbri, vətənpərvərliyi, milli birliyi, ölkə rəhbərliyinin  siyasi iradəsi və məharəti nəticəsində biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik, yüzilliklər boyu xalqlar və insanlar arasında nifrət və düşmənçilik təbliğ edən erməni millətçilərinin iç üzlərini açdıq, onların terror və işğalçılıq əməllərinin ifşasına nail olduq. Ali Baş Komandanın rəhbərliyi, şanlı ordumuzun rəşadəti və şücaəti nəticəsində işğala, ədalətsizliyə son qoyuldu. Lakin illər keçsə də erməni vəhşilərinin dinc əhaliyə qarşı törətdikləri amansızlıqlar, vəhşi münasibətlər yaddaşdan çıxmayacaqdır.

 

Uzun müddət müxtəlif vəzifələrdə işləmişəm. Ali təhsil müəssisəsində gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuşam, minlərlə insanla yaxın münasibətdə olmuşam. Yaxşı bilirəm ki, vətənpərvərlik ruhu, vətənə, torpağa, insanlara məhəbbət, sevgi, ana bətnində, ailədə, məktəbdə, ali təhsil ocaqlarında, sosial-ictimai yerlərdə formalaşır.

 

Bəzən böyüyə, kiçiyə, insana diqqəti, qayğını indiki, müasir gənclərdə görməyəndə məyus olur, gələcəyə nikbin baxa bilmirdim. Gənclərin təhsilə soyuq münasibəti, telefonla, komputerlə vaxt keçirmələri məni sıxırdı. Bəzən yaşlı insanların yanında olanda, bu bədbinliyi onlardan duyanda pis olurdum. Müharibə göstərdi ki, gənclərin məşğuliyyətində, münasibətində vətənpərvərliyin, torpağa, insanlara məhəbbətin çox dərin kökləri vardır. Belə olmasaydı, Vətən müharibəsində bu gənclər nümunə göstərə bilməzdilər, şirin canlarını vətən, torpaq və insan üçün qurban verməzdilər. 44 günlük zəfər tariximizi özümüz yazmaqla hansı igidliklər göstərildiyi barədə qürurverici hadisələri fəxrlə dinləyə bilməzdik, şahidi olmazdıq. Eşq olsun sizlərə, vətənini, torpağını, bayrağını, dostunu, yoldaşını canından, qanından əziz bilən, igid övladlarımıza.

 

Əsgərlərimizin,  zabitlərimizin ayaqları dəyən yerlərdə gül–çiçək açacaq, vətənimizin azadlığı, bütövlüyü uğrunda canından–qanından keçən şəhidlərimizin qanı tökülən yerləri cənnətməkana çevirəcəyik, onların adı qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır. Biz bütün şəhidlik zirvəsinə ucalan, tarix yazan oğul və qızlarımızın qarşısında həyatımızla, varlığımızla borcluyuq. Milli birliyimiz, ölkə rəhbərliyinin – Ali Baş Komandanın iradəsi və müzəffər ordumuzun qazandığı tarixi qələbəni qiymətləndirərək, qarşıdakı dövrdə əsas amalımızın istiqaməti milləti gələcək hədəflər üçün kökləməkdən ibarət olmalıdır. Onu da bildirim ki, İAEƏ-dəki hər bir rayon, qəsəbə və kəndlərdə zəfərimizi, qəhrəmanlarımızı, Vətən müharibəsinin igidlik salnaməsini əks etdirən, torpağa, vətənə, bayrağa, insanlara məhəbbət aşılayan abidələr hazırlanmalıdır. Həm də açıq səmada müharibə qalıqlarının nümayişi üçün nümunələr saxlanılmalıdır. Bu həmin əraziyə gələn insanlarda müəyyən təəssürat yaratmağa istiqamətlənməlidir.

 

Sinəsində üçrəngli bayraq döyüş meydanına cəsarətlə atılan, qazi kimi ailəsinə, elinə-obasına dönən igid Azərbaycan əsgərləri, Sizə tərbiyə verən ata və analar, biz Sizinlə fəxr edirik. Deyirəm ki, nə yaxşı ki, sizin kimi övladlarımız vardır və siz 30 illik ədalətsizliyə son qoydunuz, bizim Qarabağ boyda problemimizin həlli  uşaqlarımıza, nəvələrimizə saxlanılmadı.

 

İbrahimov İ.H., i.e.d., prof. Azərbaycan Yazıçılar

Birliyinin üzvü, Bakı Biznes Universiteti