MƏQALƏLƏR

“Şahdağ Xeyriyyə” İB layihənin icrası davam edir

  • 13.10.2022

“Şahdağ Xeyriyyə” İB 1 sentyabr 2022-ci il tarixindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən “Aztəminatlı ailələrdən olan uşaqların “soft skills” – təməl bacarıqları ilə tanış edilməsi tədbirləri” adlı layihənin icrasını davam etdirir. 2 ay müddətində icra ediləcək layihənin əsas ideyası aztəminatlı ailələrdən olan şagirdləri 21-ci əsrin vərdişləri olan yumşaq vərdişlərlə (“soft skills”) – təməl bacarıqlarla tanış etməkdir. Müasir karyera inkişafına dair yazılarda "sərt bacarıqlar" və "yumşaq bacarıqlar" kimi terminlərə tez-tez rast gəlirik. Bu bacarıqlar müasir əmək bazarında vacibdir. Gəncləri bu bacarıqlara məktəb illərindən hazırlamaq lazımdır. Ənənəvi məktəb təhsili bu məsələlərin həllini nəzərdə tutmur. Bu məqsədlə belə mühüm bacarıqların sistemli öyrədilməsinə, ilkin mərhələdə şagirdləri bu haqda maarifləndirməyə ehtiyac var. Layihə çərçivəsində bu məsələlərə diqqət yetirilir. 21-ci əsrin əsas vərdişləri ilə uşaqlar tanış edilir.
Layihənin indiki mərhələsində məktəblərdə bu istiqamətdə təlimlər aparılır.