Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresi keçirilib
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkilatçılığı ilə mayın 19-dan 21-dək keçirilən konqresin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktubunu oxuyub.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov keçirilən konfransın Azərbaycan tibbi və elmi üçün vacibliyini vurğulayaraq, ürək-damar xəstəlikləri kimi problemlərin ölkəmizdə aktuallığını, Prezident İlham Əliyevin konqres ilə bağlı məktubunun bu sahənin vacibliyinin ən bariz nümunəsi olduğunu qeyd edib.
Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, Səhiyyə nazirinin müavini Rasim İsmayılov, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə iştirak ediblər.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov çıxış ediblər, “Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin fəxri qonağı, vaxtilə Klivlend klinikasında Ulu Öndərin həkimi olan məşhur kardioloq, professor Murat Tuzcu Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.
Qeyd edək ki, konqres elmi hissə ilə davam edib.