MƏQALƏLƏR

“PEŞƏYÖNÜMLÜ TƏHSİLİN İNKİŞAFINA YARDIM” İCTİMAİ BİRLİYİ LAYİHƏNİN İCRASINI DAVAM ETDİRİR.

  • 13.10.2022

“Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai Birliyi (PTİY İB) 1 sentyabr 2022-ci il tarixindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən “Tələbə və mək­təblilərin açıq təhsil resurslarından (Open Educational Resources - OER) istifadəyə hazırlanması tədbirləri” adlı layihənin icrasına başlamışdır.
2 ay müddətində icra ediləcək layihənin əsas ideyası şagirdləri və tələbələri açıq təhsil resurslarından (Open Educational Resources - OER) istifadəyə hazırlamaq, onlarda bu resurslara maraq oyatmaq, bu resursları təbliğ etməkdir.
Bizim ölkəmizdə 10 il əvvəl Açıq Təhsil Resursları (ATR) az idi. Lakin 2014-cü ildən sonra xeyli resurslar yaradıldı. Xüsusən də pandemiya dövründə teledərslərin yaradılması istiqamətində konkret işlər görüldü, yüzlərlə tele-videodərslər hazırlandı və İnternetdə (TN-in xüsusi saytlarında və qismən də youtube platformasında) yerləşdirildi. Bundan bir müddət əvvəl isə məktəb dərslikləri elektron formatda (əsasən PDF variantda) və zənginləşdirilmiş elektron dərsliklər formatında (multimedia imkanlı) qeyd edilən saytlarda yerləşdirildi.
Layihə çərçivəsində məktəblilərlə görüş keçirilir, açıq təhsil resursları barədə onlara ətraflı məlumat verilir, ETN saytında olan açıq elektron təhsil resursları ilə şagirdlər tanış edilir. Uşaqlar videodərslər, elektron dərsliklər, elektron test sistemi kimi resurslara böyük maraq göstərmişlər. Layihə davam edir.