MƏQALƏLƏR

“PEŞƏYÖNÜMLÜ TƏHSİLİN İNKİŞAFINA YARDIM” İCTİMAİ BİRLİYİ LAYİHƏNİN İCRASINI TAMAMLANDI

  • 26.10.2022

“Peşəyönümlü Təhsilin İnkişafına yardım” İB (PTİY İB) 1 sentyabr 2022-ci il tarixindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən “Tələbə və məktəblilərin açıq təhsil resurslarından (Open Educational Resources - OER) istifadəyə hazırlanması tədbirləri” adlı layihə icra etmişdir. 2 ay müddətində icra edən layihənin əsas ideyası şagirdləri və tələbələri açıq təhsil resurslarından (Open Educational Resources - OER) istifadəyə hazırlamaq, onlarda bu resurslara maraq oyatmaq, bu resursları təbliğ etməkdir. Layihə müddətində Bakı şəhərinin bir neçə ümumtəhsil məktəblərində şagirdlərə Açıq Təhsil Resursları və onlardan səmərəli istifadə yolları barədə məlumat verilmiş, ETN-in video.edu.az portalından, e-derslik.edu.az və digər açıq resurslardan, video dərslərdən istifadə texnologiyası şagirdlərə izah edilmişdir. Layihə şagirdlərin böyük marağına səbəb olmuşdur. Beləliklə layihənin icrası uğurla tamamlanmışdır.