MƏQALƏLƏR

Əhməd bəy Ağaoğlu

  • 23.12.2021

Azərbaycan və Türkiyə ictimai xadimi, siyasətçi, jurnalist, pe­daqoq, yazıçı, türkoloq, liberal Kamalizmin banisi Əhməd Ağa­oğlu (Əhməd bəy Ağayev) 1869-cu ildə Şuşada dünyaya gəlmişdir. 1881-ci ildə Şuşada altı siniflik real məktəbi açıldığından burada təhsil almışdır. Ağaoğlu da həya­tında ilk dəfə qərb ideologiyası ilə bu məktəbdə tanış olmuşdur.

1887-ci ilin avqustunda ali təh­sil almaq üçün Peterburqa gedən Ağaoğlu Texnoloji İnstitutunun bütün imtahanlarını uğurla verir. Yalnız sonuncu – cəbr imtahanında məsələni proqramdan kənar həll etməsi və professorun Ağaoğlunu yəhudi sanaraq cavab düzgün ol­duğu halda qəbul etməməsi onu məyus etmişdi. Professorun bu davranışı gənc Ağaoğluda ruslara qarşı böyük nifrət hissi yaratmışdı. 1888-1889-cu dərs ilində Əhməd bəy Parisə gedir və Sarbonna Uni­versitetində hüquq təhsili almağa başlayır. Lakin onun maraq dairə­si yalnız hüquqla yekunlaşmır. O, şərq sivilizasiyalarının və dinin tarixinə maraq salaraq Şərq dilləri məktəbinə gedir. Burada şərq dil­ləri üzrə ekspertlər Çarlz Şefer və Barber de Meynarddan dərslər alır. Daha sonra Ceyms Darmsteterin məsləhəti, Ernest Renanın Culyet­ta Adama məktubu ilə qapalı ziyalı klubuna daxil olur. Culyetta Adam "La Nouvelle Revue" jurnalının tə­sisçisi, redaktoru və eyni zamanda ziyalı klubunun da təşkilatçısı idi. Bu qapalı klubda Fransanın elm və sənət insanları toplaşıb müxtə­lif siyasi, elmi, tarixi, fəlsəfi mü­zakirələr aparırdılar. 1891–1893- cü illər ərzində Əhməd bəyin "La Nouvelle Revue" jurnalında "İran cəmiyyəti" adı altında silsilə yazı­ları çap olunur. 1892-ci ildə Lon­donda keçirilən Beynəlxalq Şərq­şünaslıq Konqresində "Şiə dinində məzdəki inancları" mövzusunda məruzə etmişdir.Məruzənin mətni sonralar Kembric Universitetinin xərci ilə bir neçə qərb dilində çap olunmuşdur.

1896-cı ildə Şuşada ilk kitabxana, qiraətxana açmış Əhməd bəy Ağa­oğlu fikirlərini təbliğ etmək üçün qəzet çapının önəmini anlayırdı. Lakin 1891-ci ildə "Kəşkül" qəze­ti bağlandıqdan sonra 1891-ci ildə Qafqaz Senzura Komitəsi tərəfin­dən azərbaycanca qəzetlərin çap olunmasına qadağa qoyuldu. Hal­buki eyni dövrdə Çar Rusiyasının ərazisində ermənicə və gürcücə fəaliyyət göstərən 19 qəzet möv­cud idi. İki milyondan çox olan Azərbaycan türkləri isə 1903-cü ilə qədər bu hüquqlarından məhrum idilər. Yalnız 1896-cı ildə Hacı Zey­nalabdin Tağıyev "Kaspi" qəzetini alıb Azərbaycan ziyalılarının öhdə­sinə verir. Və "Kaspi" qəzeti milli ziyalılarımızın rus dilli tribunasına çevrilir. Redaktoru Əlimərdan bəy Topçubaşov olan qəzetdə Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi, Firidun bəy Köçərli kimi ziyalıla­rımızın məqalələri çap olunurdu. 1897-ci ildə H.Z.Tağıyevin dəvəti ilə o, Bakıya gəlmiş, "Kaspi" qəze­tində məqalələr yazmış, həmçinin Ə.Hüseynzadə ilə birlikdə "Həyat" qəzetinə redaktorluq etmişdir.

Əhməd bəy əsərlərində milli qur­tuluşa gedən yolun cəmiyyətin mədəni və təhsil sahəsində inkişa­fından keçdiyini bildirirdi. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadilsənin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbay­can ziyalıları arasında qadına bə­rabər hüquqların verilməsinə çağı­ran ilk ziyalılardan idi. 1901-ci ildə çapdan çıxan "İslam dünyasında qadın" adlı kitabında "azad qadın­sız milli inkişaf ola bilməz" fikrini sübuta yetirir.

1905-ci ildə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün gizli "Difai" təşkila­tını qurmuşdur. Bir müddət sonra çar hökuməti tərəfindən təqib olu­nan Əhməd bəy aylarla dostları­nın evində gizli yaşadıqdan sonra həbs olunmamaq üçün 1908-ci ilin sonlarında İstanbula köçmüşdür. İstanbulda Türk Ocağı milli hərə­katının aparıcı siması olan Ağaoğ­lu bu hərəkat tərəfindən keçirilmiş konqresə prezident seçilmiş, gənc türklərin İttihad və Tərəqqi par­tiyasına daxil olmuşdur. Süley­maniyyədə kitabxana direktoru, "Türk yurdu" jurnalının redaktoru olmaqla yanaşı, İstanbul Universi­tetində türk-monqol tarixindən və rus dilindən dərs demişdir. İstan­bula köçdükdən sonra jurnalistika fəaliyyətini də davam etdirmiş və 1909-cu ildən "Kaspi" qəzetində "Türkiyədən məktublar", "Türkiyə­də milli sual" mövzularında silsilə məqalələri çap olunmuşdur.

1911-ci ildə o, filologiya fakültəsi­nin islahatlar üzrə komissiyasının rəhbəri, daha sonra isə fakültənin dekanı seçilmişdir. İşlərini qay­dasına qoyduqdan sonra ailəsinə məktub yazaraq, Türkiyədə qalma­ğı düşündüyünü qeyd edir. Həyat yoldaşı Sitarə xanım da Türkiyəyə gəlməyə razı olur. 1910-cu ildə Əh­məd bəy ailəsini də İstanbula kö­çürür. 1911-ci ildə Hərbi Tibbiyyə Məktəbinin 190 tələbəsi Akçuraya yeni təşkilatın yaradılması üçün məktubla müraciət etmişdilər. Daha sonra məktəbin tələbə nü­mayəndələri və Ağaoğlu, Akçura kimi ziyalıların iştirakı ilə Türk Ocağı təşkilatı yaradılır. Təşkila­tın qurucu üzvləri arasında Ağa­oğlu da yer alır. Türk Yurdu və Türk Ocağı təşkilatları bütün Tür­kiyə ərazisində tanınmağa başla­yır. Əgər 1914-cü ildə Türk Ocağı təşkilatının 3 min üzvü var idisə, 1920-ci ildə onların sayı 30 mini keçmişdi. Hər iki təşkilatın Tür­kiyə İstiqlaliyyət müharibəsində böyük rolu olub.

Əhməd bəy Ağaoğlu siyasi fəaliy­yətinə görə 1912-ci ildə İttihad və Tərəqqi partiyasının 12 nəfərdən ibarət Mərkəzi Komitəsinin üzvü olur. 1914-cü ildə isə Osmanlı Məclisi Məbusanına Afyonqara­hisar bölgəsindən deputat seçilir.

Osmanlı dövlətində yüksək məqamlara sahib olan Ağaoğlu vətənini heç vaxt unutmamışdır. O, 1915-ci ildə İstanbulda Rusiya­dakı Türk – Tatar Müsəlmanlarının Haqlarını Qoruma Komitəsinin yaradılmasında və fəaliyyətində aktiv iştirak edir. 1915-ci ildə Ru­siyada yaşayan milli azlıqların Lo­zannada keçirilən konfransında o, Azərbaycanın təmsilçisi kimi çıxış etmişdir. Birinci dünya müharibə­si dövründə ABŞ prezidenti V.Vil­sona ünvanlanmış Rusiya müsəl­manlarının haqlarının qorunması müraciətinə imza atanlardan biri də Əhməd bəy idi.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Bakıya gəlmiş Qafqaz İslam Or­dusu komandanının siyasi müşa­viri olmuşdur. 26 dekabr 1918-ci ildə Zəngəzur qəzasından bitərəf nümayəndə olaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti­nin üzvü seçilir. Cümhuriyyətin Paris Sülh Konfrasında iştirak et­mək üçün göndərdiyi nümayəndə heyətinin tərkibində Ə.Ağaoğlu da var idi. Lakin İstanbula çatan­da İttihad və Tərəqqi Partiyasının digər rəhbərlərilə birgə ingilislər tərəfindən həbs olunaraq Malta adasına sürgün olunmuşdur.

Sürgündən qayıtdıqdan sonra Ankaradakı Mətbuat İnformasiya İdarəsinə rəhbərlik etmiş, "Haki­miyyəti-milliyyə" qəzetinin baş redaktoru olmuş, ikinci və üçüncü çağırış Türkiyə Böyük Millət Məc­lisinə deputat seçilmiş, Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olmuşdur.

Əhməd bəy Ağaoğlu 1939-cu ildə Türkiyədə vəfat etmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarix­li, 211 nömrəli Qərarı ilə Əhməd bəy Ağaoğlu Azərbaycan Respub­likasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.