MƏQALƏLƏR

“Azərbaycan İqtisadçılar İttifaqı” İctimai Birliyi layihənin icrasını davam etdirir

  • 06.10.2022

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qalibi olan “Azərbaycan İqtisadçılar İttifaqı” İctimai Birliyi “Şuşa rayonunun demoqrafik, sosial-iqtisadi inkişaf vəziyyəti və prespektivləri” adlı layihənin icrasını davam etdirir. Ötən həftə ərzində də layihə üzrə işlər davam etdirilib. Şuşanın iqtisadi, sosial, demoqrafik göstəriciləri artıq bölmələr üzrə sistemləşdirilmişdir. Nəşr olunacaq kitabın strukturunda bəzi dəyişikliklər edildikdən sonra fəsillər və paraqraflar nəzərdən keçirilmiş, paraqraflarda boşluqlar aşkarlanmış və müvafiq məqalələr yazılmışdır. Fəsillər daxilində foroşəkillər yerləşdirilmişdir.
Şuşanın dünəni, bu günü haqqında materiallar hazırdır, gələcək inkişafı barədə təklif və tövsiyələr üzərində işlər gedir. Bu yaxınlarda ekspertlərin Şuşa şəhərinə səfəri planlaşdırılıb.
Layihə iştirakçıları məşr olunacaq kitabın bütün bölmələri haqqında öz mülahizələrini bölüşdülər və hər biri görəcəyi işlər barədə tapşırıqların icrasını davam etdirir. Hazırda kitab yığılma ərəfəsindədir. Layihənin gedişatı təşkilatın orqanı olan “İqtisadiyyat” qəzetində və digər qəzetlərdə və saytlarda mütəmadi olaraq dərc edilir.