MƏQALƏLƏR

Goranboyda “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktik konfrans keçirilib

  • 20.04.2023

Goranboyda “2023-cü il – Heydər Əliyevin 100 illik yubileyi” ilə əlaqədar, “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatları - Ziyad Səmədzadə, Anar Məmmədov, Emin Hacıyev və Əliabbas Salahzadə iştirak ediblər. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini və Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Sonra tədbir Olimpiya İdman Kompleksinin akt zalında davam etdirilib. Konfransdan əvvəl Ümummilli Liderin mənalı ömür yoluna və dövləti idarəçilik fəaliyyətinə həsr olunmuş rəsm və kitab sərgisi nümayiş etdirilib, videoçarx izlənilib. Tədbirdə çıxış edən icra başçısı Məhərrəm Quliyev, deputatlar - Ziyad Səmədzadə, Anar Məmmədov, Emin Hacıyev və RİH yanında ictimai şuranın sədri Gündüz Hacıyev Heydər Əliyevin fenomen şəxsiyyət və Ümummilli Lider kimi xilaskarlıq missiyasından, azərbaycançılıq ideologiyasından, Milli Qəhrəmanın həyat yoldaşı Rübabə İsmayılova isə Ümummilli Liderlə görüşü ilə bağlı unudulmaz xatirələrindən danışıblar. Sonda xatirə şəkli çəkdirilib.