MƏQALƏLƏR

“Səndən söyləyəcək daima dillər”

  • 27.04.2023

Heydər Əliyevin 100 illik yubileyi 23 saylı məktəbdə qeyd olunub.
“Heydər Əliyev ili” çərçivəsində Bakı şəhəri, Nəsimi rayonu T.Həsənov adına 23 saylı məktəbdə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə “Səndən söyləyəcək daima dillər” adlı tədbir keçirilib.
Tədbirdə şagirdlər Heydər Əliyevin qeyri–adi idarəçilik bacarığından, yüksək vətənpərvərliyindən, uzaqgörən və məqsədyönlü siyasətindən ürəkdolusu danışdılar, Ulu Öndərə olan məhəbbəti, sevgini hazırladıqları səhnəciklərdə, şeirlərdə, rəqslərdə əks etdirdilər. Tədbirdə Milli Məclisin deputatı Ziyad Səmədzadə, Azərbaycan Dillər Universitetinin prorektoru, Milli Məclisin deputatı Tamam Cəfərova, “Yeni Azərbaycan”qəzetinin Baş redaktoru Alqış Musayev, AzTV Mədəniyyət kanalında dünya azərbaycanlılarının mədəniyyət platforması olan “Körpü” verilişinin ideya müəllifi və aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan Komissiyasının sədri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Arzu Əsəd, Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Qeyrət Şirəliyev, Nəsimi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bəybala Quliyev, Tofiq İsmayılov adına 6 №li məktəb-liseyin direktoru Orucova Gülşən iştirak etdilər.
Tədbir iştirakçıları, qonaqlar tədbirdən böyük ruh yüksəkliyi ilə ayrıldılar. Qeyd edək ki, Nəsimi rayonu T.Həsənov adına 23 saylı məktəbin VI,VII, VIII sinif şagirdləri “Heydər Əliyev ili" çərçivəsində müstəqil Azərbaycan dövlətinin qurucusu və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu Öndərə olan sevgi və məhəbbəti əks etdirərək Onun imzasını, 100 rəqəmini göstərmək məqsədilə fleşmob hazırlayıblar.
Fleşmobda ümumilikdə 190 şagird - Ulu Öndərin imzasını yaratmaq üçün 135, 100 rəqəminin düzülüşündə isə 55 şagird iştirak edib.