MƏQALƏLƏR

“Freedom House”dan növbəti qərəzli hesabat. Təşkilat Ermənistanı qismən azad, Azərbaycanı isə azad olmayan ölkə elan edib

  • 14.01.2011

“Freedom House” qeyri-hökumət təşkilatı dünyada azadlıqla bağlı növbəti hesabatını açıqlayıb. Təşkilatın internet saytında yerləşdirilmiş hesabatda deyilir ki, artıq beşinci ildir dünyada azadlıq və insan hüquqlarının səviyyəsi azalır. Azadlıqların belə uzunmüddətli məhdudlaşması hesabatların 40 illik tarixində ilk dəfədir baş verir.

“Freedom House” hesab edir ki, 2010-cu ildə azad hesab olunan ölkələrin sayı 87-yə enib. Müqayisə üçün qeyd edək ki, bir il əvvəl belə ölkələrin sayı 89 olmuşdu. “Bu, dünya demokratiyası üçün həyəcan siqnalı olmalıdır”, - deyə hesabatda deyilir. Təşkilat hesab edir ki, demokratik azadlıqların məhdudlaşmasının nümunəsi Fransadan qaraçıların deportasiyası, Latviya və Macarıstanda vətəndaşların vəziyyətin pisləşməsidir. Hesabatda bildirilir ki, dünyada demokratik yolla seçilən hakimiyyətlərin sayı 115-ə enib. 2005-ci ildə isə bu göstərici 123 olmuşdu.

“Freedom House”-nin şesabatında bildirilir ki, dünyanın ən hüquqsüuz ölkələri Yaxın Şərq və Şimali Afrika dövlətlərildir. Azadlıq və insan hüquqları ilə bağlı vəziyyətin daha pis olduğu ölkələrin “onluğu”na Türkmənistan, Özbəkistan, Tibet (ərahi), Birma, Ekvatorial Qvineya, Eritriya, Sudan, Liaiya, Somali və Şimali Koreyadır. Təşkilat Rusiya, İran və Azərbaycanı da azad olmayan ölkələrin siyahısına daxil edib. Nə qədər qəribə olsa da, Ermənistan qismən azad ölkələrin siyahısındadır. Hablbuki, hesabatdan cəmi bir gün əvvəl Ermənistanda siyasi məhbusların və sıxışdırılanların müdafiəsi Komitəsi ölkədəki vəziyyətlə bağlı bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, 2008-ci ildə keçirilmiş prezident seçiklərindən sonra həbsxanalar siyasi məhbuslarla dolub. Ermənistan hakimiyyəti siyasi məhbusların ailələri ilə sərbəst təmas hüquqlarını da tanımır. Məsələn, yanvarın 11-də siyasi məhbus Şmavon Qalstyana vəfat etmiş anası ilə normal vidalaşmağa imkan verilməyib. Komitənin bəyanatında deyilir ki, Ermənistan hakimiyyətinin primitiv qisasçılıq təfəkkürü siyasi məhbuslara qarşı qeyri-insani davranışı ortaya çıxarır. Belə ki, Şmavon Qalstyana anasının yas mərasimində cəmi iki saat iştirak etməyə icazə verilib. Ermənis Milli Konqresinin Avropa Şurasındakı nümayəndəsi Arman Qriqoryan ötən ilin son günlərində bildirmişdi ki, Ermənistan Avropa Şurasının siyasi məhbusların azad edilməsi, KİV və nümayiş azadlığının təsmin olunması və s. öhdəlikləri nəzərdə tutan 1677 saylı qətnaməsini yerinə yetirmir. O məlumat verib ki, bu ay Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammarberq, eləcə də AŞ PA-nın həməruzəçiləri Con Preskott və Laleks Fişer Ermənisrana səfər edəcəklər. Onlar AŞ PA-nın yaz sessiyasında Ermənistanla bağlı hesabat təqdim edəcəklər. Ermənistan müxalifətinin Avropa Şurasındakı nümayəndəsi bəyan edib ki, Ermənistana qarşı sanksiyaların tətbiqi istisna olunmur. Onun fikrincə, bu addımın atılması vacibdir. Ermənistan insan hüquqları ilə bağlı vəziyyətin nə qədər bərbad olduğunu göstərən nümunələrin sayını artırmaq da olar. Göründüyü kimi, “Freedom House” növbəti dəfə öz hesabatında dünyada insan hüquqları və azadlıqların vəziyyətinə qərəzli yanaşıb, azad, qismən azad və qeyri-azad ölkələri bir-birindən ayıra bilməyib.

“Freedom House” mənzil-qərargahı Vaşinqtonda yerləşən qeyri-hökumət təşkilatıdır. Onun büdcəsinin 66-80 faizi ABŞ hökumətinin qrantları hesabına formalaşdırılır.